Tbilisidə NATO-nun keçmiş baş katibi Anders Foq Rasmussenin bəyanatı birmənalı qarşılanmayıb " />

Rasmussen Gürcüstana NATO-ya üzvlüyün Almaniya modelini təklif edib

Tbilisidə NATO-nun keçmiş baş katibi Anders Foq Rasmussenin bəyanatı birmənalı qarşılanmayıb

“Düşünürəm ki, Gürcüstanda Gürcüstan NATO-ya alyansın nizamnaməsinin beşinci paraqrafının Abxaziya və Cənubi Osetiya ərazisinə aid edilməməsi şərti ilə üzv ola bilərmi – mövzusunda müzakirələr başlanmalıdır”, – NATO-nun keçmiş baş katibi Anders Foq Rasmussenin bu  sözləri Tbilisidə ajiotaja səbəb olub.

NATO-nun keçmiş yüksəkvəzifəli təmsilçisi Gürcüstana İqtisadi Siyasət Mərkəzi və Makkeyn Universiteti tərəfindən təşkil olunan “Now What?” beşinci beynəlxalq konfrasında iştirak etmək üçün gəlib.

Gürcüstanın NATO-ya üzv olması perspektivi barədə söhbət zamanı Rasmussen bildirib ki, artıq zamanıdır ki, tərəflər Gürcüstana NATO nizamnaməsinin beşinci paraqrafının ölkə ərazisinin ancaq Gürcüstanın mərkəzi hakimiyyətinin nəzarəti altında olan hissəsinə aid edilməsinə imkan verən mexanizmin yaradılması məsələlərinin müzakirəsinə başlasın.

Bu, Gürcüstanın işğal olunmuş ərazilərinin ölkənin NATO-ya üzv olmasına maneə törətməməsi üçün lazımdır, deyə Rasmussen vurğulayıb.

NATO nizamnaməsinin beşinci paraqrafı nə deməkdir

NATO nizamnaməsinin beşinci paraqrafı “Bir nəfər hamı üçün, hamı bir nəfər üçün” prinsipi kimi məşhurdur və hərbi alyansın başlıca bəndi hesab olunur. 

Beşinci paraqrafa əsasən, NATO-nun istənilən dövlətinə hərbi hücum alyans üzrə bütün müttəfiqlərə hücuma bərabərdir və aqressiyanın neytrallaşdırılması üçün kollektiv addımların atılmasını nəzərdə tutur. Beşinci paraqraf həm də nəzərdə tutur ki, müdafiə üzrə kollektiv addımların atılması, o cümlədən “hərbi qüvvə”nin tətbiqi ancaq zərurətə uyğun həyata keçirilməlidir.

“Gürcüstan NATO-nun bütün təlimatlarını yerinə yetirir və alyansda üzzv olmaq üçün bütün meyarlara cavab verir, Rusiya tərəfindən işğal olunmuş ərazilərin olmasından başqa. Düşünürəm ki, siz müzakirələrə başlamalısız ki, sizin üçün NATO nizamnaməsinin Tbilisinin nəzarəti altnda olmayan Abxaziya və Cənubi Osetiyaya aid edilməməsi ilə NATO-ya üzv olmaq sizin üçün nə dərəcədə məqbuldur. Bunu Gürcüstan həll etməlidir – Abxaziya və Cənubi Osetiyasız NATO-ya üzv olmaq mümkündürmü. Gürcüstan qərar verməli və cavab müsbət olarsa NATO-ya məlumat verməli və artıq NATO-dan öz sıralarına qəbul etməklə bağlı qərar gözləməlidir”, — deyə Rasmussen bildirib.

“Interpressnews” agentliyinin Gürcüstan hökuməti bu cür qərar verməyə hazırdırmı – sualına cavab olaraq Rasmussen deyib ki, gürcü hakimiyyətinin fikrindən xəbərsizdir.

Rasmussen təklif olunan sxemi “risk yolu” adlandırıb və bir daha qeyd edib ki, bu mövzu üzrə müzakirələr Gürcüstanın özündə başlamalıdır. Onun sözlərinə görə, Tbilisi bu qərarı qəbul etsə, Putin artıq Gürcüstanın NATO-ya üzv olmasına mane ola bilməyəcək.

REUTERS/Yves Herman 

“Bu, daxili qərar olmalıdır, çünki təklif olunan yol risklidir. Amma düşünürəm, elə etmək lazımdır ki, Putin tərəfindən maneələr olmasın. O bilir ki, NATO və Avropa İttifaqı problemlərin [işğal olunmuş ərazi problemlərinin] alyansa keçməyini istəmir. Məzh buna görə də [Putin] Abxaziya və Cənubi Osetiyanın işğalını davam erdirir. Amma Gürcüstan bildirsə ki, beşinci paraqrafın ancaq gürcü hakimiyyətinin nəzarəti altında olan ərazilərə aid olmasına hazırdır, biz əmin ola bilərik ki, Putin artıq Gürcüstanın NATO-ya üzv olmasının qarşısını ala bilməyəcək”, — deyə Rasmussen bildirib.

