Suriya qaçqınları Türkiyədə necə yaşayır " />

Suriya müharibəsinin üzləri

Suriya qaçqınları Türkiyədə necə yaşayır

Hromadske TV

DSC09504

Altı illik müharibədən sonra yenə də başqalarına kömək edə bilmək üçün bir qədər özünə gəlməli olduğunu anlayan könüllü. İnsanların qayıtmağa yeri olsun deyə bombardman edilmiş şəhərdə ağac əkən informatika müəllimi. Qalan həyatını gənclərin radikallaşmasının qarşısını almağa həsr etməyi düşünən əsirlikdən xilas olmuş gənc fotoqraf.  9 əməliyyat keçirən, sinif yoldaşları çapıqlarına güldüyü üçün məktəbi tərk etməyə məcbur qalan qızcığaz.

2011-ci il martın 15-də Suriyada münaqişə başladı.

Müharibə yarım milyon insanın həyatına son qoydu. Bizim üçün Suriya islamçılar haqda xəbərlər, uzaq və qəddar qətllər və bombalanmış şəhərlərin qiyaməti andıran kadrlarıdır. Sadəcə bu müharibəni alovlandıran qonşuluqdakı tanış diktatordur.

Bu xüsusi layihə münaqişə sifətləri haqdadır – taleləri çox aydın olan, kino ssenarisinı köçürülməyə layiq suriyalılar haqda.

“Suriya-Türkiyə sərhədində yerləşən Kilis şəhərində cihadçıların məskunlaşdığı ucuz otellər çoxdur. Oradan bir qədər şərqə doğru Urfadır (Şanlıurfa şəhərini belə adlandırırlar).

Hazırda “İslam Dövlətinin” paytaxtı olan Suriyanın Rakka şəhərinə gedən yolun düz üstündə yerləşən Türkiyənin Urfa şəhəri əcnəbi yaraqlıların əsas toplaşma məntəqəsidir.

Amma siz bu faciənin əsas qəhrəmanları – mülki suriyalılar haqda danışmaq istəyirsizsə, onların Türkiyənin Qaziantep şəhərindədir”, – vaxtilə bir il müddətində daima Hələbdə yaşayan yeganə qərbli jurnalist olmuş hərbi müxbir izah edir.

Təyyarə Qaziantep şəhər aeroportunun buzlu zolağına enir. Hələbə 120 kilometr var. Heyrətamizdir, bu gün Suriya sərhədinə gəlib çıxmaq nə qədər də asandır. Xüsusən də ekstremist qruplaşmaların təsiri altına düşən avropalılar üçün.

DSC09334

Jurnalistlər isə ancaq islamçılar və ya hərbçilər tərəfindən keçirildikləri təqdirdə Suriya daxilində işləyə bilirlər. Rəsmi akkreditasiya Əsəd rejimi ilə faktiki əməkdaşlıq anlamına gəlir.

Cihadçıların vəhşilikləri və “İslam Dövlətində” macəra axtaran avropalılar haqda hekayələr son illər mətbuatda populyardır

Suriya müharibəsinin ən bilinməyən üzü hər bir suriyalının gündəlik yaşam, ailəsini yedizdirmək və qorumaq uğrunda mübarizəsidir. Bir də suriyalı könüllülərin öz cəmiyyətlərinə kömək etmək üçün sərf etdikləri böyük səylər haqda hekayələr.

360 panoram videosu qədim Qaziantep şəhərinin küçələrini gözdən keçirməyə imkan verir

Qazianteb əsrlərdən bəri Hələblə qardaş şəhərdir. Mərkəzdə təpənin üzərində oxşar, bəlkə bir qədər kiçik qala yerləşir, eyni dar küçələr və daş evlər. 27 yaşlı Xaled əlini divara sürtərək izah edir ki, Hələb planetin insanın məskunlaşdığı ən qədim məskənlərdən biridir, burada ənənəvi olaraq evləri nəhəng daşlardan inşa edirdilər. Göz önündə viranələrin fotosu canlanır.

Xaled

xaled

Xaled Fattal informatika müəllimidir, öyrənəndə ki, bəzi məktəblərdə islamçılar nəğmə və rəsm dərslərini qadağan edib, yeni dərs təklif edib – kompüter proqramçılığının əsasları. O, qaçqın uşaqlara dərs keçir və bu cür kursları vətənində də təşkil etməyə çalışır.

