Əcnəbiləri bazardan qovuruq
Noyabrın 1-dən Azərbaycanda ölkəyə idxal olunan ərzaqlara gömrük rüsumu artırılır. Məmurlar bildirir ki, bununla onlar yerli istehsalçıları xaricilərlə rəqabətdən qorumaq istəyirlər. Xaricdən gətirilən ət, yumurta, meyvə-tərəvəz, qoz-fındıq, alkoqol, şirələr, tikinti materialları, keramika – bütün bunlar ya bahalaşacaq, ya da bazardan yox olacaq.
Bu qərarı qəbul edən Nazirlər Kabineti hesab edir ki, Azərbaycan bütün bu mallarla özü özünü təmin edə bilər və etməlidir. “Azərbaycana idxal edilən bəzi mallar üçün yüksək gömrük idxal rüsumlarının müəyyənləşdirilməsi daxili istehsalın artmasına hesablanıb, – bazar ertəsi jurnalistlərə Dövlət Gömrük Komitəsinin sədri Aydın Əliyev deyib. – Onsuz da biz hamımız Azərbaycanda istehsal edilən kənd təsərrüfatı və qida məhsullarına üstünlük veririk. Sadəcə, onlar hazırda ölkəyə gətirilən xarici məhsullar ilə dempinq qiymətləri üzrə rəqabət apara biləcəklər. Əgər ölkədə toyuq əti, yumurta və qida məhsulları istehsal edilirsə, niyə ölkə dondurulmuş xarici məhsullara görə valyuta ödəməlidir.
Rüsumun artırılması Azərbaycanda iqtisadi böhran fonunda baş verir. Nazirlər Kabinetinin qərarından iki gün əvvəl ölkənin ən iri banklarından biri olan Bank Standard bağlandı, Dövlət Statistika Komitəsi tərəfindən proqnozlaşdırılan inflyasiya isə bu il üçün 10 -12% təşkil edəcək.
İndiyədək idxal mallarına onların qiymətlərinin 15 faizi həcmində standart idxal gömrük rüsumu tətbiq edilirdi. Ərzaqlar əsasən Rusiya və Türkiyə, bundan başqa da İran, Gürcüstan və başqa ölkələrdən gətirilir. Orta statistik bakılının istehlak zənbilində idxal ərzağının payı yarıdan çoxdur, regionlarda isə daha azdır.
Bir çox ekspertlər hesab edir ki, əcnəbiləri bazardan qovmaq arabanı atdan qabaq qoymağa bənzəyir, bazarda yerli malın olmamasında günahkar heç də idxal malları ilə rəqabət deyil, ölkə daxilində infrastrukturun yox dərəcəsində olmasıdır. İqtisadçı ekspert Toğrul Maşallı özünün Facebook səhifəsində bu haqda aşağıdakıları yazır: Azərbaycan Rusiya bazarına kartofun ən iri (amma heç də əsas olmayan) tədarükçülərindən biridir, amma adi, “standart kartofun deyil, təzə kartofun (yəni hardasa aprel-may aylarından iyuna qədər). Qalan vaxtı bizdə kartof olmur. Çünki onu saxlamağa yer yoxdur. Buna görə də biz kartofu Gürcüstan, Türkiyə və hətta Rusiyadan (onlar demək olar ki, kartof ixrac etmirlər) almalı oluruq.
Daha bir misal almalarla bağlıdır. Bir neçə il əvvəl Quba fermerlərində “möcüzə baş verdi – məhsuldarlıq yüksək səviyyədə oldu. Və sizcə nə baş verdi? Onlar bilmirdilər, almaları hara atsınlar, çünki saxlama şəraitləri yox idi (heç bir infrastruktur yoxdur), dərhal Rusiya bazarına çıxarmaq isə qiyməti öldürərdi. Həm də biz ancaq təzə alma ixrac edirik. Qalan vaxt Quba almasını almaq mümkün deyil, buna görə də Azərbaycan almanı az qala Latın Amerikasından idxal etməli olur.
Tanınmış siyasətçi və iqtisadçı Natiq Cəfərli deyir: “Əvvəllər Azərbaycanın Ümumdünya Ticarət Təşkilatına üzv olmaqla sivil ölkələr məkanına daxil olacağına az da olsa ümidlər varıydı, danışıqlar aparılırdı. İndi isə aydın görünür ki, ölkə ÜTT-nin üzvü olmaq istəmir. Səbəb çox sadədir: guya ölkənin özünün hansısa inkişaf yolu var ki, bu da əslində daxili bazarı öz əllərində saxlayan bir qrup oliqarxın maraqlarını müdafiə etmək üçün bir bəhanədir.
Sosial şəbəkələrdəki reaksiyadan görünür ki, insanlar ən çox qiymətlərin qalxmasından qorxur.
“Qiymətlər bir ay sonra, yəni bu qərar qüvvəyə minəndə deyil, elə bax indi, supermarketlər qiymətləri dəyişəndə qalxacaq. “Deyirlər ki, 100 qram çəyirtkənin tərkibində düz 1500 kalori var. Gələn il bu məlumat həyatımızı xilas edə bilər «Winter is coming!»[“Taxt-tac oyunlarından tanış sitat]
Kiçik mağaza sahibi Eldar: “Başqa qiymətlə yeni mal gəlməmiş, qiymətləri dəyişməyəcəm. Həm də bu gün mağazamdan bütün yumurtaları və Rusiya arağını aldılar.