Abxaziya: hakimiyyət kilsəni seçir

Abxaz pravoslav kilsəsinin iki qolu arasında münaqişə kəskinləşir

Abxaziyanın Nazirlər kabinetinin saytında Abxaz pravoslav kilsəsinin Kilsə şurasının sədri, iyerey Vissarion Apliaanın müraciəti dərc olunub. O, hakimiyyəti işə qarışmağa və öz rəqibi Abxaziyanın Müqəddəs Mitropoliyasının, onun “qeyri-qanuni olaraq sahib çıxdığı Yeni Afondakı müqəddəs Simon Kananitanın monastırını əlindən almağa çağırır.

Ancaq problem dinlə deyil, birbaşa abxaz-gürcü münaqişəsiylə bağlıdır və bu da onun həllini bir az da çətinləşdirir.

2008-ci ildə Abxaziyanın müstəqilliyinin Rusiya tərəfindən tanınmasına baxmayaraq, Abxaz pravoslav kilsəsi rəsmi olaraq Gürcü pravoslav kilsəsinin bir hissəsi olaraq qalıb. Müstəqillik statusu almaq üçün APK-nin öz yepiskopu olmalıdır.

Dünyanın istənilən pravoslav patriarxiyası baş keşişi təyin edə və bununla da Abxaziyada müstəqil yeparxiya yarada bilər. Münaqişənin hərbi mərhələsinin bitdiyi 1990-cı illərdən abxaz ruhaniliyi Rus pravoslav kilsəsinə bu xahişlə mütəmadi olaraq müraciət edir, amma razılıq ala bilmir. Çünki bununla Rus Pravoslav Kilsəsi həddən artıq mühafizəkar kilsə qanunlarını pozub, yalnız Gürcü pravoslav kilsəsiylə deyil, həm də dünyanın bütün başqa pravoslav kilsələriylə münaqişəyə girəcək.

İyerey ata Vissarionun (Apliaa) başçılığı ilə Abxaz pravoslav kilsəsinin ruhaniləri problemə anlayışla yanaşırlar və Rus pravoslav kilsəsiylə münasibətləri möhkəmləndirməyi və öz statusunun dəyişdirilməsi üçün münasib vaxtı gözləməyi lazım bilirlər.

İyerey ata Vissarion (Apliaa)

Amma Abxaziyada 2011-ci ildə Abxaziyanın Müqəddəs mitropoliyası yaradıldı, mitropoliyanın məqsədi mümkün qədər tez bir zamanda müstəqil Abxaz pravoslav kilsəsinin yaradılmasıdır, o, Rus pravoslav kilsəsiylə əməkdaşlığa ehtiyac duymur və patriarx Konstantinopollu Varfolomeyə meyl edir. Müqəddəs Abxaz mitropoliyasına arximandrit Dorofey (Dbar) ata başçılıq edir.

Arximandrit Dorofey (Dbar)

Çoxları müraciətin Nazirlər Kabinetinin saytında yerləşdirilməsini hökumətin Kilsə şurası tərəfinə keçməyə hazırlaşması kimi qiymətləndirdi. Əvvəl müzakirələr sosial şəbəkələrdə başladı, istifadəçiləri bir sual düşündürürdü: belə bir məlumatın yayılması monastırı güc strukturları hesabına Kilsə şurasına “qaytarmağa qərar verildiyi anlamına gəlirmi?

Məşhur politoloq Arda İnal-İpa Abxaziya prezidentinə açıq məktub ünvanlayaraq, Abxaziyanın Müqəddəs Mitropoliyası ətrafında baş verən hadisələri “ədalətsiz adlandırıb. Bundan əlavə, politoloq hökumətin kilsə daxili münaqişələrə qarışmasını təhlükəli hesab edib:

“Abxaziyanın Müqəddəs Mitropoliyası rəhbərləri ilə “başa ağıl qoymaq və “öyüd-nəsihət vermək məqsədiylə keçirilən görüşlər Abxaziya Respublikası konstitusiyası və kilsənin dövlətdən ayrılmasını təsbit edən və sonuncunun dünyəvilik xarakterini təmin edən “Abxaziya Respublikasında vicdan azadlığı və dini birləşmələr haqqında qanunun pozulmasından xəbər verir.

Sosial şəbəkələrdə səciyyəvi fikirlər:

“Kilsə məsələləri barədə ümumiyyətlə susuram, orada dövlətin qətiyyən işi yoxdur. Bizim dövlət dünyəvi dövlətdir, dini məsələləri o dəqiq həll etmir, pravoslav dinindən başqa da çox şey var (ilk növbədə, ənənəvi din). Qoy keşişlərin özləri bir təhər barışsınlar, yoxsa onların davaları xalqı pravoslav dinindən bir dəfəlik çirkindirəcək.

“Qoy Müqəddəs Mitropoliya öz allahından kömək, APK isə özününkündən ağıl istəsin.

“Bunları oxuyanda, insanların, elə məmurların da, adi adamların da axmaqlığına təəccüblənirəm. Abxaziyanın tarixini götürsək, görərik ki, bizdə hamı Abxaziyanın keçmiş uğurlarına valeh olur. Misal üçün, çar Leon, Keleşbey Çaçba, N. Lakoba. Y. Eşba, V. Ardzinba. Aydındır ki, onların da məhv etdikləri və ya edəcəkləri müxtəlif düşmənləri və rəqibləri olub, onların, bu ilk qəhrəmanların adları isə tarixdə qalacaq. Sözü nəyə gətirirəm. Bizim gözlərimizin önündə Abxaz Avtokefaliyanın intibahı baş verir, tarix yaranır, amma kütlənin buna necə zəif reaksiya verdiyinə bir baxın… 10, 15 , 25, 30 ilmi keçəcək, bilinmir, amma sonralar Abxaziyanın öz avtokefaliyasının yenidən çiçəklənməsinə görə necə qürur duyacaqlar? Bəs həmin vaxtların adları məktubda keçən dar düşüncəli və ağılsız məmurlar da şahidi olsa, onlar hamıdan daha ürəklə əl çalacaqlar. 50-100 ildən sonra kimi xatırlayacaqlar? Əlbəttə ki, Dorofey ata və onun məsləkdaşları kimi insanları.

“Yeri gəlmişkən, keçmiş prezident bu məsələni həll edə bilərdi. Axı məhz onun vaxtında bizim kilsənin gürcü kilsəsindən asılılığının götürülməsi ilə bağlı imza toplama mərasimi keçirilirdi. Bu gün də parlamentə ayılıb, avtokefaliyanın tanınması ilə bağlı bütün yerli kilsələrə müraciət etmək gec deyil.

Münaqişənin hər iki tərəfinə – həm keşiş Vissarion, həm də keşiş Dorofeyə söz verən qısa sənədli film “Go Group Media tərəfindən 2014-ci ildə çəkilib. Amma mövqelərin mahiyyəti hələ də dəyişməyib.

Məqalədə yer alan fikirlər müəllifin terminologiyası və baxışlarını ifadə edir və redaksiyanın mövqeyi ilə üst-üstə düşməyə bilər.
Dərc edilib: 16.03.2016

More on JAMnews