NATO-ya üzv 29 ölkənin liderləri Brüsseldə nələri müzakirə edib və hansı nəticəyə gəliblər" />

NATO sammiti, mövzular və nəticələr barədə qısaca: ABŞ, Rusiya, Qafqaz ölkələri

NATO-ya üzv 29 ölkənin liderləri Brüsseldə nələri müzakirə edib və hansı nəticəyə gəliblər

ABŞ prezidenti Dopnald Tramp NATO-nun Brüsseldəki sammitinin nəticələri üzrə mətbuat konfransında suallara cavab verir. 12 iyul 2018, foto REUTERS/Kevin Lamarque

«ABŞ-ın hazırda NATO-nu tərk etmək imkanını müzakirə etməyə ehtiyacı yoxdur», – 11-12 iyul tarixlərində  Brüsseldə NATO sammitinin nəticələri barədə mətbual konfransında danışan Amerika prezidenti deyib.

Bu ifadə də müəyyən mənada sammitin kifayət qədər gərgin, bəzən də qalmaqallı kontekstinə yekun vurub.

Burada nyusmeyker gözlənildiyi kimi Donald Tramp oldu – ilk növbədə ona görə ki, iki gün ərzində Almaniyanı Rusiyanın əsiri adlandırmağa və NATO üzvlərindən alyansa daha çox pul ayırmağı tələb etməyə imkan tapdı. Almaniya Trampın tənqid hədəfinə ona görə çevrildi ki, Almaniya hakimiyyəti Rusiya qazının satışı üçün “Şimal axını 2” qaz kəmərinin tikintisi və istismarına icazə verdi. Kansler Anqela Merkel də buna cavab olaraq sovet vaxtlarının təcrübəsini xatırlatdı və bildirdi ki, “Tramp Rusiyanın əsarətində olmağın nə demək olduğunu çətin ki, anlayır”.

Soldan axırıncı – Almaniya kansleri Anqela Merkel, sağdan axırıncı – ABŞ prezidenti Donald Tramp. 11 iyul 2018, Brüssel. Foto REUTERS/Kevin Lamarque

Sonra da onlar sammitin kuluarlarında müzakirələr apardılar. Amma görünən odur ki, Trampın fikri dəyişmədi – gecə o, özünün Twitter səhifəsində yazdı ki, heç kim Rusiyadan qaz almamalıdır, çünki bu, həmin ölkənin maliyyələşdirilməsi deməkdir.

Demək olar ki, həmin vaxt da ABŞ Dövlət Departamenti “Şimal axını 2”yə sərmayə qoyan hər kəsi sanksiyalarla təhdid etdi.

NATO sammitində əsas müzakirə mövzuları

Niyə Tramp Amerikanın daha çox pul ödədiyini hesab edir, Avropa bu haqda nə düşünür 

Sammit başlayan kimi ABŞ prezidenti müttəfiqlərini təşkilatın ümumi büdcəsinə kifayət qədər pul ayırmamaqda suçladı. O, bu haqda artıq neçənci dəfədir ki, danışır və Avropanı borcda, razılaşmaları pozmaqda ittiham edir (ekspertlərin dediyinə görə, əsassız yerə).

Hazırda ABŞ NATO silahına öz ÜDM-nin dörd faizindən bir qədər az xərcləyir, halbuki alyansın digər iştirakçıları orta hesabla müdafiəyə öz ÜDM-nin təxminən 1,5 faizini xərcləyirlər. Ekspertlər hesab edir ki, bu, Avropa ölkələrində 2013-cü il maliyyə böhranından sonra hərbi büdcələrin kəsilməsi ilə bağlıdır.

Əvvəl imzalanmış razılaşmaya əsasən, 2024-cü ilə qədər bütün NATO üzvlərinin müdafiə xərcləri ölkə ÜDM-nin iki faizindən az olmamalıdır. Tramp isə bu məbləği ÜDM-nin dörd faizinə qədər artırmağı təklif edib.

