Mətbuata təzyiq, işgəncə və siyasi məhbuslar haqda – Dövlət Departamentinin 2018-ci il hadisələri haqda hesabatında" />

Azərbaycanda insan haqları ilə bağlı vəziyyət acınacaqlıdır, ABŞ Dövlət Departamenti belə hesab edir 

Mətbuata təzyiq, işgəncə və siyasi məhbuslar haqda – Dövlət Departamentinin 2018-ci il hadisələri haqda hesabatında

Azərbaycanda cəzasızca insan haqları pozulur və söz azadlığı məhdudlaşdırılır – ABŞ Dövlət Departamentinin illik hesbatında belə deyilir.

Dünyada insan haqlarının vəziyyətindən bəhs edən hesabat martın 13-də açıqlanıb. Azərbaycana məmurlar tərəfindən insanlara qarşı qəddar davranış faktlarının təfərrüatlı təsvirini əks etdirən 40 səhifəlik hissə həsr olunub.

Azərbaycanda jurnalist olmaq çətindirmi?

Azərbaycandakı siyasi məhbuslar həbsdəki həyat haqda danışırlar

Beləliklə, hesabatı səsləndirən dövlət katibi Maykl Pompeo bunları sadalayıb:

– 2018-ci ilin sentyabrında Teymur Axundovun polis idarəsində ölümü işgəncə nəticəsi kimi dəyərləndirilir;

– sərhəd xidmətinin sıravi əsgəri Hüseyn Qurbanovun ölümü (onun xidmət yoldaşları tərəfindən öldürüldüyünə dair şübhələr var);

– bloger Mehman Hüseynovun polis tərəfindən işgəcəyə məruz qalması;

– həbsxanalarda saxlanma şəraiti pisdir, kameralar həddən artıq doludur, məkan isidilmir, ventilyasiya yoxdur, məhbuslara lazımi tibbi yardım göstərilmir;

– ölkədə yüzdən çox siyasi məhbus var, üstəlik onlara digərlərindən daha sərt münasibət göstərilir;

– hökumət söz azadlığını və mətbuatın müstəqilliyini məhdudlaşdırır, jurnalistlər təhdid olunur, bəzən isə onları ya öldürür, ya da həbs edirlər;

IREX-in 2018-ci il Dayanıqlı İnkişaf İndeksinə əsasən, “Azərbaycanda əsas media orqanları hakim elitanın nəzarəti altındadır və xəbərlər yalnız onların məqsədlərinə uyğun olaraq işıqlandırılır”.

Facebook Comments

More on JAMnews