Əgər sizin eviniz yoxdursa
Boz rəngli brezent çadırların yanına yaxınlaşıram və avtomatik olaraq onları sayıram: bir, iki, üç onların sayı burada onlarcadır. Çadır sakinləri bayırda ora-bura gəzişir: kimi siqaret çəkir, bir qadın paltar sərir, sırilmiş paltarları külək dalğalandırır.
Soyuqdur!
Düşünürəm ki, çadırın içərisində də bayırdakı kimi soyuq olacaq, lakin, nə qədər təəcüblü olsa da deməliyəm ki, burada yaşamaq mümkündür. Salam, mən sizin çağırılmamış qonağam. Əvvəlcədən bildirməliyəm ki, məni olduqca isti qarşıladılar və şəkil çəkdirməyə icazə verdilər.
Bu Pavladır. O, artıq üçüncü ildir ki, çadır evində yaşayır. Onun nə qohumları nə də evi var. Çadır onun yeganə sığınacaq yeridir. “ Burda necə yaşamaq olar axi, gah birələr dişləyir, gah ağcaqanadlar, Pavla deyir, -lakin mən buranın rəhbərliyindən incimirəm. Heç olmamaqdansa bu yaxşıdır.
Pavla və digər evsizlərin əvvələr heç nəyi olmayıb- çadır şəhərciyi 2013-cü ildə açılıb. Ondan bəri sığınacaqda qalanların istiliyi, elektriyi və mühüm gigiyena ləvazimatları olub. Burada onlar gündə iki dəfə yemək yeyə bilirlər. Bu isə heç nəyi olamayan biri üçün çox şeydir.
Çadırda heç nə lazımsız deyil, burada təklif edilən hər şeyi məmnuniyyətlə qəbul edirlər. Bura yaxınlıqdakı mikrorayonun sakinlərinin gətirdiyi geyinilmiş paltar və bəzən restoran sahiblərinin verdiyi yemək qalıqları da daxildir.
Bəzən çadırlara psixoloqlar gəlir, lakin buradakı insanları açıq söhbətə çəkmək elə də asan deyil.
Çadır rəhbərliyi hərkəs ilə dost olmağa çalışır, lakin hər zaman bu mümkün olmur. Çadırda spritli içki içilməsi qadağandır, buna baxmayaraq bu qaydanı pozanlar da tapılır.
Manana burada öz əri ilə yaşayır. Onların uşaqları var, lakin onlar hələ uşaq evindədir. Valideyinləri onları həftədə bir neçə dəfə ziyarət edir və ümid edirlər ki, çadırdan yataxxanaya köçdükdən sonra birlikdə yaşaya biləcəklər.
Evsiz insanlar üçün yataxxana Tblisi bələdiyyəsi tərəfindən tikilir. Tikinti işləri ilin sonuna kimi bitməlidir, lakin çadırlarda yaşayanların köçməklə bağlı fikirləri müxtəlifdir. Manana ilə əri yataxanaya köçəcəkləri günü həsrətlə gözləyir, lakin Pavla isə köçməkdənsə təzədən küçədə yatmağa üstünlük verir. Sakinlərin fikir müxtəlifliyinin səbəbi yataxananın Tbilisidən kənardakı Lilo qəsəbəsində yerləşməyidir.
Gürcüstanda evsizlərə kömək etmək üçün çox çalışmaq lazımdır. Məsələn, bir qayda olaraq küçələrdə yaşayanların sənədləri olmadığı üçün sosial-iqtisadi proqramlar onları əhatə etmir.
Hal –hazırda Gürcüstanda küçələrdə yaşayan insanların sayı ilə bağlı dəqiq və real bir rəqəm yoxdur. Tbilisi Meri David Narimaniya yaxın zamanlarda öz bəyanatlarından birində Tbilisidə təxminən 300 nəfər evsizin olduğunu bildirmişdir. Lakin, güman ki, bu rəqəm olduqca kiçildilmişdir.
Gürcüstan qanunvericiliyinə görə evsiz insanlara bələdiyyələr kömək etməlidir. Gürcüstanın xalq müdafiəçisi hesab edir ki, bu sahədə çox az iş görülür. Gürcüstanda evsiz insanlara kömək etmək və onların həyatını yaxşılaşdırmaq üçün heç bir dövlət proqramı yoxdur.
“Dövlətin evsiz insanların sayı haqqında reqional və ya ümümi bazası yoxdur. Qanunvericilikdə bu qrup insanlar üçün minimal imtiyazlarin nəzərə tutulması ilə bağlı heç bir təminat yoxdur, bu milli müdafiəçinin bir neçə ay əvvəl təqdim etdiyi müvafiq hesabatından bir sitatdır.