Əliyev rejimini tənqid edən azərbaycanlı jurnalistin Gürcüstana girişi qadağan edilib
Seymur Həzinin Gürcüstana girişinə qadağa qoyulub
İlham Əliyev rejimini tənqid edən azərbaycanlı jurnalist Seymur Həzinin Sarpi sərhədində heç bir izahat verilmədən Gürcüstana girişinə qadağa qoyulub.
“Mənə heç bir izahat verilmədən ölkəyə girişim qadağan edildi. Mən jurnalistəm, Azərbaycan rejimini tənqid edirəm və hesab edirəm ki, səbəb budur. Gürcüstan və Azərbaycan hakimiyyətləri çox yaxın münasibətdədirlər və mənim ağlıma başqa heç nə gəlmir, bu razılaşdırılmış aksiyadır, başqa səbəb bilmirəm. Muxtarlı ilə bir yerdə işləmişik, bu hallar oxşardır”, – deyə jurnalist bildirib.
Seymur Həzi müxalif jurnalistdir və buna görə həbs həyatı yaşayıb.
- Əfqan Muxtarlı Gürcüstanın daxili işlər nazirinin səlahiyyətlərinin dayandırılmasını istəyir
- “Azərbaycanlı bloqer iki həftə əvvəl Tbilisidə özünü damdan atıb” – işin yeni təfərrüatları
Bizə abunə olun – Twitter | Facebook | Instagram
Jurnalist Əfqan Muxtarlı bildirib ki, Həzinin ölkəyə buraxılmamasına səbəbi Əliyev rejiminin İvanişvili hökuməti ilə əməkdaşlıq etməsidir.
“İvanişvili rejimi Seymur Həzinin Gürcüstana daxil olmasını qadağan edib. İvanişvili hökuməti davamlı olaraq azərbaycanlı siyasətçilərə, jurnalistlərə və fəallara qarşı qeyri-qanuni addımlar atır. Mən oğurlanandan sonra Tbilisidə yaşayan bütün azərbaycanlı siyasi fəallar və jurnalistlər İvanaşvilinin tələbi ilə Gürcüstandan qovulublar. İvanaşvili bunun üçün Əliyevdən milyonlar alır. Əliyev İvanaşvilini və onun acgöz komandasını yedizdirir”, – deyə Muxtarlı yazıb.
