Ənənələr toxunulmazdır, yoxsa modernləşmə lazımdır? Şimali Osetiya təcrübəsi
Şimali Osetiyada ənənələr mövzusu fəal şəkildə müzakirə olunur. Sual bu cür qoyulub: ənənələri ilkin formada saxlamaq lazımdırmı, yoxsa cəmiyyətin mədəniyyəti və mentaliteti elə respublikanın özü kimi modernləşməlidirmi?
Hər iki tərəfin fikrini öyrəndik.
•Osetin dili yox olur, UNESCO bildirir
•Şimali Osetiya: deputat müəlliməni döyübmü?
Hərənin öz yolu
“Uatsamonqa” osetin mahnıları ansamblının üzvü Georgi Çixaviyev heç bir tərəddüdsüz özünü sərt ənənələr tərəfdarı hesab edir.
“Dünya tarixi göstərir ki, müasirliyin təsiri altında milli mədəniyyətin duruş gətirməsi çətindir. Ənənəvi mənəvi dəyərlər yoxa çıxır, onların əvəzinə isə yumşaq desək, konkret bir cəmiyyət üçün qeyri-tipik olan dəyərlər gəlir”.
Konkret osetin mədəniyyətinə gəlincə, Çixaviyev deyir ki, “vəziyyət acınacaqlıdır, bu, osetinlərin vaxtilə sahib olduğu həmin mədəniyyətin cəmi 20 faizidir”:
Əgər əldə qalanı hansısa müasir prinsiplərə uyğunlaşdırmağa başlasaq, hər şeyi itirmək təhlükəsi var. O zaman biz artıq osetin olmayacağıq, heç kim olacağıq.
Çixaviyev razıdır ki, müasirliyin müsbət tərəfləri var. Amma deyir ki, “hər şeyi müəyyən süzgəcdən keçirmək lazımdır – bu isə osetinlərdə alınmır”.
“Biz niyə mütləq harasa inteqrasiya etməliyik? Biz niyə milli məcramızla getməməliyik? Osetin olaraq qalmaq, ana dilində danışmaq, ənənələri, mədəniyyəti, adətləri bilmək lazımdır. Biz məhz bu haqda danışırıq, daha hamının uzun ətəklə və çərkəzi geyimdə gəzməli olduğunu demirik. Müasir klassik kostyum geyinmək və osetin qalmaq mümkündür.
Dünyadan təcrid olunmaq lazım deyil, dünyadan hər şeyi yox, ən yaxşıları, müstəbləri götürmək lazımdır”.
“Yerində dayanmaq – inkişafdan qalmaq deməkdir”
JAMnews Instagram-da “Nəyə səy göstərmək daha vacibdir: ənənəvi mədəniyyətin qorunmasına, yoxsa cəmiyyətin modernləşdirilməsinə?” sualı ilə sorğu keçirib:
Georgi Çixaviyevin fikrini respondentlərin 62 faizi dəstəkləyib. Onların hamısı əsas postulatla razıdır: etnosun mədəniyyəti dəyişməz qalmalıdır.
Suala cavab verənlərin 38 faizi isə müasir yanaşma və dəyərlərin tərəfdarı kimi çıxış edib.
“Ənənələr xalqın bütün tarixi boyu eyni cür qala bilməz”, – telejurnalist İnna Makiyeva JAMnews-a bildirib:
“Yerində dayanmaq inkişafdan qalmaq, daha yaxşı ola bilməmək, tərəqqini qəbul etməmək deməkdir. 19-cu əsrin dəyərləri həm də qan düşmənliyi, gəlin üçün ödənən başlıq, atların mərhum sahibləri ilə birlikdə diri-diri basdırılmasıdır”.
Şübhəsiz ki, ənənələr və mədəniyyət osetinləri perululardan, almanları isə yaponlardan fərqləndirən nəsnədir, amma müasirliyin təsiri altında axı hətta dil də dəyişir – Makiyev deyir.
Gəlin bəyin evində ocağın ətrafındakı zəncirin başına dolanır ki, Səfa (osetinlərdə ailə himayədarı) onu qəbul etsin. Axı indi texniki tərəqqi nəticəsində evlərimiz ocaqla isinmir. Zəncir də bəyə aid deyil, icarəyə götürülüb. O zaman bu ənənənin icrasının mənası nədir?
“Köhnə adət və ənənələri reinkarnasiya etmək cəhdləri çətin ki, yaxşı bir nəticəyə aparsın. Bu, daha çox keyfiyyətsiz əyalət teatrını xatırladır”, – İnna Makiyeva deyir.
Rəqslər və qüllələr: qarşıdurma səbəbləri
Rəqslər osetin mədəniyyətinin ən mühüm elementlərindən biridir. Bir neçə rəqs kollektivi mütəmadi olaraq Şimali Osetiyanı beynəlxalq festivallarda təmsil edir.
Rəqslərin mübahisə mövzusu ola biləcəyi əslində ağıla gələn şey deyil. Amma bu, modern tərəfdarları milli rəqslərə öz yanaşmalarını əlavə edənə qədər belə idi.
