Kütləvi etirazlar və onlarla həbs olunan: referendumun nəticələrinə ilk reaksiya" />

Türkiyə “hə” dedi?

Kütləvi etirazlar və onlarla həbs olunan: referendumun nəticələrinə ilk reaksiya

Türkiyə referendumda qələbəni bayram edənlərlə səslərin yenidən hesablanmasını tələb edənlərə bölünüb. Bu, müasir Türkiyə tarixində baş verən ən vacib hadisələrdən sonrakı ilk həftədir. Ölkədə müxtəlif dairələrdə bu haqda nə deyirlər? JAMnews-un İstanbuldan reportajı.

Konstitusiya referendumu Türkiyədə aprelin 16-sı baş tutdu. Əhali Türkiyə konstitusiyasına 18 spesifik düzəlişin qəbul edilib-edilmədiyi ilə bağlı qərar verməli idi, o cümlədən:

  • Ölkədə parlament idarəçiliyi üsulunu ləğv etmək və prezident respublikasını yaratmaq;
  • Baş nazir vəzifəsini ləğv etmək;
  • Parlament deputatlarının sayını artırmaq;
  • Ali hakimlər və prokurorlar şurasında islahatlar.

Dünən, aprelin 20-də Ali Seçki Şurası referendumun nəticələrini ləğv etməkdən imtina etdi – müxalifət 2 milyona yaxın səsi şübhə altına saldı. Bu o deməkdir ki, prezident Rəcəb Ərdoğan tərəfindən təklif olunan konstitusiya islahatının tərəfdarları minimal fərqlə qalib gəldilər – 51 faiz 49 faizə qarşı.

“Daily Sabah” qəzetindən

“Əleyhinə” səs verən türk seçiciləri, “48 faiz klubu”na xoş gəlmisiz! Çoxsaylı səslərinizin və inandırıcı arqumentlərinizin iqnor olunacağına hazır olun”, – britaniyalı jurnalist Tomas de Vaalın “Facebook”dakı statusundan sitat.

O, bu yeni “klub”un üzvlərini xarakterizə edən rəqəmləri gətirir:

  • “Əleyhinə” səs verən türk seçiciləri – 48,6 faiz;
  • Bu yaxınlarda ABŞ-da keçirilən prezident seçkiləri zamanı Hillari Klintona səs verənlər – 48,2 faiz;
  • Avropa İttifaqının tərkibində qalmağın lehinə səs verən britaniyalı seçicilər – 48,2 faiz.

Türkiyədə bazar günü, aprelin 16-sı keçirilən səsvermənin nəticələri göstərir ki, Türkiyənin üç ən iri şəhəri olan İstanbul, Ankara və İzmirin sakinləri 60-70 faiz nəticəylə əleyhinə səs verdi.

Seçkilərdən sonra bir həftə ərzində Türkiyə şəhərlərində çoxminli etirazlar davam edir. Amma çox güman ki, onlar qısa müddətdə dayandırılacaq – Türkiyədə 2016-cı ilin yayında hərbi çevriliş cəhdindən sonra tətbiq edilən fövqəladə vəziyyət davam edir.

Aprelin 20-də İstanbulda referendumun nəticələrinə qarşı keçirilən küçə aksiyalarının 19 iştirakçısı həbs edilib. Onlar “əhali arasında düşmənçiliyin alovlandırılmasında” ittiham olunurlar.

 

“Avropanın Türkiyə əleyhinə dairələrinin və “yox” kampaniyasının türk xalqı tərəfindən bazar günü qəbul edilən qərarın legitimliyini ləğv etmək cəhdləri qeyri-demokratikdir”, – şərhçi İlnur Çevik aprelin 21-də “Daily Sabah”da yazır. Müxalifət böyük səhvə yol verir, bunu nə qədər tez başa düşsə və xalqın iradəsinə baş əysə o qədər yaxşı olar”.

