SSRİ-nin ikinci adamı Lavrenti Beriyanın qəddarlığı haqqında çox şey məlumdur, bununla bağlı cild-cild sənədlər var. Bu fotoşəkillər və hekayə isə Abxaziyadandır " />

Beriya haqqında hekayə

SSRİ-nin ikinci adamı Lavrenti Beriyanın qəddarlığı haqqında çox şey məlumdur, bununla bağlı cild-cild sənədlər var. Bu fotoşəkillər və hekayə isə Abxaziyadandır

Image is not available
Image is not available
Beriya haqqında hekayə
Slider
Image is not available
Image is not available
Slider
SSRİ-nin ikinci adamı Lavrenti Beriyanın qəddarlığı haqqında çox şey məlumdur, bununla əlaqədar cild-cild sənədlər var. Bu fotoşəkillər və hekayə isə Beriyanın həyatını uzun illərinin bağlı olduğu Abxaziyadandır: burada onun tez-tez vaxtını keçirdiyi bağ evi olub. Həmçinin Abxaziyada onun anası – Marta Cakeli yaşayıb.

Bağ evi elə indi də turist bazası tərəfdə, “Aytar” sanatoriyasının yaxınlığında yerləşir. Bu gün onun görünüşü belədir. Qorunur, amma atılmış vəziyyətdədir.
Image is not available
Image is not available
Slider
Image is not available
Image is not available
Slider
Natamam məlumatlara görə, 1937-ci ilin iyulundan 1938-ci ilin noyabrına qədər Abxaziyada 2,186 nəfər repressiyalara məruz qalıb. Stanislav Lakobanın “Abxaziyada böyük terror” kitabında deyildiyinə əsasən, 748 nəfər güllələnib, 377 nəfər həbsxanalarda izsiz-soraqsız yoxa çıxıb, bir çoxları düşərgələrdə dünyasını dəyişib. “Abxaziya kəndlilərinin ən öndə gələn hissəsi indiyə kimi görünməmiş siyasi təqiblərə məruz qalmışdı... Demək olar ki, çoxmillətli Abxaziyanın bütün ziyalıları, görkəmli dövlət və ictimai xadimləri məhv edilmişdi”.

İnsanlar bu bağ evi ilə bağlı çox qorxulu hekayələr danışırlar.
Image is not available
Image is not available
Slider
Image is not available
Image is not available
Slider
Yerli sakin Konstantin Şurdulava “JAMnews”a belə bir hekayə danışıb: “Mənim dayım çox güclü idi. Misal üçün, o belə edirdi: atı qaldırıb, çiyinlərində düz evə qədər aparırdı. Bunu Beriya eşidir. Köməkçilərini dayımın yanına göndərir və ona mühafizəsində layiqli yer tutmağı təklif edir. Dayım imtina edir. Bir müddətdən sonra onun evində yenidən Beriyanın adamları peyda olurlar. Onlar dayıma yığışmaq üçün bir neçə dəqiqə vaxt verirlər, dayım onlarla maşına oturur. Bundan sonra onu görən olmayıb”.

Konstantin Şurdulava bu bağ evi ilə şəxsən tanışdır. DİN-də işə götürüləndə və burada mühafizədə işləyəndə onun hələ 20 yaşı vardı. Bu, Beriynın güllələnməsinə bir il qalmış, 1952-ci ildə olmuşdu.

“Bizi onun yanına buraxmırdılar, sadəcə olaraq, kütlə görüntüsü yaratmaq üçün idik. Bütün bu vaxt ərzində mən Beriyanı bəlkə cəmi üç dəfə görmüşəm. Deyirdilər ki, ona baxsan və baxışlarınız toqquşsa, vəssalam, səni bir də tapmayacaqlar. Onun mühafizəsindən, ümumiyyətlə, heç kimlə ünsiyyət qurmurduq. Özümüzü elə aparırdıq ki, sanki heç nə baş verməyib və biz ümumiyyətlə, heç nə bilmirik. Halbuki, hər şeyi gözəl bilirdik və anlayırdıq. Lakin görünüşün axmaq görünüşü olmalı idi. Bu halda başına heç nə gəlməyəcəkdi”.
Image is not available
Image is not available
Slider
Image is not available
Image is not available
Slider
Konstantin Şurdulava deyir ki, bu bağ evinin darvazasının yaxınlığında hər dəfə itkin düşmüş qızların valideynləri dururdu. Qonşular onların maşınlara otuzdurularaq Beriyanın yanına gətirildiklərini görürdülər. Valideynlər ağlayır və qızlarının geri qaytarılmasını xahiş edirdilər. “Onlar içəri buraxılmalarını xahiş edirdilər. Amma biz nə edə bilərdik? Bizə heç kimi buraxmamaq əmr olunmuşdu. Bu qızlar sonradan yoxa çıxırdılar. Onları heç kim görməmişdi”, - Şurdulava xatırlayır.

Söz-söhbət gəzirdi ki, bu bədbəxt qadınları öldürür və bir müddət dövlət bağ evinin zirzəmisində saxlayırdılar. Buna görə də, oradan, yenə şayiələrə görə, meyit qoxusu gəlirdi.
Image is not available
Image is not available
Slider
Image is not available
Image is not available
Slider
Həmin günlərdə Konstantin Şurdulava Beriyanın anası ilə tanış olur. Marta Cakeli bütün ömrü boyu, ölənə qədər Merxeul kəndində yaşayıb və Lavrenti Beriya tez-tez bağ evinə deyil, onun yanına gəlirdi. Şurdulava bir neçə dəfə orada mühafizədə olub və təmtəraqlı qonaqlıqları, meqrel dilində mahnıları, rəqsləri xatırlayır. “O, xeyirxah qadın idi. Qonaqlıqdan sonra hamı gedəndə bizə tərəf gəlir və yemək gətirirdi. Masanın üstündə olanlardan. Ət, xaçapuri. Qonşular onu sevirdi. Onun oğlunun böyüyüb bu cür olması müəmmalı idi”.
Image is not available
Image is not available
Slider

 

previous arrow
previous arrow
next arrow
next arrow
PlayPause
Slider

 

Image is not available
Image is not available
Slider
Məqalədəki terminlər, toponimlər, fikir və ideyalar JAMnews və ya ayrı-ayrı əməkdaşlarının fikir və ya ideyaları ilə üst-üstə düşməyə bilər. JAMnews məqaləyə yazılmış təhqir, təhdid, zorakılığa çağırış kimi dəyərləndirilə bilən və ya başqa səbəbdən etik sayılmayan şərhləri silmək haqqını özündə saxlayır

More on JAMnews