2010-2019 fotolarda – 21-ci əsrin ikinci onilliyi necə keçib?
21-ci əsrin ikinci onilliyi fəlakətlə başlayıb – 2019-cu il yanvarın 12-də Haitidə fəsadlarının miqyasına görə qorxunc zəlzələ baş verib. Rəsmi məlumata əsasən, 222, 570 nəfər həlak olub, 311 min nəfər yaralanıb, çoxları ömürlük şikəst qalıb.
Bəşəriyyət 2020-ci ilə doğru bir neçə beynəlxalq böhran və bir neçə ölkədə genişmiqyaslı siyasi münaqişədən keçərək gəlib. Qaçqınların sayı milyon nəfər artıb. Həmçinin bir neçə təbii fəlakət də vaş verib və bu gün alimlər artıq bəşəriyyətin planetin geriyə dönüşü olmayan isinməsi ilə üz-üzə qalmasının göstəricilərini qeyd edirlər.
İkinci onilliyin hekayəsi qısaca – “Reuters”in fotoları ilə.
2010
Haitidə 2010-cu i yanvarın 12-də baş verən dağıdıcı zəlzələ. Fotoda Port-o-Prensdə xilasedicilər uşağı dağıntılar altından sağ çıxarır.
15 yaşlı Fabianna Qeysmar digər qarətçilərlə birlikdə Haitidə Port-o-Prense mağazalarını qarət etdiyi zaman polis tərəfindən güllələnib. 19 yanvar, 2010. REUTERS/Carlos Garcia Rawlins
2011
Yaponiyanın şimal-şərqində 8,9 ballıq zəlzələdən sonra Miyako şəhəri üzərini sunami dalğası alır. 2011-ci il 11 mart.
Bu, Yaponiyada indiyə qədər qeydə alınan ən güclü zəlzələ, 1900-cü ildə qeydiyyat başlayan andan bütün dünyada baş verən zəlzələlərin arasında isə gücünə görə dördüncü olub. Rəsmi məlumata əsasən, 15,899 nəfər həlak olub, 6,157 nəfər yaralanıb. Daha 2,529 nəfəri isə ümumiyyətlə tapmaq mümkün olmayıb. REUTERS/Mainichi Shimbun
“Əl-Kaidə” islamçı terror qruplaşmasının banisi və ilk lideri Usama ben Laden 2011-ci il mayın 2-də Pakistanda öldürülüb. Mayın 1-də Ağ Evdə çəkilən bu fotoda ABŞ prezidenti Barak Obama (soldan ikinci) və vitsse-prezident Co Bayden (soldan) Milli Təhlükəsizlik Şurası üzvləri ilə birlikdə ben Ladenə qarşı missiya haqda hesabatı dinləyirlər. Şəkildə dövlət katibi Hillari Klinton (sağdan ikinci) və müdafiə naziri Robert Qeyts (sağdan) də var. Reuters
Kütləvi qatil Anders Berinq Breyvik 2011-ci il iyulun 23-də Norveçdə kiçik Utoy adası sahilindəki gənclər üçün yay düşərgəsinə hücum edib və 69 gənci qətlə yetirib. Bir neçə saat sonra o, Osloda bomba partladıb, terror aktında daha yeddi nəfər də həlak olub. REUTERS/Fabrizio Bensch
2012
Suriyanın ən böyük Hələb şəhəri uğrunda döyüşlər 2012-ci il iyulun 19-da başlayıb. Bu döyüşlər vətəndaş büharibəsinin bir hissəsi idi və dörd il davam etdi. Bu olaylar 2016-cı ilin iyulunda, hökumət qoşunları Rusiyanın hərbi hücumlarının köməyi ilə Hələbdə qiyamçıların sonuncu təchizad xəttini bağlayandan sonra sona çatdı. Foto 2012-ci ilin avqustunda çəkilib. REUTERS/Goran Tomasevic
2012-ci ildə Londonda keçirilən Olimpiya oyunları zamanı bədirlənmiş ay Tauer körpüsünün altından olimpiya halqalarının içindən keçərək ucalır. 3 avqust, 2012. REUTERS/Luke MacGregor
2013
İstanbulda Taksim meydanında gözyaşardıcı qaz. Türkiyənin xüsusi təyinatlıları parkın yerində piyada keçidinin inşasına etiraz edən izdihamlı aksiyanı dağıdır.
