Burada sovet dövrünə xas olan mədəniyyət saxlanılıb" />

CAMnyusun kamerası Abxaziya bazarında

Burada sovet dövrünə xas olan mədəniyyət saxlanılıb

İlk baxışdan Suxum bazarı Qafqazda yerləşən minlərlə bazardan heç nə ilə fərqlənmir. Burada həyat səhər saat 5-də başlayır – yuxulu satıcılar piştaxtaları qaydaya salır, dünəndən qalan ərzaqlara və mallara təzələrini əlavə edir, yeni gününün uğurlu olması ümidi ilə iş gününə hazırlaşırlar.  

Bazar saat 12-dən axşam 5-ə qədər işləyir. Satıcılar öz mallarını qarovulçuların insaflı işinə ümid edib, elə piştaxtada saxlayırlar.

Suxum bazarı, yuxarısı mavi brezentlə örtülü, yanlardan isə sovet dövründən qalma iki tikili ilə sıxışdırılmış çox böyük ərazidir. Yeri gəlmişkən, bu binalar da bazarın bir hissəsidir. Birində paltar, digərində izə ərzaq satılır. Burada “işıqlı kommunist dövrü”nə xas art qalıb

Yulya tərəvəz satır. O, şəhərin qırağındakı kəndlərdən birində yaşayır və öz bostanında yetişdirdiyi tərəvəzi satır.

Suxum bazarında da eynən Tbilisi bazarında satılanlar satılır. Sadəcə abxazlar malın adının axırında “i” hərfini yığışdırır. Məsələn, Gürcüstanın bütün yerdə qalan ərazilərində oturuşmuş “xaçapuri” burada “xaçapur” adlanır.

Abxaziya sakinləri həqiqətən də çox dadlı və ətirli olan mandarinləri ilə fəxr edirlər.

“Sərhədsiz ədviyyatlar”. Bu, svan duzudur, Suxum bazarında satılır

Suxum bazarında yaxşı, keyfiyyətli şərab tapmaq çətindir. Yaxşı satılsın deyə bu satıcı həvəsləndirici sxem kəşf edib – şərab alan çox şirin ballı, şəkərli, çaçalı meyvə arağı hədiyyə alır. Seçim də böyükdür – nar, üzüm, armud arağı. 


Koba foto ilə maraqlanır, amma nə qədər paradoksal olsa da özü foto çəkməyi sevmir. Bazarda ailəsinə kömək edir, çörək satır. O, xarici ölkələrdə olub, deyir ki, sevimli şəhərləri Bakı və Sankt-Peterburqdur. “Yəqin ki, Suxum indi 30 il əvvəlki Avropa şəhərləri kimi görünür. Buradakı kimi binalar Avropada yoxdur”, – o deyir.


Kostantin iki uşaq atasıdır. Övladlarını tək böyüdür. Yoldaşı polyak olub. Ayrılıblar. Qadın vətəninə qayıdıb.

“Sadəcə olaraq polyaklarla ruslar fərqlidir”, – Konstantin deyir.


Bu qadın isə Qara dənizdə tutduğu xırda balıqlar satır. O, potensial alıcıları əminliklə balığın çox rahat və tez təmizlənməsi ilə cəlb edir, “onun dadına görə isə yaşamağa dəyər”.  


Seda pianoçudur. 25 il musiqi məktəbində dərs deyib. Bu, 1990-cı illərin müharibəsindən əvvəl olub. Müharibədən sonra işini itirib. “Bu gün musiqi heç kimə maraqlı deyil, klavişli musiqi alətlərində ifa etmək istəyən yoxdur”, – o deyir. Bazarda qazandığı pul dolanmağa güclə çatır. Onu daha çox incidən isə səyahət edə bilməməsidir. Kommunistlərin vaxtında Seda bütün Sovet İttifaqını gəzib.

Abxaziya müxtəlif dinlərin birləşdiyi yerdir. Bəlkə də inanc fərqliliyi burada Qafqazın başqa yerlərə nisbətən daha çox nəzərə çarpır. Belə bir təəssürat yaranıb ki, abxazların əksəriyyəti müəyyən bir inanca sahib deyil. Amma bəzi köhnə adətlərə bu günə kimi də riayət edirlər.


Bazarın lap axırında  köhnə restavrasiya olunmuş mebel mağazası var. Stul və divanlarla dolu bapbalaca qaranlıq otaqdır.

Mağazanın sahibi türkdür. Valideynləri hələ SSRİ dövründə şəhəri tərk edib. O isə qayıdıb, öz kiçik işini açıb. 

Abxaziyada əsas ünsiyyət dilləri olan nə abxaz, nə də və rus dilini bilməməsinə baxmayaraq, müştəri və iş azlığından şikayətçi deyil.

* Aqneşka Zielonka Tbilisidə yaşayan və JAMnews-la əməkdaşlıq edən polyak jurnalistdir.

Nəşr olunan materiallardakı terminlər, toponimlər, fikirlər və ideyalar JAMnews-un və ya ayrı-ayrı əməkdaşlarının fikir və ideyaları ilə üst-üstə düşməyə bilər. JAMnews dərc olunan materialların altında yazılan və təhqir, təhdid, zorakılığa çağırış və ya başqa səbəblərdən etnik narazılıq doğuran kimi dəyərləndirilən şərhləri silmək haqqını öz üzərində saxlayır

More on JAMnews