Suriyada komandaları tədris robotları üzrə Dünya birinciliyinə hazırlaşdıran, hazırda yetim uşaqlarla məşğul olan, həmvətənlərinin Türkiyədə necə yaşadığı haqda danışan Xaledin hekayəsinə baxın

Ammar və onun kiçik qardaşı Usama kompüter dillərini öyrənirlər. Son bir neçə günün tapşırığı: robotları elə proqramlaşdırmaq ki, zibili doğru çeşidləsin.

Qey edim ki, Ammarın baxışları yetkin kişi baxışlarıdır. Bir də on beş yaşlı yeniyetməyə görə onun boyu çıx balacadır. Bu cür suriyalı uşaq az deyil. Müharibə zamanı onlar yaxşı qidalanmayıblar.

Düzdü, Ammarın ailəsi ümumilikdə xoşbəxtdir: onlar Hələbdən zamanında çıxa biliblər, burada türk dilini bilmədən pul qazanmaq çətin olsa da, oğlanın atası sürücü işinə düzələ bilib.

Xaled üçün robotlar onun işidir. Onu könüllü edən ehtirası isə müharibənin ağuşuna aldığı Suriyada ağac əkməkdir. O, dostları ilə birlikdə ting almaq üçün vəsait toplayır və kəndlilərə göndərirlər. Zeytun ağacı becərirlər – Xaledin vətənində bu ağacı heç kim qırıb odun eləməz.

“Bir çox ölkələr və hökumətlər yıxılıb və yenidən ayağa qalxıb. Əgər nikbin olmasaq gələcək haqda necə düşünə bilərik? Siz sadəcə deyəcəksiz ki, mənim şəhərim dağıdılıb və mən ora qayıda bilmərəm, mənim əlimdən nə gəlir ki? Amma mən belə düşünməməliyəm. Buna görə də ağac əkirəm. Əgər onun kölgəsində mən otura bilməsəm, ola bilər ki, nəvəm otursun. Və o deyəcək: “Bu ağacı babam əkib””, – Xaled izah edir.

Zahariyəzaqar

Suriyalıların Türkiyədə üzləşdikləri çətinliklərdən danışarkən biz suriyalıları yerli sakinlərdən ayırmağı tez öyrənirik. Qadınların baş örtüləri və geyimləri fərqlidir. 13 yaşlı oğlan gülümsəyərək bizə yaxınlaşır. Mükəmməl ingilis dilində bizdən haradan olduğumuzu soruşur, öz işini və çox fəxr etdiyi atasını göstərmək istəyir. Onun atası alimdir, amma indi satıcı işləyir. Onların ailəsi 600 il Hələbdə yaşayıb.

Oxumaq istəyən, amma işləməyə məcbur olan balaca poliqlot satıcının hekayəsinə baxın.

Biz Adana şəhərinə gəlib çıxırıq. Orada bizi Təlal gözləyir. Bizə çox zaman ayıra bilmədiyi üçün çox tələsir və həyəcanlanır. Bu gün onun və Avropada suriyalılar üçün vəsait axtaran britaniyalı könüllü tanışı Şazadın şəhərdəki son günüdür. Nə qədər çox insanla görüşə bilsələr, bir o qədər çox ailə yardım alacaq.

Təlal

talat

Təlal suriyalı çeçendir. Ailəsinin tarixçəsi əsrlərdir qitədə aparılan müharibələr üzündən qafqazlıların köç və sərgərdan həyat hekayəsinin davamıdır. Hələ Rusiya çarlığı dövründən onlar Qafqazdan Türkiyəyə, Fələstinə, Suriyaya, indi isə yenidən Türkiyəyə  və uzaq Avropaya köç edirlər

İmkanlı ailənin övladı, 18 yaşında şəxsi maşına və evə sahib olan qafqazlı oğlanın könüllüyə çevrilməsiı haqda hekayəni izləyin.

24 yaşında Təlal xəyal qurmaqdan əl çəkib. Deyir ki, sadəcə imkansızlıqdan Türkiyədən Dəməşqə qayıdan valideynlərini və onları Almaniyaya aparsınlar deyə qaçaqmalçılara pul vermiş qardaşlarını görmək istəyir. Təlal izah edir ki, ailənin təhlükəsizlikdə olduğunu bilmək bütün xəyallardan daha önəmlidir. Könüllü olaraq başqalarına kömək etmək iqtidarında olduğu halda öz doğmaları üçün heç nə edə bilmədiyini qəbul etmək çox çətin olub.

Təlal narahat olur və küçədə foto çəkməməyi xahiş edir. Onun sözlərinə görə, biz Adananın təhlükəsiz olmayan, türk polisinin faktiki olmadığı rayonuna gedirik. Bu kvartal kürd üsyançılarının nəzarətindədir. Təlalın tanışı ev əvəzinə çadıra sığınan çoxuşaqlı ailəni məhz orada görmüşdü.

