Xalq dəyişikliklər istəyir, amma başlayan hərəkatın liderləri yoxdur" />

“Sasunlu divanələr”in mübarizəsi

Xalq dəyişikliklər istəyir, amma başlayan hərəkatın liderləri yoxdur

İyulun 17-dən Yerevanda Polis post-patrul xidmətinin silahlı zəbti ilə bağlı olaylar başladı ki, getdikcə bu olaylar daha çox müəmmalı çalarlar alır. Analitiklər “sifarişçiləri və zəbtin əsl məqsədlərini müəyyən etməyə çətinlik çəkirlər, zəbtin müəllifləri olan “Sasna tsrer (“Sasunlu divanələr) qrupunun  üzvləri isə məqsədin Ermənistanda sistem islahatlarının keçirilməsi və Serj Sarqsyanın mütləq istefası ilə bağlı olduğunu bildirirlər.  

Ələ keçirilən PPX-ya bitişik Xorenatsli küçəsində tələsik yaradılan Əlaqələndirmə Şurası insanların şəhərdə yürüşlərini təşkil edərək, əsasən humanitar tələblər irəli sürür – PPX-ya hücum etməmək, qiyamçılara yemək və dərman preparatları çatdırmaq. Hələlik Baqramyan, 26 ünvanına [burada prezident iqamətgahı yerləşir] yürüş etmək və burada prezidentin istefasını tələb etmək təklifi irəli sürülməyib.

Bir çox qiyamçılar “niyə bizi ora-bura aparırsız deyə etiraz edirlər. Amma iş orasındadır ki, PPX-dan kənarda insanların səfərbərliyini və qiyamçıların tələblərinə qoşulmağı təşkil edəcək liderlər və siyasi qüvvə nümayəndələri yoxdur. 

Əslində, qiyamçıların siyasi qüvvələr tərəfindən dəstəklənməsinin maraqlı bir mənzərəsi yaranır – rəsmi olaraq Xorenatsi prospektindəki qiyamçılara qoşulduğunu ancaq iki erməni partiyası – “Alyans və “Vəhdət bəyan edib.

Deputat Tiqran Urixanyan tərəfindən “Çiçəklənən Ermənistan partiyasının qırıntılarından yaranan “Alyand açıq-aşkar Rusiya yönlüdür və Ermənistanın Avrasiya yolu ilə inkişafını istəyir. Keçmiş xarici işlər naziri Vardan Oskanyan tərəfindən təsis olunan “Vəhdət isə ikinci prezident Robert Koçaryanın mümkün siyasi platforması kimi nəzərdən keçirilir. 

Bu partiyalar tərəfindən qiyamçıların dəstəklənməsi və bir sıra digər amillər belə təxmin etmək imkanı verir ki, qiyam Rusiya yönlü qüvvələrin, Rusiyanın və Robert Koçaryana simpatiyası olan qüvvələrin marağındadır. 

Yerevandakı qiyamın hələ tam gözə çarpmayan geosiyasi konteksti var. Ermənistanda vəziyyətin gərginləşməsi kimin xeyrinədir? Bəzi ekspertlər hesab edir ki, ilk növbədə bu, Qarabağ münaqişəsinin nizamlanması üzrə “Lavrov planını qabağa çəkməyə çalışan Rusiyanın xeyrinədir.

Bu plan Ermənistan tərəfindən ərazi güzəştlərini nəzərdə tutur və siyasi qüvvələr tərəfindən qəbul edilmir. Belə bir fikir var ki, qiyam “Lavrovun planını pozmaq cəhdi idi – buna ATƏT-in Minsk Qrupunun keçmiş həmsədri, ABŞ-ın Azərbaycandakı keçmiş səfiri Metyu Brayza da eyham vurub. O, bildirib ki, qiyam Sankt-Peterburqda Rusiyanın vasitəçiliyi ilə Ermənistan və Azərbaycan prezidentləri arasında razılaşdırılmış nizamlanmanı təxirə saldı.

Eyni zamanda Rusiya mətbuatında qiyamın qərb xüsusi xidmət orqanları tərəfindən təşkil olunduğunu “sübut edən analitik yazılar dərc olunur. “Ermənistanı NATO-nun ağzına necə atırlar, – Rusiyada bu başlıqla məqalələr yazılır. 

Belə fikir də var ki, Qarabağ problemi regionda gözlənilən transformasiyaların kiçik bir hissəsidir, region uğrunda bir tərəfdən Qərb, bir tərəfdən də Rusiya və Türkiyə arasında ciddi mübarizə başlayıb.

Söhbət o cümlədən, Ermənistan-Türkiyə sərhədinin mümkün açılışı, həm də Fars körfəzindən Qara dənizə qədər Ermənistan və Gürcüstandan keçərək kommunikasiyaların qurulmasından gedir. Bu transformasiyalar regionu açacaq və açılışın “sponsorunun kim olmasından asılı olaraq, region ya Qərbin, ya da Rusiyanın “təsir zonasına çevriləcək.

Analitiklər bu planlarda Ermənistanın mühüm rolunu qeyd edir və bu kontekstdə istisna olunmur ki, qiyam, sabitliyin pozulması regionda bəzi transformasiyaların qarşısının alınması üzrə planların bir hissəsidir. 

PPX-dakı hadisələrin daxili və ya xarici siyasi konteksti varmı, yoxsa hansısa kompleks məsələlərmi həll olunur? Bu suala hələlik heç kimin  cavabı yoxdur. Hadisələrin sonu barədə əvvəlcədən nəsə demək isə daha çətindir, qiyamçıların ehtiyatda hansı addımları saxladığını və regionda sabitliyin pozulmasının hansı səviyyəyə qədər gedib çıxacağını heç kim bilmir. 

Dərc edilib 28.07.2016


More on JAMnews