Əyyaşlar, fahişələr və məktəblilər
“Belə çıxır ki, bizim gələn ilki büdcəmizin əsas gəlir mənbələri əyyaşlar, fahişələr və dərs buraxanlardı, – bloqqer Fuad zarafatla deyir və həqiqəti deyir, çünki son zamanlar büdcəni saxlamaq ümidiylə Azərbaycan dövləti çoxlu sayda yeni qanunlar qəbul etməyə başladı. Bir neçə gün bundan əvvəl çıxan ən son qanunlar isə qızğın diskussiyalara səbəb oldu.
1. Ən çox nağd pulla spirtli içkiləri almaq və satmağı qadağa edən yeni qanun müzakirə olundu
Yanvarın 1-dən spirtli içkinin nağd pulla alışı və satışına görə (yəni satıcıdan və alıcıdan) 100 manat məbləğində cərimə alınacaq. Alınan malın qiyməti 50 manatdan artıq olarsa, bu sövdələşmənin iştirakçısını 1000 manat cərimədən bir il azadlıqdan məhrum etməyə qədər cəza gözləyir.
Sosial şəbəkələr bu qanunla bağlı narazılıqlarını ifadə edir, bir çoxları isə əmindir ki, onun reallaşması mümkünsüzdür. “Qanun yaşamayacaq, çünki onun yerinə yetirilməsinə nəzarət etmək çox çətin olacaq, – kimyaçı Teymur deyir, – Hər bir köşkün, hər bir kafenin yanında bir polis işçisi qoymaq lazım olacaq. Adam çatmaz.
Bəziləri hesab edir ki, qanun işləməyəndə ləğv olunacaq, digərləri isə düşünür ki, müştərilər və satıcılar bir yol tapacaqlar. “Əlavə pulun müqabilində mən kartı olmayanlara öz kartımdan alkoqol ala bilərəm, – Tamilla deyir, – Ya da kassanın özündə onların ödəyəcəkləri kart olacaq, alıcıdan isə nağd pul alacaqlar. Qısası, spirtli içki bahalaşacaq.
2. Diskussiyaların başqa bir predmeti İnzibati Xətalar Məcəlləsinə edilən dəyişikliklər oldu, burada qalan şeylərdən başqa fahişəliklə məşğul olmağa görə cərimənin məbləği 35-40 manatdan 100 manatadək qaldırıldı
“Yeni dəyişikliklərə əsasən, fahişəliyə görə cərimə az qala üç dəfə artıb, bu da sizə anti-böhran planı. – iqtisadçı Natiq Cəfərli deyir.
3. İnzibati Xətalar Məcəlləsinə daha bir əlavə övladı dərs buraxan valideynlərin cərimələnməsi ilə bağlıdır. Söhbət uşağın bir ay ərzində yeddi dərs günündən artıq buraxdığı halda 100 manat məbləğində cərimədən gedir
Düzdür, bu dəyişikliklərə münasibət çox fərqlidir. “Əgər mənim uşağım xəstələnib və evdə soyuq dəymə ilə yatırsa, belə çıxır ki, mən istənilən halda ya çağırışa və ya arayış verdiyinə görə həkimə pul verməliyəm, ya da cərimə ödəməliyəm, – Təhminə şikayət edir.
“Mən Tovuz rayonunun kəndində riyaziyyat müəllimiyəm və bizdə əksər valideynlər qızları yuxarı sinfə keçən kimi məktəbdən çıxarırlar, – Valeh deyir, – Beləliklə də qızlar bizdə hardasa 12 yaşlarına qədər oxuyurlar. Mən bu yeni qanuna yaxşı baxıram, amma işləsə əgər.
Bundan əlavə, payızda və dekabrda müxtəlif məsuliyyət növlərini sərtləşdirən qanunlar çıxdı – razılaşdırılmamış mitinqlərə və “jurnalist hüquqlarından siu-istifadəyə görə cərimə və həbs müddəti artırılıb. Həm də vergidən yayınmaya görə cərimələr artıb, ticarət və xidmət sahələrində rüsumlar qalxıb. Eyni zamanda, son vaxtlarda bir sıra hallarda ev satqısına da vergi qoyulur. Bununla yanaşı, iqtidar yönlü mətbuat əhalini fəal olaraq vergi ödəməyə çağırır.
Bir çoxlarına məlum olduğu kimi, Azərbaycanın gəliri, əsasən, neftin qiymətindən asılıdır. Bu il, neftin qiyməti kəskin azalanda, bu iqtisadiyyata da təsir etdi – milli valyuta 34% ucuzlaşdı, işsizlik artdı (təkcə bank sahəsində ən azı hər onuncu adam işini itirdi), avtomobil və daşınmaz əmlak bazarı çökdü, idxal azaldı. Dövlət büdcəsinin gələn ilə planlaşdırılan gəlirləri ilə hətta manat ekvivalentində bu ilə planlaşdırılanın dörddə biri qədərdir, o da o halda ki, bir barrel neftin qiyməti burada 50 dollar səviyyəsində qoyulub ki, bu də heç bu günün göstəricilərinə də uyğun deyil.
Bununla belə, bəzi iqtisadçıların fikrincə, heç bir “cərimə ölçüləri vəziyyətə əhəmiyyətli təsir göstərə bilməyəcək.