Türkiyənin cənubunda və Suriyanın şimalında həqiqətən də soyuqdur. Qışda temperatut sıfırdan aşağı olur. Qaçqınların çoxu evini bir sviterdə tərk edib. Təlal məhz belələrinə – hər şeyini itirənlərə kömək edir.

Doqquz əməliyyatdan sonra Heba məktəbə getməyə çox şad idi. Amma sinif yoldaşları onu ələ salmağa başlayıblar. Bu, Təlalın kömək elədiyi sadəcə bir ailədir.

Hələbdə otağına mərmi düşən, valideynlərinin alovun içindən xilas etdiyi qızcığazın yeni həyatı haqda hekayəni izləyin.

Ola

OLa

“Yəqin bizə başqa planet lazımdır”, – Ola Batta gülümsəyir.

Suriyalı könüllü üç il əvvəl Hələbdən Qaziantepə köçməli olub, amma yenə də həm Suriyada, həm də ölkənin xaricində həmvətənlərinə kömək etməyə davam edir.

Bir an Ola ümidsizliyə qapılır. Hələbin Azad Suriya Ordusunun nəzarətində olan şərq hissəsinin mühasirədə olması və məğlubiyyəti onun üçün ümidlərin sonu deməkdir. Hərçənd gənc qız deyir ki, təslim olanlardan və inamını itirənlərdən deyil. Amma yalnız indi anlayıb ki, üç illik könüllü fəaliyyətindən sonra tamam gücdən düşüb.

Başqalarına kömək edə bilmək üçün dayanıb, güc toplamaq lazım olduğunu anlayan könüllü haqda hekayəni izləyin.

Ola deyir ki, şəhər sakinlərini xilas etmək mümkün idi:

“Hələ 2015-ci ildə deyirdilər ki, Hələbi mühasirəyə ala bilərlər.  Münaqişənin hər iki tərəfindəki insanlar dəfələrlə zəng vurub fövqəladə vəziyyət halı üçün plan hazırlanmasını xahiş etmişdilər. Amma beynəlxalq təşkilatlar bildirirdilər ki, nə qida çatdırmaq, nə də sığınacaqlar hazırlamaq iqtidarında deyillər. Bunu onunla izah edirdilər ki, onsuz da azuqələri məhv edəcəklər”.

Bir də Ola etiraf edir ki, onun Hələbə qayıtmaq şansı yoxdur. Rejim humanitar təşkilatlarla əməkdaşlıq edənləri terrorçuların tərəfdarı hesab edə bilər.

Ola inanılmaz dərəcədə güclü qadın təsiri bağışlayır. Ancaq öz ailəsi haqda ehtiyatla danışır, ailəsinin yarısı Suriyada qalıb.

Xəlifə

DSC09390

23 yaşlı Xəlifə Xuder Hələb Media Mərkəzinin fəalıdır, yeddi ay “İslam Dövlətinin” əsiri olub. İŞİD-in nəzarətində olan Əl-Bab şəhərində qruplaşmanın təhlükəsizlik xidmətində işləyən tanışı “satıb”.

Xəlifənin “günahı” cihadçılardan icazə almadan şəkil çəkmək olub, çünki o hesab edir ki, doğma torpağında azad işləmək haqqı var. Tutulmağını xatırlayanda ilk növbədə başqa şəraitdə heç cür tanımayacağı insanlar haqda danışır.

Inqilabdan əvvəl ailəsi dini inancına görə təqib edilən gənc fotoqrafın hekayəsini izləyin. O, psixoloq olmaq, Suriya gənclərinin radikallaşmasına qarşı mübarizə aparmaq haqda xəyal qurur və izah edir ki, yalnız kasıblıq deyil, mühafizəkar dindar müsəlmanlara vurulan yarlıqlar da onları cihadçılara doğru itələyir.

“İslam Dövləti” yaraqlıları heç vaxt Hələbdə həlledici mövqeləri tutmayıblar. 2014-cü ilin yanvarında Azad Suriya Ordusu onları şəhərdən sıxışdırıb çıxardı. Amma Suriya və Rusiya hökumətləri 2016-cı ilin payız və qışında Hələbin bombalanmasını məhz “şəhərin İŞİD-dən azad edilməsi ilə” izah etdi. Söhbətin ilk bir saatında sakit olan Xəlifə əsəbiləşməyə başlaylır:

“İŞİD-in əlindən ilk növbədə yerli müsəlman əhali tələf olur, həm Suriyada, həm İraqda. Müharibə gedən ölkələrin hüdudlarından kənarda həlak olanlardan xeyli çox”.

