Bəzi ekspertlər düşünür ki, bilər, digərləri isə hesab edir ki, bu, Rusiyanın özünə də lazım deyil " />

Rusiya Belarusu ilhaq edə bilər?

Bəzi ekspertlər düşünür ki, bilər, digərləri isə hesab edir ki, bu, Rusiyanın özünə də lazım deyil

 Belarus və Rusiyanın prezidentləri Aleksandr Lukaşenko və Vladimir Putin 15 fevral görüşündə. Sergei Chirikov/Pool via REUTERS

“Biz hazır olduğumuz qədər dövlətlərimiz və xalqlarımızın səylərini birləşdirmək və vəhdətləşdirməkdə uzağa getməyə hazırıq”, — Belarus prezidenti Aleksandr Lukaşenko özünün rusiyalı həmkarı Vladimir Putinlə fevralın 15-də baş tutan görüşü zamanı iki ölkənin daha sıx inteqrasiyası məsələsini şərh edərkən, iki ölkə xalqlarına müraciət edərək deyib. “Novaya qazeta”nın müxbiri Belarus ekspertlərinə Belarusun Rusiya tərəfindən ilhaq perspektivini nə dərəcədə real hesab edirlər – sualını verib.  

Real təhdid

“Təhdid [ilhaq] var və gündən günə artır”, — “Belarus Xalq Cəbhəsi” (BXC) partiyasının lideri Qriqori Kostusev bildirir. “Putinə “rus torpaqlarının yığıcısı” kimi Krımdan sonra növbəti qələbə lazımdır ki, iqtisadiyyatdakı problemləri aradan qaldırsın”.

Rusiya-Belarus: ayrılıq yoxsa şantaj? İttifaq daxilində münasibətlərin böhranı

Ölüm hökmü — sovet ənənəsi? 

Rusiyadan kənarda “Rus dünyası” əslində nə deməkdir? Üç qısa film

Kostusevin sözlərinə görə, televiziya və radio vasitəsilə Kremlin təbliğatı öz işini görür və ilhaqın bu variantını əhalinin 30 faizi pozitiv nəzərdən keçirir:

“Bir çoxlarının beynində belə bir fikir yaranıb ki, Belarus onların ailələrinin yaşaması üçün normal şərait yaratmağa hazır deyil və təkcə Putin onları xilas edə bilər”.

 

Moskva ilə Minskin qarşıdurmasının pik nöqtəsində belarus müxalifətçiləri Lukaşenkodan “millətlərarası nifaqı qızışdıran və əslində informasiya müharibəsi aparmaq vasitəsi olan Rusiya telekanallarının yayımını məhdudlaşdırmağı” tələb ediblər. Hələlik nəticəsiz.

Belarusun ilhaqı necə ola bilər — sualına Kostusev aşağıdakı cavabı verir:

— Ən  dəhşətli variant bu gün qırmızı-yaşıl bayraqla yatağımıza uzanıb, sabah Rusiyanın üçrəngli bayrağı altında oyanmağımız olacaq. Ölkəmizin şərq rayonlarında güc qurumları əməkdaşları artıq böyük maaş və hər hansı imtiyazlar müqabilində özlərinin milis və hərbi komissarlıqları şöbələrində Rusiya bayraqlarını asmağa hazırdır.

Bununla belə, Kostusev onu da əlavə edir ki, Rusiya təcavüzkarlarını Belarusda Krım deyil, Əfqanıstan ssenarisi gözləyir. “Belarusların partizan fəndləri ana südü ilə canına hopub, çoxları da meşəyə çəkilməyə hazır olacaq”, — Kostusev deyir.

“Fərqli inteqrasiya səviyyəsi”

Belarusun mümkün ilhaqı barədə ötən il prezident Lukaşenkonun özü deyib. Buna səbəb Moskva tərəfindən planlaşdırılan neft sahəsində “vergi manevri” oldu (2024-cü ildə Rusiya neftə ixrac rüsumunu ləğv edəcək və faydalı qazıntıların hasilatına vergini artıracaq ki, bu da nefti Rusiyadaxili qiymətlərlə alan Belarus üçün neftin bahalaşmasına gətirib çıxaracaq — JAMnews). “Mən bu eyhamları anlayıram: neft alın, amma gəlin ölkəni dağıdın və Rusiyanın tərkibinə keçin… Bəziləri açıq deyir — biz sizin altı vilayətlə Rusiya Federasiyasının tərkibinə keçməyinizə hazırıq”, — Lukaşenko deyib.

