Müxalifət ya həqiqət, ya da qisas axtarışında" />

Abxaziyada baş verən çevrilişiymiş

Müxalifət ya həqiqət, ya da qisas axtarışında

“Amsaxara müxalif partiyası və üç ictimai təşkilat “Apra, “Abzanxara və “Qadınlar siyasətdə Baş Prokurorluğa birgə ərizəylə müraciət edərək bildiriblər ki, Abxaziyanın prezidenti Aleksandr Ankvabın 2014-cü ildə istefasını dövlət çevrilişi hesab edirlər və müvafiq araşdırmanın aparılmasını tələb etdilər.

Aleksandr Ankvab, 2011-ci il may ayından 2014-cü il iyununa qədər Abxaziyanın prezidenti

Söhbət 27 may 2014-cü ildə baş verən hadisələrdən gedir, bu zaman prezident sarayına hücuma keçən çox minlik mitinqin təzyiqi altında Aleksandr Ankvab Rusiyanın Qudautdakı hərbi bazasında gizlənməli, dörd gündən sonra isə rəsmi olaraq istefa verməli oldu.

Müxalifət 2014-cü ildə də bu hadisələri “qanuni hakimiyyətin zor gücünə devrilməsi kimi şərh etdi. Amma birləşmiş müxalifətin lideri olan Aslan Bjaniya Aleksandr Ankvab gedəndən sonra erkən prezident seçkilərində öz namizədliyini irəli sürdü və o vaxtkı müxalifətin lideri Raul Xadjimbaya uduzdu.

Aslan Bjaniya, Abxaziyanın birləşmiş müxalifətinin lideri

Hökumət məhz bu epizoddan müxalifətin dövlət çevrilişiylə bağlı bəyanatlarının əsassız olduğunu sübut etmək üçün əsas arqument kimi istifadə edir.

Aslan Bjaniya isə müxalifət liderlərinin İctimai Palatanın üzvləriylə bu həftə baş tutan görüşü zamanı özünün prezident seçkilərindəki iştirakını “səhv adlandırdı və Abxaziyada 2014-cü ildə hakimiyyətin dəyişməsinin necə baş verməsinə hüquqi qiymət verilməsi tələbini bir daha təsdiq etdi.

“Bəli, biz onda kompromislər siyasətinin ardınca getdik. Bu gün mən açıq şəkildə etiraf edirəm ki, bu düzgün addım deyildi. 2014-cü ildə seçkilərə getmək lazım deyildi. Mən səhv etdim, bunu etməməliydim. İndi də qoy ölkəyə rəhbərlik edən insanlar da özünün səhvlərini boyunlarına alsınlar, – Aslan Byaniya dedi.

Video: Aslan Byaniya və Aslan Kvisiniyanın Abxaziyanın İctimai Palata nümayəndələri ilə görüşü

Sosial şəbəkələrdə baş müxalifətçinin etiraflarını obstuksiyaya məruz qoydular. Bir çoxları ritorik sual verirlər: “Bəs 2014-cü ildə Bjaniya seçkilərdə udsaydı – onda da o öz iştirakını səhv sayardı, yoxsa sadəcə susardı?

• Abxaziyanın bu günkü müxalifətinin əsas özəyini əvvəlki prezident Aleksandr Ankvabın komandasında olan keçmiş məmurlar və onun siyasətini dəstəkləyən fəallar təşkil edir

• Birləşmiş müxalifət blokunu dörd təşkilat formalaşdırdı: “Amsxara partiyası, ictimai təşkilatlar “Apra, “Abzanxara və “Qadınlar siyasətdə. Onların hamısı indiki prezident Raul Xadjimbanın istefasını tələb edirlər.

• Onu 18 siyasi partiya və ictimai təşkilatların Əlaqələndirmə Şurası dəstəkləyir. Onların ən iriləri “Xalq birliyi forumu və “Vahid Abxaziya partiyaları və abxaz-gürcü müharibəsi veteranlarının ictimai təşkilatı “Aruaadır.

• Aslan Bjaniya xüsusi xidmət orqanlarından çıxıb. 2009-cu ildən 2014-cü il iyununa qədər Abxaziyanın Dövlət Təhlükəsizliyi xidmətinə başçılıq edirdi. 2014-cü il erkən prezident seçkilərində o keçmiş hökumət tərəfdaşlarından dəstək alaraq, 35% səs topladı və ilk turda Raul Xadjimbaya uduzaraq, ikinci yeri tutdu.

• Alxas Kvisiniya abxaz-gürcü müharibəsi veteranıdır. 1999-cu ildə yarandığı gündən “Amsaxara ictimai-siyasi müharibə veteranları hərəkatının liderlərindən biridir. 2014-cü ildə hakimiyyət dəyişənə qədər Suxumun administrasiya rəhbərinin müavini olub. “Amsaxaranın 2015-ci ildə baş tutan qurultayında partiyanın yeni rəhbəri seçildi.

• “Amsaxara 2012-ci ildə siyasi partiyaya çevrildi. 2005-ci ildən 2014-cü il may ayına qədər “Amsaxara prezident yönlü təşkilat sayılırdı.

Nəşr olunan materiallardakı terminlər, toponimlər, fikirlər və ideyalar JAMnews-un və ya ayrı-ayrı əməkdaşlarının fikir və ideyaları ilə üst-üstə düşməyə bilər. JAMnews dərc olunan materialların altında yazılan və təhqir, təhdid, zorakılığa çağırış və ya başqa səbəblərdən etnik narazılıq doğuran kimi dəyərləndirilən şərhləri silmək haqqını öz üzərində saxlayır.

More on JAMnews