Foto 2013-cü il mayın 28-də çəkilib. REUTERS/Osman Orsal
2013-cü il avqustun 21-i bəzi məlumatlara əsasən, Dəməşqdə minlərlə insan zarin qazının yayılmasından sonra həyatını itirib. Qərb hökumətləri Suriya prezidenti Əsədi qadağan olunmuş kimyəvi silah tətbiq etməkdə günahlandırıb. O, bu günə qədər ittihamı rədd edir və qazın yayılmasında qiyamçıları günahlandırır. Həlak olanlar arasında çox sayda uşaq olub. REUTERS/Bassam Khabie
2013-cü il dekabrın 5-də Cənubi Afrikanın ilk qaradərili və ilk demokratik yolla seçilən prezidenti Nelson Mandela dəfn olunub. Mandela parteidə qarşı mübarizədə qələbə qazanmış inqilabçı idi və öz ölkəsini sadəcə dəyişmədi, həm də dünyada bir çox irqçiliyə qarşı hərəkatların başlançıcını qoyub.
2014
2014-cü ilin yanvarında Ukraynada hazırda Avromeydan və ya Ləyaqət İnqilabı kimi tanınan etirazlar başlayıb. Kiyevdə yüz minlərlə etirazçı və xüsusi təyinatlılar arasında döyüşlər gedirdi. İndiyə qədər onlarla etiraz iştirakçısını qətl edən snayperlər haqda istintaq başa çatmayıb.
İnqilab Ukrayna prezidenti Viktor Yanukoviçin qovulması və Ukrayna hökumətinin devrilməsi ilə nəticələnib. REUTERS/Vasily Fedosenko
Həmin ilin fevral-mart aylarında Kreml Ukraynaya məxsus olan Krım yarımadasında Rusiyaya birləşmək haqda Kiyevin nəzarətindən kənar referendum keçirib və ərazini ilhaq edib.
Tezliklə Rusiyanın dəstəyi ilə Ukraynanın şərqində etirazlar başlayıb. Orada tanınmamış quruluşlar yaranıb və Ukraynadan müstəqilliklərini elan ediblər. 2014-cü ilin iyununda Şərqi Ukraynada tammiqyaslı müharibə başlayıb, münaqişə bu günə qədər nizamlanmayıb.
2014-cü ildə müharibə və zorakılıqdan qaçan, Avropada xilas olmaq naminə həyatlarını riskə atan insanların sayı kəskin artıb. Minlərlə miqrant uzun səfərə uyğun olmayan gəmilərdə İtaliya və Yunanıstan sahillərinə yetişmək ümidi ilə Aralıq dənizində boğulub. “Reuters”in bu fotosu bu qaçqınlar qrupu xilas edilməzdən az əvvəl İtaliya donanmasının vertolyotundan çəkilib. 8 iyun 2014-cü il.
2015
2015-ci il aprelin 2-də İran ətrafında illlərlə davam edən böhran həllini tapıb. BMT Təhlükəsizlik Şurasının beş daimi üzvü (ABŞ, Böyük Britaniya, Rusiya, Fransa, Çin) və Almaniya İranla saziş imzalayıblar.
Tehran beynəlxalq sanksiyaların dayandırılmasının əvəzində nüvə proqramına son qoymağa söz verib və bununla da öz neftini satmaq və dondurulmuş beynəlxalq aktivlərini geri qaytarmaq imkanı əldə edib.