Onun sözlərinə görə, tək bu addım ilə Gürcüstanın NATO-da üzvlük məsələsi həll olunmayacaq, amma Gürcüstan hakimiyyətinin bu qərarı mövzu üzrə real danışıqların bərpasına əsas yaradacaq.

“Bu, NATO-nun hələ 2008-ci ildə qəbul etdiyi qərarın realizəsi üçün ilk və real addım olacaq – söhbət ondan gedir ki, Gürcüstan blokun meyarlarına cavab versə mütləq alyansın sıralarına daxil olacaq”, — deyə Rasmussen bildirib.

Mümkün bu qərarı işğal olunmuş ərazilərin birdəfəlik itirilməsi kimi qiymətləndirəcək adamlara nə deyək? – Rasmussendən “Interpressnews” müxbiri xəbər alıb.

Məhz buna görə də bu seçim risklidir, NATO-nun keçmiş baş katibi deyib.

• Gürcüstanın Avropa İttifaqına daxil olmasını 77%, NATO-ya isə 74% əhali dəstəkləyir

• NATO-nun baş katibi: Gürcüstan NATO üzvü olacaq, heç kimin müdaxilə hüququ yoxdur

“Əlbəttə, bu, riskdir. Buna görə də bu təklif Gürcüstanda müzakirə edilməlidir və Gürcüstan necə hərəkət edəcəyi ilə bağlı qərar qəbul etməlidir. Amma məsələni bu cür də qoymaq olar – nə daha risklidir – mövcud vəziyyət yoxsa Gürcüstanın NATO-ya üzv olması məsələsi ilə bağlı yeni danışıqların başlaması”, – deyə Rasmussen bildirib.

Eyni zamanda Rasmussen “Amerikanın səsi”nin eyni sualına cavab verərkən bu cür presedentin artıq olduğunu qeyd edib və Almaniyanı xatırladıb.

“Almaniya NATO-ya 1955-ci ildə üzv olub. Onun qərb hissəsi. NATO-nun nizamnaməsi Şərqi Almaniyaya aid edilməyib. Amma 1991-ci ildə Almaniya birləşəndən sonra nizamnamə Almaniyanın şərq hissəsinə də aid edilib. Prinsipcə Gürcüstana münasibətdə də analoji mexanizmdən istifadə etmək olar. Əlbəttə, bu cür məsələlər müzakirə olunmalıdır, Həm Gürcüstanda, həm də NATO-nun özündə. Amma düşünürəm, biz həm də sübut etməliyik ki, əks halda Putinə artıq mövcud münaqişələrə anaşloji olan münaqişələr yaratmaq yolu ilə Gürcüstan, Ukrayna və digər dost ölkələrin NATO-ya üzv olmasına de-fakto veto qoymaq haqqı verəcəyik”, – deyə Rasmussen bildirib.

Bundan əlavə, “Amerikanın səsi”nə müsahibəsində Rasmussen bildirib ki, alyans 2008-ci ildə Gürcüstan və Ukraynaya MAP – NATO-ya üzv olmaqla bağlı fəaliyyət planı təqdim etməməklə səhvə yol verib.

Rasmussenin təklifinə reaksiya

Gözlənildiyi kimi, Rasmussenin sözləri Tbilisidə birmənalı qarşılanmayıb.

Hakimiyyət nümayəndələri Rasmussenin təklifini yolverilməz adlandırıb – Gürcüstan Abxaziya və Cənubi Osetiyasız NATO-ya daxil ola bilməz.

“Gürcüstan istənilən təşkilata beynəlxalq ictimaiyyət, o cümlədən də NATO tərəfindən tanınan əraziləri və sərhədləri nəzərə alınmaqla qəbul edilməlidir”, — Rasmussenin təklifinə parlament çoxluğunun lideri, hakim “Gürcü arzusu”nun üzvü Giya Volski cavab verib.

Müdafiə və Təhlükəsizlik üzrə Parlament Komitəsinin sədri İrakli Sesişavili bildirib ki, Gürcüstanın ərazi bütövlüyü heç vaxt şübhə altına alınmamalıdır və Gürcüstan Abxaziya və Cənubi Osetiya ilə birlikdə NATO üzvü olacaq. Onun sözlərinə görə, Rasmussenin təklifini Gürcüstan hakimiyyəti rəsmi səviyyədə heç vaxt nəzərdən keçirməyəcək.

“Bu mövzu rəsmi olaraq heç vaxt nəzərdən keçirilməyib, ancaq ekspetlərin rəyləri səviyyəsində”, — deyə Sesiaşvili vurğulayıb.

Keçmiş müdafiə naziri Tina Xidaşelinin sözlərinə görə, Gürcüstanın dostlarından heç biri heç vaxt deməyib ki, Gürcüstan Abxaziya və Cənubi Osetiyasız NATO-ya üzv olsun. Xidaşelinin sözlərinə görə,  Anders Foq Rasmussen deyib ki, Gürcüstan işğal olunmuş ərazilər də daxil olmaqla NATO-ya üzv ola bilər, sadəcə alyansın nizamnaməsinin beşinci paraqrafı bu ərazilərə aid edilməyəcək.

