Bu o deməkdir ki, kişilərə nisbətən qadınların sağlamlıqla, təhsillə və siyasi həyatda iştirakla bağlı daha az hüququ var" />

Azərbaycan gender bərabərsizliyi indeksi üzrə ölkələrin reytinqində 98-ci yeri tutur

Bu o deməkdir ki, kişilərə nisbətən qadınların sağlamlıqla, təhsillə və siyasi həyatda iştirakla bağlı daha az hüququ var

Ümumdünya İqtisadi Forumu (ÜİF) növbəti illik tədqiqatını aparıb və ölkələrin gender bərabərsizliyi indeksi üzrə ölkələrin reytinqini tərtib edib, bununla da bu ölkələrdə kişi və qadınlara bərabər hüquqların təmin olunub-olmamasını dəyərləndirib. Azərbaycan 98-ci yeri tutaraq Ermənistan (97-ci yer) və Gürcüstandan (94-cü yer) da bir qədər geri alıb.

Reytinq 144 ölkədə dörd istiqamət üzrə – səhiyyə, təhsil, iqtisadi imkanlar və siyasi fəaliyyət – aparılan tədqiqatın yekunlarına əsasən tərtib olunub. Hər bir istiqamət üzrə ayrı-ayrı reytinq cədvəlləri və hər bir ölkə üçün bu dörd sahəyə aid göstəricilərin vahid rəqəmdə yuvarlaqlaşdırıldığı bir ümumi reytinq var.

Dəyərləndirmə işləyən kişilərin və qadınların sayı, eyni işə görə qadın və kişilərə verilən əməkhaqqılarının həcmi, rəhbər vəzifələrdə nə qədər qadının işlədiyi, nə qədər qızın onların ümumi sayına nisbətdə məktəblərdə və institutlarda təhsil aldığı, il ərzində doğulan oğlanların və qızların say nisbəti və digər bu kimi açıq məlumatlar əsasında aparılıb.

Məlum olub ki, Azərbaycanda ən yaxşı vəziyyət iqtisadi imkanlar və təhsilin əlçatımlığı sahəsindədir – 144 ölkə arasında müvafiq olaraq 45-ci və 91-ci yer. Siyasi fəallıqla bağlı vəziyyət daha pisdir – 131-ci yer, ən pis durum isə səhiyyənin əlçatımlığı ilə bağlıdır –   144 ölkə arasında yalnız Ermənistan və Çini qabaqlayaraq 142-ci yer.

Ümumilikdə dünyada cinslər arasındakı bərabərlik 68,3 faizdən 68 faizə enib. Bu göstərici 2006-cı ildən bəri indeksin ölçüldüyü bütün tarix boyunca ilk dəfədir ki, azalıb. Ekspertlər hesab edirlər ki, kişi və qadınların mütləq bərabərliyinə nail olmaq üçün yüz ilə qədər vaxt lazım olacaq.

Azərbaycanın Konstitusiyasında kişi və qadınlar bərabər hüquq və azadlıqlara sahib olduqları təsbit edilib.


More on JAMnews