Ermənistanda hüquq müdafiəsi hərəkatının tarixi" />

25 illik mübarizə

Ermənistanda hüquq müdafiəsi hərəkatının tarixi

Ermənistanda insan hüquqları sahəsində ən ciddi problemlər həmişə hakimiyyət dəyişməsi hüququnun məhdudlaşdırılması ilə bağlı olub. İnsanların hüquqları siyasi proseslər zamanı, o cümlədən də seçkilər zamanı və seçkilərdən sonrakı dövrdə kütləvi şəkildə pozulub. 

Ermənistanın hüquq müdafiəçiləri belə hesab edir, bundan Ermənistanda insan hüquqları ilə bağlı vəziyyəti qiymətləndirən illik hesabatlar xəbər verir. 

Niyə insan haqları və siyasət dost deyillər

Konstitusiyaya əsasən, vətəndaşların sülh yolu ilə hakimiyyəti dəyişmək haqqı var, amma bu hüquq təcrübədə daimi seçki prosesləri zamanı məhdudlaşdırılır. Ermənistan Helsinki Komitəsinin rəhbəri Avetik İşxanyan əmindir:

“Ermənistanda insan haqları ilə bağlı vəziyyətin qənaətbəxş olmamasının əsas səbəbi onunla bağlıdır ki, məhkəmə sistemi müstəqil deyil. Hakimiyyət bölgüsü yoxdur. Məhkəmə sistemi prezidentin hakimiyyəti altındadır. Polis, Milli Təhlükəsizlik Xidməti, Xüsusi İstintaq Xidməti, prokuror və hakimlərin prezidentdən asılı olduğu bir şəraitdə ədalət məhkəməsi barədə söhbət belə gedə bilməz.

Hüquq müdafiəçisi bir dənə də olsun seçki sonrası dövrünü xatırlaya bilmir ki, vətəndaşlar və müxalifətçi qüvvələr seçkilərdə saxtalaşdırmaya qarşı çıxmasın və küçələrə çıxmaqla öz hüquqlarını qorumağa çalışmasınlar:

“Birinci belə kütləvi etiraz aksiya 1996-cı ildə keçirilib. Qəzəbli insanlar küçələrə çıxdılar, bir neçə gün sonra isə Mərkəzi  Seçki Komissiyasına hücuma keçdilər. Qarşıdurma baş verdi, şəhərə qoşun yeridildi, “Erkrap [“Erkrap Könüllüləri İttifaqı] nümayəndələri mülki şəxslərə atəş açdı. Bu, ilk iri etiraz dalğası oldu.

2008-ci ildə də xalq Azadlıq meydanına çıxaraq, prezident seçkilərinin saxtalaşdırıldığının qəbul edilməsini tələb etdi. Nəticədə isə Yerevanın mərkəzində 10 nəfər öldürüldü, günahkarlar isə hələ də cəzalandırılmayıb.

İnsan haqları uğrunda mübarizənin başlanğıcı

Ermənistanda ilk ombudsmeni Larisa Alaverdyan hesab edir ki, Ermənistanda insan haqlarının qorunmasının başlanğıcı kimi sovet dövründə ölkənin müstəqillik uğrunda hərəkatının başlanğıcını qəbul etmək olar:

“Məhz müstəqillik uğrunda mübarizə nəticəsində Ermənistan vətəndaşları keçirilən referendum zamanı Sovet İttifaqının tərkibindən çıxmaq qərarını verdilər və müstəqilliklərini elan etdilər. Erməni xalqı öz səsləri ilə bildirdi ki, Sovet İttifaqının tərkibində olarkən hüquqları məhdudlaşdırılıb, suverenliyindən məhrum olunub və SSRİ-nin tərkibindən çıxdı.

Helsinki Vətəndaş Assambleyasının Vanadzor ofisinin başçısı Artur Sakunts deyir ki, Sovet İttifaqı dağılandan və Ermənistanda müstəqillik elan olunandan sonra Ermənistanda vətəndaş cəmiyyəti olmayıb. Müstəqillik uğrunda mübarizənin liderləri siyasi xadimlər oldu, partiyalar yaratdılar.

Hüquq müdafiəsi təşkilatları bir qədər sonra qeydiyyatdan keçdilər. Larisa Alaverdyan danışır:

“1988-ci ildə mahiyyətcə hüquq müdafiəsi təşkilatları olan “xeyriyyə birlikləri təşkil olundu. Amma onlar bu statusda qeydiyyatdan keçə bilmədikləri üçün onları “xeyriyyə təşkilatları adlandırırdılar. Həmyerli birlikləri ilə də eyni vəziyyət yarandı.

Və ancaq 1992-ci ildə Ermənistan BMT üzvü olandan sonra hüquq müdafiəsi təşkilatları qeydiyyatdan keçdilər. Onlar əsasən Qarabağ münaqişəsi nəticəsində yaşayış yerlərini tərk edən insanların – qaçqınların, zorla köçürülən insanların, girovların, hərbi əsirlərin, itkin düşənlərin hüquqlarının müdafiəsi ilə məşğul idilər. Yəni söhbət başqa bir ölkənin, indiki halda düşmənin əməlləri nəticəsində pozulan hüquqlardan gedirdi.

1992-ci ildə Ermənistanda həm də əhalinin zəif qruplarının – qadınların, uşaqların, qocaların və əlillərin hüquqları ilə məşğul olan təşkilatlar fəaliyyət göstərməyə başladı. 1995-ci ildən sonra bəzi təşkilatlar siyasi və ictimai fəaliyyətlə məşğul olan insanların hüquqlarının müdafiəsi üzrə ixtisaslaşdılar.  