Foto Vyanadakı danışıqlar zamanı çəkilib. REUTERS/Carlos Barria
“İslam Dövləti” ilə amansız döyüşlər ili. Fotoda noyabr ayıdır, gənc qız Kürd Fəhlə Partiyasının sıralarında döyüşür.
Kürd silahlı qruplaşmaları qələbəni bayram edir – onlar İraqın strateji Sincar şəhəri üzərində nəzarəti yenidən ələ alıblar. REUTERS/Asmaa Waguih
2016
2016-cı ilin yanvarında yüz minlərlə insan Afinada pensiya islahatlarına qarşı etiraz etmək üçün küçələrə çıxıb. Xüsusi təyinatlılarla kütləvi toqquşmalar baş verib.
Fotoda etirazçılardan birinə mandarin dolu paket verilir – regionlardan paytaxta femerlər gəlib və dəstək üçün aksiya iştirakçılarına yemək paylayırlar. 27 yanvar, 2016. REUTERS/Alkis Konstantinidis
İyunda Böyük Britaniyada Avropa İttifaqından çıxmaq haqda referendum keçirilib. Bununla da “Brexit” adlandırılan və bu günə qədər də davam edən tarix başlayıb. Referendumda az üstünlüklə Aİ-dən çıxmağın tərəfdarları qələbə qazanıb. Bu zaman London küçələrində Avropa İttifaqında qalmaq istəyənlərin milyonluq aksiya baş tutub. Foto 2016-cı il iyunun 28-də çəkilib. REUTERS/Dylan Martinez
2017
Donald Tramp gəlib. Reuters bu kollajı Vaşinqtonda keçirilən iki inauqurasiyanı müqayisə etmək üçün hazırlayıb.
Solda – 2017-ci il yanvarın 20-də ABŞ-ın yeni prezidenti Donald Trampın inauqurasiyasında iştirak etmək üçün gələn insanların sayı.
Sağda – 2009-cu ilin yanvarında prezident Barak Obamanın inauqurasiyasında iştirak edənlər.
İslam dininə tapınan rohinca icmasının faciəsi. BMT-nin məlumatına əsasən, 742 min nəfərdən çox insan buddistlərin çoxluq olduğu Myanmadan (keçmiş Birma) Banqladeşə qaçmağa məcbur olub. Minlərlə insan qətlə yetirilib. Qaçqınlar evlərinin yandırılması və vəhşiliklər haqda danışıblar. Foto 2017-ci il noyabrın 2-də çkilib. REUTERS/Danish Siddiqui
2018
Harvi Vaynşteynin hekayəsi və #MeToo hərəkatı. Vaynşteyn məşhur amerikalı kino prodüseri idi. Bir çox mükafatlarla yanaşı “Aşiq Şekspir” filminin prodüserliyinə görə “Oskar” alıb.
Amma 2017-ci ildə 80-dən çox qadın ona qarşı seksual zorakılıqla bağlı ittiham irəli sürüb.
2018-ci il mayın 25-də Vaynşteyn Nyu-Yorkda zorlama və digər cinayətlərdə günahlandırılaraq həbs edilib. “Reuters”in bu fotosunda elə həmin an əks olunub. Daha sonra o, girovmüqabilində sərbəst buraxılıb.
Nəticədə sosial şəbəkələrdə #MeToo böyük kampaniyası başlayıb, bütün dünyada başqa nüfuzlu kişilər tərəfindən seksual zorakılığa məruz qalan qadınlar öz hekayələrini yazıblar və onların da çoxu tutduğu möqeni biabırçılıqla itiriblər.
2018-ci ildə ABŞ görünməmiş sayda miqrantlarla üz-üzə qalıb, on minlərlə insan karvanlarla irəliləyərək Meksika tərəfdən Amerika sərhədini keçməyə çalışıb.