“Bütün fərqli informasiya yayanlar ən yaxşı halda dezinformasiya yayır, ya da sadəcə Gürcüstanın düşmənləridir”, — deyə Xidaşeli vurğulayıb.

“Bu, praqmatik və mümkün formadır NATOya üzv olaq, amma nizamnamənin beşinci paraqrafı Abxaziya və Cənubi Osetiyaya aid edilməsin. Yəni Gürcüstan bütövlükdə, işğal olunmuş ərazilər də daxil olmaqla alyansa üzv olur, amma ola bilsin ki, nizamnamənin kollektiv təhlükəsizliklə bağlı altıncı paraqrafı işğal olunmuş ərazilərə aid edilməyəcək. Rasmussen və Gürcüstanın digər dostları məhz bunu deyir”, —Xidaşeli deyib.

Müxalif “Avropa Gürcüstanı” partiyasının liderlərindən biri Qiqa Bokeriya deyir ki, Anders Foq Rasmussenin təklifi Gürcüstanın maraqlarına cavab verir.

“Vətəndaşlarımızı Rusiya ilə müharibə ilə qorxudan eyni adamlar (təbii ki, heç kim müharibə istəmir və ondan mümkün qədər qaçmaq lazımdır) eyni zamanda da NATO nizamnaməsinin beşinci paraqrafının Abxaziyada qüvvədə olmasının vacibliyindən danışırlar. Amma bu, müharibə deməkdir və məhz buna görə də məhz bu, Gürcüstanın NATO-ya qəbul edilməsinin bloklanması üçün arqumentə çevrilir. Rasmussenin sözləri Gürcüstanın maraqlarına cavab verir, bu halda Gürcüstanın işğal olunmamış hissəsi müdafiə olunmuş olacaq, bu da ümumilikdə ərazi bütövlüyünün bərpasının mümkünlüyünü artırır. Almaniya (dəqiq analogiya olmasa da) və bir sıra digər hallarda belə olub”, — Bokeriya deyib.

“NATO-nun keçmiş baş katibinin bu haqda danışması o deməkdir ki, Qərbdə artıq Gürcüstanı alyansda görməyə demək olar ki, hazırdırlar, çünki ölkə buna layiqdir və bu, mümkün qədər tez baş verməlidir”, — “Rondeli” Fondunun əməkdaşı Zurab Batiaşvili Rasmussenin sözlərini bu cür qiymətləndirib.

“Bu, müsbət bəyanatdır, çünki NATO-da daha dərindən anlamağa başlayıblar ki, Gürcüstan və Ukraynaya üzvlük planının verilməməsi ilə bağlı 2008-ci il qərarı əsassız və ədalətsiz olub, bu həm də Rusiyaya doğru olmayan aqressiya siqnalı idi ki, onun bizə qarşı aqressiyasına əsas verdi. NATO nizamnaməsinin beşinci paraqrafının işğal olunmuş ərzilərə aid edilməməsi məsələsinə gəlincə, bu, Rusiyanın gələcək mümkün aqressiyasının qarşısı alnması mənasında çox vacib qabaqlayıcı amildir”, — Batiaşvili belə hesab edir.

Konfliktoloq Paata Zakareişvili də Rasmussenlə razıdır ki, Gürcüstanda bu məsələ ilə bağlı müzakirələrə başlamaq zamanıdır.

“Bəli, müzakirələr başlanmalıdır və bizim NATO-ya hansı şəkildə qəbul olunmamızı nəzərdən keçirmək lazımdır. Beşinci paraqraf Abxaziya və Cənubi Osetiyaya aid edilməsə, burada pis heç nə yoxdur. Əksinə, hətta yaxşıdır, çünki bu variant regiona sakitlik gətirəcək – hamı, o cümlədən də NATO sakitləşəcək, çünki bu halda biz alyansdan hərbi dəstək istəməyəcəyik və tələb etməyəcəyik, bizə ancaq dinc dəstək lazım olacaq”.

Paata Zakareişvilinin sözlərinə görə, tam normaldır ki, Gürcüstan NATO-ya o şərtlə qəbul edilsin ki, kollektiv təhlükəsizlik barədə beşinci paraqraf Abxaziya və Cənubi Osetiyada işləməsin, amma gürcü cəmiyyəti hələ bu konsensusa gəlməlidir.

“Gürcüstan cəmiyyəti qərar verməlidir ki, bizə NATO nizamnaməsinin beşinci bəndinin Abxaziya və Sxinvaliyə aid edilməməsi şərti ilə üzv olmaq lazımdırmı və artıq NATO-ya daxil olunan Gürcüstan ölkənin birləşməsi və işğal olunmuş ərazilərin qaytarılması üzərində işi bərpa etməlidir. Əsası odur ki, barışıqlıq məsələsi şübhə yaratmasın və dialoq kəsilməsin”, — Zakareişvili bildirib.


More on JAMnews