Əzizim, məni nə qədər sevirsən?
Azərbaycandakı parlament seçkiləri müxalifətin boykotu və gözlənilən nəticənin əldə olunması ilə keçdi.
Hakim partiya “Yeni Azərbaycan parlamentdəki 125 yerdən 71-ə sahib oldu.
Seçkiyə hazırlıq mərhələsi
Seçkiyə hazırlıq sakit və sezilmədən keçdi. Deputatlığa namizədləri ço az adam tanıyırdı. Bir çoxu telekanallardakı debatlarda iştirak etmişdi, lakin debatlar zamanı nə skandal, nə də dava-dalaş oldu. Çünki teledebat heç olmadı. Seçkinin yeganə yadda qalan hadisəsi öz qeyri-adi ifa tərzi ilə seçilən Elza Seyidcahanın namizədliyini irəli sürməsi oldu.
Elza Seyidcahan
Sosial şəbəkələrdəki debatlar
Həmişə olduğu kimi bu il də seçkiyə bir gün qalmış Facebook istifadəçiləri bu suala cavab verməyə çalışdılar: seçkiyə getsinlər, ya yox. Aktiv vətəndaşlar passivlərin fikirlərini tənqid etdilər.
“Seçkiyə getməyən vətəndaşlar öz passivlikləri ilə saxtalaşdırılmaya şərait yaradırlar. Sən səs vermirsənsə sənin yerinə səs verirlər. Bunu anlayın.
Bunun cavabında tənqid olunanlar: “Getmirəm, çünki, kimə səs verəcəyimi də bilmirəm. Bir dənə plakata da rast gəlməmişəm. Əvvələr heç olmasa yalandan skamyaları rəngləyirdilər, küçələri abadlaşdırırdılar. Bu il heç bu da olmadı. Seçkinin necə olduğu hamiya məlumdur.
Jurnalistlər isə darıxdıqlarından şikayət edirdilər.
«Sabah seçkidir, lakin jurnalist dostlarımız ya yatır, ya da Hellouin qeyd edir. Belə maraqız seçki yadıma gəlmir. Bəlkə onu təxirə salaq ?»
Və hər kəs şən və hazırcavablıq sərgiləyirdi:
« – Əzizim, məni nə qədər sevirsən?
– Təsəvvür elə, mən 70 yaşlı deputat, sən də kreslo.
– Ufff… mən də səni!»
Azərbaycanın ən “qədim forumlarından biri bu aktual mövzü ətrafında müzakirə yaratmağa çalışdı:
“Bu gün 11 oktyabrdı, başa düşmürəm ki, niyə seçkiyə aid heç nə yoxdur. Seçki cəmiyyət üçün olduqca əhəmiyyətli hadisədir. Öz dairənizdən nazmizədliklərini irəli sürən şəxslər haqqında məlumatınız var? Onların Milli Məclisə seçiləcəyi təqdirdə görəcəyi işlər və planlardan xəbərdarınız?
Və aşağıdakı cavablar aldılar:
«Nə seçki, nə namizəd?!»
«Doğurdan da hələ də, mistik namizədlər və onları seçən mistik seçicilərə səmimi olaraq inam qalıb?!»
Gözlənilən gün
Seçki günü bir az canlanma yaşandı. Günün sonunda mediada ziddiyətli başlıqlar yazılmağa başlandı.
Müxalifət düşərgəsinin mediası seçki prosesi zamanı baş verən pozuntuları önə çəkərək, seçkini qeyri-şəffaf adlandırdı.
AŞPA: «Seçkini tanıyırıq, lakin siyasi məhbuslar azad olunmalıdır».
“Komisiya seçicilərin sayını süni şəkildə bir neçə dəfə artırıb.
“1 noyabr seçkilərini azad, ədalətli və demokratik adlandırmaq olmaz
Hökümət KİV-lərində isə ədalətin qələbəsini tərifləyirdilər:
MSK-nın sədri:“Hətta AŞPA Azərbaycanda seçkilərin normal keçdiyini bildirib.
Ombudsman apparatı:“Parlament seçkiləri azad, demokratik və şəffaf şəraitdə keçirilib.
Rusiya DİN-nin açıqlaması: “ATƏT-in Azərbaycana müşahidə missiyası göndərməkdən imtina etməsi olduqca təəcüblüdür.
“AŞPA nümayəndələrinin parlament seçkilərinə verdiyi qiymət ədalətin və hüququn qələbəsidir.
Lakin Facebook istifadəçilərinin fikirlərində ziddiyət yox idi: aktiv istifadəçilər seçkidə baş verən pozuntular barədə məlumatlar verir, topa seçici bülitenlərinin şəkillərini paylaşır və zarafatlar edirdi.
Şəxsiyyət vəsiqəsiz səs verən qəhrəmanlar
Öz özünə səs verən pasport nömrələri
“Dünən şəxsiyyət vəsiqəsini itirən qonşumla rastlaşdım. O axmaq necə səs veribdi, anlamıram. ..Özündən soruşuram ki, necə səs verdin?… Üzümə baxıb, dişini ağardır…Sonradan öyrənirəm ki, o, bir – neçə məntəqədə səs verib.
“AZTV-də son bir saat ərzində səslənən hər “şəffaf sözünə görə bir manat versəydilər, indi özümə bir deputat satın almışdım.
Həmçinin internetdə bir kabinə iki nəfərin girməsi və etiraz edənləri polisin apardığı kadrlar və s. yayılıb.
Siyasi cəhətən passiv olan əhalinin nümayəndələri ya bu mövzulara şərh vermədilər, ya da bir gün əvvəl təyyarə qəzasında həyatlaını itirən insanların yaxınlarına baş sağlığı verməklə kifayətləndilər.
Rəsmi məlumatlara görə əhalinin 25 %-i seçkidə iştirak edib və bu da seçkini baş tutmuş kimi qəbul etməyə əsas verir.
Nəticələr
Deputatların orta yaş həddi 70 təşkil edir.
Parlamentdə əsas müxalifət partiyalarından heç kim yoxdur. Bəziləri seçkini əvvəlcədən boykot etmiş, bəziləri isə prosses zamanı iştirakdan imtina etmişdilər. “Müsavat partiyası, REAL və NİDA vətəndaş hərəkatları 1 noyabrda keçirilən seçkilərin nəticəsinin ləğvini və ölkədə yeni seçkinin keçirilməsini tələb edir.
Qərbin demokratik institutları seçki prosessi zamanı olan hüquq pozuntularını kəskin şəkildə tənqid edib. Rəsmi Bakı öz ünvanına olan tənqidlərə cavabı gecikmədi. Bu qurumun seçkiyə müşahidəçi göndərməkdn imtina etməsi və seçkini boykot etməsinə görə, KİV-də gedən məlumatların başlıqlarındakı “boykot sözü hər ehtimala qarşı “dınaq işarəsi içərisində qeyd olunur.