Xəlifənin yaralı yerinə toxunduğumu anlayıram. O, dərin inanclı insandır, ailəsi hələ müharibədən əvvəl təqiblərə məruz qalıb, indi isə cihadçıların əməllərinə görə cavabdehlik daşımalı olur. Xəlifə ölkədən, həmçinin “İslam Dövlətindən” qaçıb, Avropaya sığınan, orada isə günahsızlıqlarını sübut eləməyə, heç də bütün müsəlmanların İŞİD ideologiyasını dəstəkləmədiyini izah etməyə məcbur qalan tanış suriyalılar haqda danışır.

Söhbətimizin sonunda Xəlifə zarafat edir: “Bax, istəyirsən sosial şəbəkələrdə yazım ki, əcnəbi jurnalisti girov götürmüşəm? Bütün Dünyada məşhur olarsan. İslamçılardan nəyim əskikdir ki?”

Suriyada münaqişə 2011-ci ilin martında cənub şəhəri Daraada keçirilən nümayişlə başlayıb. Misir və Tunisdə baş verən etirazların dalğasında kimsə yerli məktəbin divarlarına hakimiyyətə qarşı şüarlar yazıb. Buna görə, yerli hakimiyyət on beş şagirdi barmaqlıqlar arxasına atdı. Sonra məlum oldu ki, yeniyetmələrə işgəncə edilib. Şəhər sakinləri günahkarların cəzalandırılması tələbi ilə küçələrə çıxdılar. Nümayişçilər atəşə tutuldu. 2011-ci il ərzində Suriya şəhərlərində repressiya və korrupsiyaya qarşı etirazlar davam etdi. Ölkə prezidenti Bəşər Əsəd təkidlə bildirirdi ki, etirazlar islamçı terrorçuların və Qərb diversantlarının işidir.

Suriyada mitinqçilərin əllərinə silah aldığı haqda məlumatlar etirazlar başlanandan yarım il sonra ortaya çıxdı. Silahlı qarşıdurmanı 2011-ci ilin sonunda Azad Suriya Ordusunu formalaşdıran hərbi dezertirlər başladılar.  İl yarım- iki ildən sonra Türkiyə, Qətər, Səudiyyə Ərəbistanı üsyançıları maliyyələşdirməyə başladı. Rusiya və İran isə Suriya rejimini dəstəkləyirdi. Onların iştirakı olmadan Əsəd belə uzun müddət hakimiyyətdə qala bilməzdi.

2013-cü ilin payızında ABŞ-ın “qırmızı xətt” adlandırdığı kimyəvi silahla bağlı yayılan xəbərlərə baxmayaraq, Amerikanın o zamanki prezidenti Obama Suriyaya ordu yeritməkdən çəkindi.  Müharibənin üçüncü ilində silahlı dəstələrin radikallaşması, Əl-Qaidə rejiminə qarşı döyüşlərdə iştirak və üsyana qoşulan suriyalı kəndlilərdən xeyli yaxşı döyüşən əcnəbi yaraqlıların cəlb edilməsi  həlledici mövzular oldu.

2014-cü ildə qonşu İraqın ərazilərinin bir hissəsi “İslam Dövləti” adlandırılan dəstənin əlinə keçdi. Ayrı-ayrı bölümlər Suriyanın bir hissəsini də nəzarətə götürüb. Onlar həm rejimə, həm Suriya müxalifətinə qarşı döyüşürdülər.

2015-ci ildə Rusiya hakimiyyət tərəfindən Suriya müharibəsində iştirakını bəyan etdi. Rəsmən onlar İŞİD-ə qarşı döyüşürlər. Beynəlxalq təşkilatların məlumatlarına görə, Rusiya aviasiyası qiyamçıların və mülki əhalinin olduğu ərazilərə zərbələr endirib. Rejim məhz müxalif qüvvələrin nəzarətində olduğu ərazilərin bir hissəsini ələ keçirib.

2016-cı il müddətində ən həlledici döyüş ən böyük şəhər – Hələbin azad edilməsi olub. (Xəritə 2)

Müharibənin altıncı ilində hökumət əhalinin 65 faizinin yaşadığı ölkənin 34 faizinə nəzarət edir. Ərazilərin üçdə biri (10 faiz əhali) İŞİDİN əlindədir. Ərazinin 20 faizi kürd silahlı dəstələrinin, 13 faizi isə qiyamçıların nəzarətindədir.