Prezident Donald Tramp qanunsuz miqrantlara qarşı “sıfır tolerantlıq” siyasəti elan edib. “Sıfır tolerantlığın” ifadələrindən biri miqrantlarının uşaqlarının zorla əllərindən alınması olub.
Bütün yaş qruplarına aid olan minlərlə uşaq aylarla vallideynlərindən ayrı saxlanılıb. Bu hadisə dünyada kütləvi mənfi reaksiya doğurub. Foto 2018-ci ilin iyununda bu uşaqların belə “düşərgələrdən” birində gəzişdiyi zaman çəkilib.REUTERS/Mike Blake
Fransa Rusiyada keçirilən dünya çempionatının nəticələrinə əsasən futbol üzrə dünya çempionu olub. Fotoda 2018-ci il iyunun 15-də Moskvada Xorvatiya ilə keçirilən oyundan sonra qələbə kuboku ilə Benjamin Mendi əks olunub. REUTERS/Kai Pfaffenbach
2019
Parisdə Notr-Dam kilsəsində dəhşətli yanğın. Yanğın zamanı binanın məşhur şpili də uçub. 15 aprel 2019. REUTERS/Benoit Tessier
Qreta Tunberq – bu ad 2019-cu ildə məşhurlaşıb. 16 yaşlı isveçli fəal bütün dünya ölkələri hökumətlərinin qlobal ekoloji fəlakət təklükəsinə ciddi diqqət yetirənə qədər cümə günləri məktəbə getməyəcəyini elan edib. Həmin vaxtdan qızın başlatdığı etiraza bütün dünyada yüz minlərlə insan dəstək verib.
“Reuters”in fotosunda Qreta Tunberqlə Fransanın “Gənclər iqlim naminə” hərəkatının fəalları ilə əks olunub, onlar 2019-cu il iyulun 23-də Parisdə hökumətin iclasında iştirak etməyə hazırlaşırlar.
2019-cu ildə planetin müxtəlif yerlərində baş verən hadisələr ekoloji etirazların doğru zamana təsadüf etdiyini göstərir. Hər yerdə hava temperaturu rekord həddə çatıb, Braziliyada, Rusiyada, Avstraliyada və ABŞ-da irimiqyaslı görünməmiş meşə yanğınları baş verib.
2019-cu il siyasi etirazlar ili olub. Çili, Honkonq, Boliviya, Rusiya, Livan, İraq, London, Barselona – milyonlarla insanın küçələrə çıxdığı yerlərin sadəcə az bir qismidir.
2019-cu il siyasi etirazlar ili olub. Çili, Honkonq, Boliviya, Rusiya, Livan, İraq, London, Barselona – milyonlarla insanın küçələrə çıxdığı yerlərin sadəcə az bir qismidir.
Honkonq
İzdihamlı etiraz aksiyaları 2019-cu ilin avqustunda başlayıb, etirazçıların əsas tələbi Böyük Britaniyanın yurisdiksiyasından Çinin tərkibinə qayıdandan sonra Honkonqun öz muxtariyyətini saxlamasıdır.
Boliviya
Etirazlar 2019-cu ilin oktyabrında, prezident seçkilərində çox sayda saxtakarlıqlar aşkarlanandan sonra başlayıb.
Livan
Livanda kütləvi etirazlar 2019-cu ilin oktyabrında başlayıb, etirazçıların əsas tələbi korrupsiya ilə mübarizə və bütün hakimiyyət sistemində islahatların aparılmasıdır.
Rusiya
Rusiyada etirazlar 2019-cu ilin yayında hakimiyyət müxtəlif bəhanələrlə müstəqil namizədləri bələdiyyə seçkilərində qeydiyyata almaqdan imtina etdiyi üçün başlayıb.
Amma Moskva, Peterburq və digər şəhərlərdə keçirilən yürüşlərdə tələb kimi azadlıqlar, korrupsiya ilə mübarizə və hakimiyyət sistemində islahatların aparılması önə sürülürdü.