Şimali osetiyalı bloger Artur Yenaldiyev və onun dostu Soslan Qabarayev Yeni İl ərəfəsində video çəkiblər – onlar başlarında osetin papağı, əllərində Şimali Osetiya bayrağı giroskuterlərin üzərində “xonqa” milli rəqsini ifa ediblər.
Video qızğın emosiya və mübahisə doğurub.
“Köhnə adət və ənənələri reinkarnasiya etmək cəhdləri çətin ki, yaxşı bir nəticəyə aparsın. Bu, daha çox keyfiyyətsiz əyalət teatrını xatırladır”, – İnna Makiyeva deyir.
Video qızğın emosiya və mübahisə doğurub.
Zarafatyana, hətta müsbət şərhlər də var: “tənbəl xonqa”, “məzəlidi”. Amma yazəlan şərhlər arasında böyük aqressiya, təhqir və rəqqasları “dəlixana növbəsinə yazdırmaq” təklifi də yer alıb.
Modernistlər və ənənəçilər arasında daha bir xarakterik münaqişə 2019-cu ilin aprelində rusiyalı populyar Instegram blogeri Kris Şelestin Şimali Osetiyaya gəlişi ilə əlaqədar baş verib.
O, qədim qüllələrin fotolarını öz Instegram səhifəsində paylaşıb. Modernistlər üçün 700 min nəfərlik auditoriyası olan blogerin Şimali Osetiyanı turizm sarıdan reklam etməsi ən vacib məqam olub.
Ənənəvi mədəniyyət tərəfdarlarını isə qızın geyimi hiddətləndirib. O, fərqinə belə varmadan dağların fonunda velosiped şortunda foto paylaşıb.
Şelestin ünvanına nəinki ədəbsiz, həm də təhdid dolu şərhlər yağdırılıb. Rusiya nəşrləri “Osetiya sakinləri losinə görə qadın blogeri təhqir edib və alçaldıblar”; “Qadın bloger Osetiya dağlarında çəkdirdiyi fotoya görə heyt qazanıb”; “Sən demə, fotodakı beşinci nöqtə yaxşıca qəzəbləndirə bilərmiş” başlıqları ilə çıxıb.
Daha sonra həm Şimali Osetiya məmurları, həm də yerli sakinlər Kris Şelestdən üzr istəyiblər. O deyib ki, təhqirlər və təhdidlər onun Qafqaza olan münasibətini dəyişməyib.
Bəs onun qəzəbli şərhləri izləyən yüz minlərlə auditoriyasında hansı fikir formalaşıb?
Birgə səylərlə
Milli mədəniyyətin necə inkişaf etdirilməsilə bağlı tərəflərin fikirləri haçalansa da, onlar inkişafın vacibliyində uzlaşırlar. Şimali Osetiyada bununla həm hakimiyyət, həm də fəallar məşğul olur.
Son zamanlarda ən mühüm hadisələrdən biri ilk milli “Osetiya-İrıston” televiziyasının yaradılması olub. Yeni televiziya bütün sutka boyu yayımlanır. Saytda yazıldığına görə isə öz kontentləri 60 faiz təşkil edir.
Bu kontenti gənc jurnalistlərin yaratdığı çox önəmlidir, əslində teleşirkət yaradılanda əsasən elə onlara hesablanıb.
Teleefirdə əyləncəli layihələrdən başqa mədəni-maarifləndirici proqramlar da yayımlanır, məsələn, müxtəlif milli ənənlər haqda mühazirələr və Nart eposunun oxunması. Bir çox verilişlər osetin dilində gedir.
Daha bir mühüm layihə mədəniyyətin qorunmasına xidmət edir – Bærzæfcæg osetin dilində kitablardan ibarət online kitabxana. Bu layihə artıq yeddi ilə yaxındır ki, fəaliyyət göstərir, burada mindən çox kitab toplanıb, pulsuz oxumaq mümkündür.
Osetin dilinin və ədəbiyyatının populyarlaşdırılmasına dair bir neçə mobil əlavə yaradılıb, onlardan biri – “İron çinıq” (osetin kitabı) əlavəsidir. Orada audio-tamaşalar və audio-kitablar – qədim dastanların və osetin ədəbiyyatı klassiklərinin əsərlərinin səsləndirilməsi də var.
Həmçinin respublikada pulsuz osetin dili kursları fəaliyyət göstərir, cizgi filmləri rus dilindən tərcümə edilir və osetin dilində səsləndirilir.
Uzun illərə?
“Hətta cüzi tərəqqi də uzun əzablı yetişmə dövrü tələb edir”, – Fransa yazıçısı Emil Zolya yazır.
“Tərəqqi mədəniyyəti öldürürmü, yoxsa əksinə, həyatda qalmaq vasitəsidirmi?” sualı hələlik müxtəlif nəzər-nöqtəsinə sahib qrupların arasında kəskin qarşıdurma yaradır. Onlar demək olar ki, bir-birini dinləmirlər.
Amma mübahisələr davam etdiyi üçün kompromisin əldə edilməsi prosesinin getdiyini demək olarmı?