İnsan Haqları üzrə Suriya Müşahidə Qrupunun məlumatına görə, bu müddət ərzində 437,363 min suriyalı həlak olub. Suriya İnsan Haqları Şəbəkəsi qeyd edir ki, qurbanların 95 faizi mülki əhalidir.

7,6 milyon köçkün ölkə daxilində doğma evlərini tər etməli olub, 4 milyon insan Suriya hüdudlarını tərk edib, əsasən qonşu Türkiyə, Livan, İordaniya və İraqa sığınıb.

Suriya Radiosu

Radio Final.00_00_43_12.Still003

“Mühasirə zamanı Hələb mağazaları bomboş idi. Şəhərə bombalar yağırdı. Reportyorlarımız çaşqınlıq içindəydi: bütün unları necə göstərməli – həm aclığı, həm hava zərbələrini? Dəfələrlə canlı yayımlarımız hava hücumlarına görə yarıda kəsilirdi”, – Samir Əl-Əhməd anladır.

O, “Suriya yeli” kimi tərcümə olunan Nasaem Syria radiosunun aparıcısı və regional redaktorudur. Kiçik komandanın bütün üzvləri yeni göy kostyumlar geyinib. Sən demə, məhz bu gün radiostansiyanın ad günüdür. Və bu gün onlar üçün bayram deyil, bu gün Hələb hadisələrinə həsr olunub.

Şimali Suriyada könüllülərin ilk müstəqil radiostansiyanı yaratması haqda hekayəni izləyin.

Radionun əməkdaşları qonaqpərvər və dostcanlıdır, düzdür, həyacanlı olduqları aşkardır. Direktor Rim Xalam əlində radio-ötürücü ilə mərtəbələr arasında qaçır – səhər elektriki kəsiblər, yenə səslə bağlı problem var. Onları sakitləşdiririk ki, belə problemlər bütün KİV-də olur. Müharibə şəraitində necə işlədiyimiz haqda danışırıq. Gənc qız köks ötürür:

“Qulaq asın, mən indi anladım, axı sizdə də Rusiya ilə müharibə gedir. Təəssüf edirəm. Haqqınızda ən xeyirlisi!”

Biz bu hekayə üzərində işlədiyimiz və suriyalılarla ünsiyyətdə olduğumuz müddətdə onların danışdıqları çox anlaşılan səslənirdi: inqilab, ilk qan, əlinə silah almış insanlar, dağıdılmış evlər, köçkünlər. Amma bununla belə nə olursa olsun, Suriya münaqişəsinin miqyasını kiçiltmək olmaz.

Suriya müharibəsinin rəqəmləri:

  • 7,8 milyon köçkün
  • 4 milyon qaçqın;
  • əksəriyyəti mülki əhali olan 470 000 ölü

Əsəd rejimi öz opponentlərini terrorçu adlandırır, dinc əhalinin həlak olduğunu və beynəlxalq təşkilatların (əsasən Amnesty International) on minlərlə məhbusun Suriya həbsxanalarında işgəncə gördüyü haqda təsdiqlədiyi məlumatları inkar edir. 6 il müddətində hakimiyyətin opponentləri də cinayətlər törədib, müharibə dövründə İŞİD yaranıb və əhali radikallaşıb.

Hələ ki, bütün bunları kimin başlatdığı haqda mübahisələr bitmir, hər gün yaşam uğrunda mübarizə aparan sadə suriyalı ailənin və özü özünü xilas etməyə çalışan Suriya cəmiyyətinin hekayəsi kölgədə qalır.

Daracıq dağ yolu ilə dumanı yararaq Türkiyənin sərhədyanı şəhəri Reyhanlıya doğru gedirik. Mülki şəxslərin (yalnız icazəsi olanlar) Türkiyə ərazisinə keçməsi üçün yeganə nəzarət-keçid məntəqəsi burada yerləşir.

Türkiyə sərhədçilərinin istehkam bazasını ötüb keçirib. İŞİD-in mövqelərini möhkəmlədəcəyindən çəkinən Türkiyə hakimiyyətinin ucaltdığı divarın kiçik hissəsinin fotosunu çəkmək üçün dayanırıq.

Videonun altında yazı: Geolokasiya göstərir: Suriya sərhədinə qədər 500 metr. Yalnız küləyin səsi eşidilir. Xəritəyə və əzəmətli dağlara baxdıqca müharibənin bu qədər yaxında olduğuna inanmaq çətindir. Amma dəqiq olan odur ki, rastımıza çıxan insanların sayəsində bu müharibə bizə daha aydın oldu.

More on JAMnews