 

 

Bununla belə, ATƏT və bir sıra müstəqil müşahidəçilər referendumun demokratikliyi faktını şübhə altına aldılar. O cümlədən aşağıdakı pozuntular qeyd edilir:

  • Türkiyə fövqəladə vəziyyət şəraitindədir və vətəndaşların fundamental azadlıqları məhdudlaşdırılır.
  • Seçicilər referendumdan öncəki dövrdə qərəzsiz və balanslaşdırılmış informasiya ala bilmədilər.
  • Səsvermədə 18 düzəlişdən ibarət siyahı təqdim olunmuşdu, amma onların hər birini ayrı-ayrılıqda nəzərdən keçirmək imkanı yox idi. Əvəzində isə seçki bülletenləri seçicilərə sadəcə “hə” və ya “yox” deməyi təklif edirdilər.
  • Yüksək vəzifəli məmurlar “Yox” kampaniyasının tərəfdarlarını açıq şəkildə terrorçulara tərəf çıxan ünsürlər adlandırırdılar.
  • Jurnalistlərin həbsləri və media orqanlarının bağlanması ölkədə geniş miqyaslı senzuranın yayılmasına imkan yaradırdı.

“Referenduma yox de” şərti adı altında kampaniyanın iştirakçılarının arqumentləri demək olar ki, eynidir: indi Türkiyə prezidenti müstəsna imkanlar, səlahiyyət və hakimiyyət əldə edib. İstanbul şəhər şurasının üzvü Ayşə Berktayın aprelin 16-sı referendum günü İstanbulda etiraz aksiyası zamanı çıxışının yazısı:

Xarici mediada isə referendumun nəticələri ilə bağlı şərhlərin ümumi tonu bədbindir. Güman edilir ki, bu cür nəticə Türkiyənin Avropa İttifaqına inteqrasiya imkanlarını uzun müddətlik bağlayır.

Bu zaman qeyd olunur ki, Ərdoğanın qələbəsinə Avropada yaşayan türk vətəndaşları böyük töhfə verib. Bu cür addıma da onları oradakı hakimiyyətin hərəkətləri vadar edib, misal üçün, Hollandiyada Türkiyə hökumətinin üzvlərinin iştirakı ilə seçkiqabağı mitinqlərin keçirilməsinə qadağa qoyulub.

ABŞ prezidenti Donald Trump Türkiyə prezidentinə zəng edərək, onu qələbə ilə təbrik etdi. Amma hələlik Tramp səsvermənin nəticələri ilə bağlı stress keçirməyən yeganə Qərb lideridir. Əksər Avropa ölkələrinin liderləri narahatlıqla bildirirlər ki, Ərdoğanın xeyrinə olan kiçik səs fərqi – cəmi 51,4 faiz – Türkiyə cəmiyyətində ciddi parçalanmadan xəbər verir.

Bu, Türkiyədə də bir çoxlarını narahat edir.

“Bizə vahid ölkə lazımdır”, – Türkiyə parlamentinin deputatı Filiz Keresteçioğlu deyir, o, referendum ideyasının özünü cəmiyyətdə təhlükəli qütbləşmə üçün stimul hesab edir.

Amma ölkədə mövcud hakimiyyətin tərəfdarları, hansılar ki, hər halda rəsmi məlumatlara görə çoxluq təşkil edir, böyük sevinclə qələbələrini qeyd edirlər.

Hakim partiyanın Hakan adlı fəallarından biri öz motivlərini və ümidlərini bu cür təsvir etdi:

“Biz istəmirik ki, ölkəmizi ancaq kurort ölkə, ucuz tərəvəz mənbəyi və Avropa ölkələrinin pulları hesabına qaçqın axınının qarşısının alındığı bir yer kimi qəbul etsinlər. Biz sözün əsl mənasında hörmətli ola bilərik, amma bunun üçün güclü siyasi iradəyə ehtiyac var”.

Türkiyə prezidenti Erdoğan CNN-ə müsahibəsində  diktator olmaq ilə bağlı ittihamları qəti şəkildə rədd etdi.

“Mən faniyəm, – o dedi. – İstənilən an ölə bilərəm. Bu islahatlar Türkiyəni demokratik inkişafın yeni mərhələsinə çıxarmaq üçün nəzərdə tutulub”.


More on JAMnews