Qayıqla balıqçılıq 12 fotoda" />

Təzə balığı necə seçmək olar? – siyəzənli balıqçıların məsləhəti

Qayıqla balıqçılıq 12 fotoda

Siyəzən şəhərində çoxları balıqçılıqla dolanır. Vüqar və onun yoldaşları kimi.

Lorem Ipsum

Vüqar 11-12 yaşından Xəzərdə balıq tutur. Beş ildən çoxdur ki, qayıqla dənizə çıxır. Buna qədər isə sahildən tilovla və ya torla tuturmuş.

Burada kütüm, kefal və vobla ovlanır. Nərə balığını tutmaq qadağandır – 2001-ci ildə Azərbaycan nərəkimilərin ovuna müvəqqəti moratorium qəbul edib. Üstəlik Vüqar deyir ki, nərə balığı sahilə yaxın sularda olmur: “Onun üçün gərək uzaq məsafə gedəsən, həm də qayığın sağlam olmalıdır”.

“Bu evi özümüz üçün tikmişik ki, səhərin açılmağını, ya da havanın yaxşılaşmasını sahildəcə gözləyə bilək”.

“Gün ərzində ən azı 2 dəfə, ən çoxu 4-6 dəfə suya baş vururuq. Bir dəfə torları səpəndə, bir dəfə yoxlamağa gəlirik, bir dəfə də balığı yığmağa”.

“Çox vaxt çöl quşları da düşür tora. Quşlar balığı ovlamaq istəyirlər, bu zaman caynaqları tora ilişir. Biz onları buraxırıq”.

“Bir dəfə külək qayığın yan tərəfindəki iki taxtasını qırdı. Yanımdakı dostuma dedim ki, özümüzü itirməyək, qorxmayaq. O vedrəylə qayığın içindəki suyu boşaldırdı. Mən də tez qayığın ehtiyat dəliyinin qapağını açmağa başladım.

Bu kimi hallarda həmin dəliyin qapağını açırsan, qayığın arxa tərəfində oturursan və qayığın burun hissəsi yuxarı qalxmağa başlayır. İçəridəki su üzüaşağı dəlik vasitəsilə qayıqdan çıxır. 4-5 saat gözlədik külək dayandı və tez sahilə doğru qayıtdıq. Heç torları da yığmadıq”.

“Bilmək olmur sən dəqiq balıq tuta biləcəksən, ya yox. Bir də görürsən ki, hava yaxşıdı, amma tora balıq düşməyib. Bir də görürsən ki, gözlədiyindən artıq balıq düşüb tora”.

“El arasında belə bir misal var ki, isti aylarda balıq yeməzlər. Amma səhv fikirdi. Yay aylarında da, qış aylarında da balıq yeyilir. Əsas odur ki, təzə olsun.

Balığın təzə olmağını isə belə təyin etmək olur:  təzə balığın qulaqları sulu və təmiz rəngdə olur, barmağınla möhkəm sıxıb, buraxanda yaranan batıq öz formasını alır”.

Facebook Comments

More on JAMnews