Bu məsələ ilə bağlı hər hansı razılığın əldə edilib-edilmədiyini demək çətindir. Donald Tramp jurnalistlərə deyib ki, Avropa İttifaqı ölkələri maliyyələşməni artırmağa hazırdır – Fransa prezidenti Emmanuil Makron isə bildirib ki, heç bir ölkə dörd il əvvəl görüşdə razılaşdırılan məbləğdən çox ödəyəcəyini deməyib.

NATO və Rusiya

Sammitdə Rusiyaya böyük yer ayrılıb.

Sammitin yekunları üzrə ümumi bəyannamə o cümlədən Rusiyanı aşağıdakı addımlara görə pisləyib:

Krımın Rusiya tərəfindən ilhaqı,

Moskvanın Ukraynanın şərqində sabitliyin pozulması üzrə addımları.

Böyük Britaniya ərazisində kimyəvi silahın istifadəsi.

Qəsdən dezinformasiya və kiber-hücumlar,

Başqa ölkələrin daxili siyasətinə müdaxilə cəhdləri.

Yekun bəyyanaməsində Gürcüstanın ərazi bütövlüyünün dəstəklənməsindən danışılır. NATO Rusiyanı “qoşunları Abxaziya və Sxinvali/Cənubi Osetiya ərazisindən çıxarmağa… sərhəd çəpərlərinin Gürcüstan hakimiyyətinin nəzarəti altında olan ərazilərlə sərhəddə tikintisini dayandırmağa, …və həmin regionların militarizasiyasını dayandırmağa” çağırır.

Sammitin yekun bəyannaməsində həm də “30-30-30-30” planının qəbulundan danışılır. Plana görə, Rusiya tərəfindən NATO üzvü olan  istənilən ölkəyə təcavüz zamanı 30 güm ərzində 30 quru batalyonu, 30 aviasiya eskadrilyası və 30 hərbi gəmi səfərbər ediləcək.

Öz növbəsində, Rusiya XİN-ni (Tramp kimi Twitterdə) NATO sammiti haqqında yazıb ki, bu “Brüsseldə dişlərini qıcıyan xeyirsiz hərbi blokdur” və ondansa furbola baxmağı məsləhər görüb.

Putinlə Trampın görüşündən nə gözləməli

ABŞ prezidenti iyulun 12-də Brüsseldən Londona yollanıb. İyulun 16-da isə Donald Tramp Helsinkidə Rusiya prezidenti Vladimir Putinlə görüşəcək.

Müzakirə üçün bəyan edilən məsələlər arasında Ukraynanın şərqində vəziyyət və Suriyada müharibə var.

BBC-nin müraciət etdiyi ekspertlər hesab edir ki, bu görüşün təyin edilməsi faktının özü artıq Rusiyanın diplomatik qələbəsidir. Ekspertlər deyir ki, Putin faktiki olaraq hələ də dünya siyasətində əsas oyunçulardan biri olduğunu nümayiş etdirmək imkanı əldə edib.

«Trampın müttəfiqləri ilə fikir ayrılığı yarandığı NATO sammitindən dərhal sonra Helsinkiyə gedəcəyi faktı Kremlin mövqelərini bir az da möhkəmləndirəcək», – ABŞ-ın Rusiyadakı keçmiş səfiri Aleksandr Verşbou belə hesab edir.

“NATO-nun parçalanması Putinin arzusudur”, – deyə o BBC-yə bildirib.

Makedoniya, Azərbaycan və Ermənistan sammitin daha iki əhəmiyyətli nəticəsidir

Makedoniya ilə bağlı – bu ölkə NATO-ya qzv olmaqla bağlı danışıqlara naşlamağa dəvət alıb.

Azərbaycan və Ermənistanla bağlı – Brüssel sammiti çərçivəsində bu iki ölkənin xarici ölkə nazirləri Elmar Məmmədyarov və Zoqrab Mnasakanyan görüşüb.

Bunun əvəmiyyəti ondadır ki, bu, Ermənistanda hakimiyyət dəyişəndən və yeni hökumət formalaşandan sonra nazirlərin ilk görüşüdür. Bu görüşün hər hansı nəticələri barədə hələlik məlumat yoxdur.


More on JAMnews