Əhmədbəyli-Füzuli-Şuşa avtomobil yolunun tikintintisinə başlanılıb. Yolun uzunluğu 101,5 km, yolun ümumi eni isə 37,7 m təşkil edəcək.
Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin məlumatına əsasən, yeni Füzuli-Şuşa magistral avtomobil yolu başlanğıcını M6 Hacıqabul- Bəhrəmtəpə-Mincivan-Ermənistanla dövlət sərhədi magistral yolunun Füzuli rayonunun Əhmədbəyli kəndindən keçən hissəsindən götürür. Yol işğaldan azad edilmiş Füzuli, Xocavənd və Xocalı rayonlarının ərazisindən keçir.
Avtomobil yolu Füzuli və Şuşa şəhərləri də daxil olmaqla sözügedən rayonların 20-dən artıq yaşayış məntəqəsini əhatə edəcək.