Həmin illərdə artıq seçkilərdən sonrakı dövrdə bilavasitə hüquq müdafiəsi fəaliyyəti ilə məşğul olmağa başlayan Mika Danielyan və Avetik İşxanyanın təşkilatları yaradıldı.

Paralel olaraq, peşəkar vəzifələrinin yerinə yetirilməsi – ictimai və siyasi proseslərin işıqlandırılması zamanı zorakılıq və təzyiqə məruz qalan jurnalistlərin hüquqlarının müdafiəsi ilə məşğul olan təşkilatlar formalaşdırıldı.

“Bacardığımız qədər qoruyurduq

Artur Sakunts deyir ki, onların hakimiyyətə təzyiq rıçaqları olmayıb, onlar ancaq baş verənləri göstərirdilər.  Pozulmuş hüquqlarının bərpası “alətləri, hətta məhkəmələrə müraciət etmək imkanı belə yoxuydu. Bütün bunlar Ermənistanda 2001-ci ildə Avropa Şurasına daxil olandan sonra yarandı.

“Bacardığımız qədər qoruyurduq. Sənədləşdirirdik, hesabat hazırlayıb, beynəlxalq təşkilatlara göndərirdik. Bu qədər, artıq heç nə edə bilmədik. İyeqova şahidlərinin işinə baxırdılar. Biz nə edə bilərdik? Prokurora yazırdıq, bizə deyirdilər: “Bu nə deməkdir, siz nə edirsiz? Amma biz heç olmasa vəziyyətə bu cür təsir etməyə çalışırdıq.

Avropa Şurasına daxil olandan sonra bizdə institusional dəyişikliklər baş verdi. Ermənistanda ombudsmen institutu yarandı. Həmin illərdə ombudsmenlə prezident postunda olan Robert Köçaryan arasında Şimal prospektinin tikintisinə görə öz evlərindən məhrum olan insanların işi üzrə hüquqi diskussiya yarandı.  

Artur Sakuntsun sözlərinə görə, yavaş-yavaş belə bir təfəkkür formalaşırdı: hadisələri, insan haqlarının pozuntusunu demokratiya və qanunun aliliyi baxımından nəzərdən keçirmək lazımdır.

Ermənistanda öz hüquqlarının müdafiəsinin vacibliyi anlayışı artır

Erməni hüquq müdafiəçilərinin qeyd etdiyi kimi, Ermənistanda 1995-ci ildən başlayaraq siyasi hərəkatların hüquqları, son zamanlar da ictimai təşkilat üzvlərinin hüquqları kütləvi şəkildə pozulur.

2015

Söhbət “Elektrik Yerevan [elektrik enerjisinin qiymətlərinin qalxmasına qarşı] və “100 dram [marşrut taksilərində gediş haqqının qaldırılmasına qarşı] aksiyalardan, bundan başqa da  iyulda Polis Post-Patrul Xidməti alayını ələ keçirən “Sasna tsrer qrupuna dəstək olan insanların təşkil etdiyi mitinqlərdən gedir. O vaxt dinc etiraz aksiyalarının iştirakçıları saxlanıldı, siyasi qiymət alan həbslər oldu, aksiya iştirakçıları və jurnalistlərə qarşı zorakılıq tətbiq olundu.

2016

Keçmiş insan haqları müdafiəçisi Larisa Alaverdyan vurğulayır ki, bu hadisələr vətəndaş cəmiyyətinin inkişafından və insanların hüquq təfəkkürünün artmasından xəbər verir:  

 “Öz hüquqlarını bilən və müdafiə edən vətəndaşların sayı artdıqca cəmiyyət hakimiyyət üçün daha da təhlükəli olur. Bu, hakimiyyətin dəyişməsi təhdidini yaradır və insan hüquqlarına hörmətlə yanaşan hakimiyyəti formalaşdırmağa məcbur edir.

Niyə dəyişikliklər yoxdur

Hüquq müdafiəçilərinin sözlərinə görə, Ermənistan hakimiyyəti beynəlxalq aktlarla təsbit olunan öhdəlikləri yerinə yetirmir, çünki dəyişməyə hazır deyil. “Onlar öz üzərinə öhdəliklər götürüblər, amma biclik etmək istəyirlər. Atmaq istəyirlər, çünki onlara mandat lazımdır. Demokratik klubun üzvü olmaq şərəflidir, bu əlavə legitimlik verir, – Artur Sakunts deyir.

Avetik İşxanyan da öz növbəsində qeyd edir ki, beynəlxalq sənədlərə imza atan insanlar bu dəyərlər sistemini bölüşmürlər, buna görə də onları pozmaqda davam edirlər. Onlar ölkənin inkişafına gətirib çıxara biləcək sivil dəyərlərə hörmət etmirlər.

Məhbusların hüquqları pozulmaqda davam edir, həbsxanalardakı şərait qənaətbəxş deyil. Dövlət və ictimai fikir seksual və dini azlıqları zəif salıb. Onlara qarşı dözümsüzlük və ayrı-seçkilik özünü göstərir. 

Ənənəvi və ya İşxanyanın sözləri ilə desək, “geridə qalmış təfəkkür nəticəsində Ermənistanda zorakılığa məruz qalan qadınlar da zəif qrup sayılır. Əmək hüququ da kütləvi şəkildə pozulur, amma bu haqda heç kim danışmır. 

Artur Sakunts hesab edir ki, 2001-2007-ci illərdə baş verən müsbət dəyişikliklər inkişaf etdirilmədi, çünki polis tərəfindən zorakılıq halları ildən ilə artır: 

“2008-ci ildən məlum oldu ki, dəyişikliklər imitasiya idi. Müsbət dəyişikliklər vəd edən zəmin yoxa çıxdı. Aydın oldu ki, siyasi maraqlar insan hüquqlarından daha yüksək qiymətləndirilir.

 


More on JAMnews