Belarus buna görə 8 milyard dollar itirəcəyini bildirib və kompensasiya tələb edib. Noyabrın axırlarında məlum olub ki, Moskva bu kompensasiyanı ödəmək istəmir.

7 dekabr 2018-ci ildə Putinlə görüş zamanı Lukaşenko jurnalistlərin yanında narazılıqla bildirib ki, Rusiya qazı Belarusda çox bahadır, Putin isə cavab verib ki, daha sərfəli tarif üçün “vaxt və başqa səviyyədə inteqrasiya lazımdır”. Bu fikri Rusiyanın baş naziri Dmitri Medvedev inkişaf etdirib: “Rusiya vahid emissiya mərkəzi, vahid gömrük xidməti, məhkəmə, Hesablama Palatası da daxil olmaqla Müttəfiq dövlətin qurulması yolunda irəli getməyə hazırdır”.    

Nəhayət 10 yanvar 2019-cu ildə Lukaşenko bildirib ki, vergi manevri Belarus üçün fəlakət deyil: “Rusiya rəhbərliyi bu hərəkət yolunu və qərb istiqamətində yeganə müttəfiqini itirməyi seçəcəksə, bu, onların seçimidir”.   

İlhaq olmayacaq

Tut.by iri Belarus informasiya saytının jurnalisti Artyom Şraybman hesab edir ki, Belarus müstəqil dövlət olaraq qalacaq.

Birincisi, Şraybman əmindir ki, Rusiyanı qonşu ölkədə gözləyən yoxdur: “Cəmi 20% Rusiya olmaq istəyir. 2014-cü ilə olan məlumata görə, bu adamlar Minsk və şimal-şərq şəhərlərində daha çoxdur, amma orada da onlar azlıq təşkil edir. Əsası odur ki, onlar mərkəzi hakimiyyəti öz düşmənləri kimi qəbul etmir ki, bu da bizim Rusiyayönlüləri Latviya, Ukrayna və Gürcüstandakılardan fərqləndirən əsas şeydir.

Belarusda həm də ilhaq üçün vacib bonus olan Krımda “Rusiya birliyi” kimi Rusiyayönlü siyasi qüvvə yoxdur. “Lukaşenkodan daha Rusiyayönlü mövqe ilə çıxış etməyə cürət edən qüvvələr yoxdur”, — jurnalist izah edir.  

Şraybman hesab edir ki, Belarus prezidenti hakimiyyəti puldan daha çox sevir, buna görə də nəyin “Lukaşenkonu Moskva ilə sövdələşməyə getməyə məcbur edəcəyini” təsəvvür etmək çətindir.

İkincisi, jurnalist əmindir ki, Belarusu ilhaq etmək Rusiyanın özünə də lazım deyil:

“Qərb istiqamətində yeganə müttəfiq rejimlə münaqişə ilə bağlı olan risklər bütün bonusları üstələyir”.

Bununla belə, Şraybman razıdır ki, Moskva ilə Minskin bu konflikti son zamanların ən ciddi konfliktidir: “Belə bir hiss var ki, Lukaşenko özünün yardım və dəstəyə görə naşükürlüyü ilə Rusiya elitasını cana doydurub.

İlk dəfə Rusiya neft rentasının davamını inteqrasiyanın dərinləşməsindən asılı vəziyyətə qoyub.    

“Rusiya üçün indiki vəziyyət win-win-dir. Belarus daha sıx inteqrasiyaya razılıq versə, Rusiyaya xoş olacaq, buna pul xərcləmək də olar, razılıq verməsə, problem deyil, daha az pul xərcləməli olacaq”, — Tut.by saytının siyasi şərhçisi deyir.


More on JAMnews