Rusiya təbliğat verilişlərinin əvəzində öz verilişlərini göstərməyi planlaşdırılır. Ekspertlər bunun heç də yaxşı çıxış yolu olmadığını düşünür " />

Moldova Rusiya təbliğatına fasilə verir

Rusiya təbliğat verilişlərinin əvəzində öz verilişlərini göstərməyi planlaşdırılır. Ekspertlər bunun heç də yaxşı çıxış yolu olmadığını düşünür

REUTERS/Ilya Naymushin 

Moldova tamaşaçısını qorumaq üçün televiziya verilişlərini filtrdən keçirməyi cəhd edir. Bu necə işləyəcək və tələ harada ola bilər, JAMnews-un Moldovadakı tərəfdaşı Ziarul de Garda araşdırmağa çalışıb.

Ziarul de Garda-nın materialları əsasında

Moldova Televiziya və Radio Məcəlləsinə dəyişikliklər qüvvəyə minib: fevralın 12-dən etibarən televiziya efirindən Rusiya telekanallarında yayımlanan xəbər buraxılışları, hərbi mövzuya həsr olunmuş informasiya-analitik proqram və verilişlər yığışdırılmalıdır. Teleyayımda bu cür kontentin yayımlanması 40 min ley (2 min avroya yaxın) cərimə və ya lisenziyanın ləğvi ilə nəticələnə bilər.

Bu cür qadağalar müxtəlif ölkələrdə mövcuddur; Moldovadakı qadağada yenilik ondan ibarətdir ki, Rusiya televiziyasının əsas kontentini əngəlləmək planlaşdırılmır – əyləncəli verilişlər həmişəki kimi yayımlanacaq. Tamaşaçıdan yalnız TV və Radio üzrə Koordinasiya Şurası tərəfindən Rusiya təbliğatı kimi tanınan verilişlər “gizlədiləcək”. Bu verilişlər Moldovanın dövlət televiziyasının kontenti ilə əvəz olunacaq.

Bu yeniliyin tənqidçiləri bildirir ki, əslində bir təbliğat məhsulu digəri ilə əvəz olunur, sadəcə Rusiya təbliğatının əvəzinə moldovalı tamaşaçıya hakimiyyətin xeyrinə hazırlanmış yerli təbliğat təklif ediləcək.

“Daxili təbliğat özü özlüyündə daha böyük təhlükə yaradır [xarici ilə müqayisədə], – Müstəqil Mətbuat Assosiasiyasının direktoru Pyotr Makovey belə hesab edir, – o, onsuzda əksər kütləvi informasiya vasitələrinə nəzarət edən siyasilərə ictimai rəyi manipulyasiya etmək və seçicilərin səslərinə təsir etməyə kömək edəcək”.

Məcəlləyə dəyişikliklər hakim Moldova Demokratik Partiyası tərəfindən işlənib hazırlanıb; məhz onlar “antitəbliğat qanunun” Avropa strukturlarının məsləhətlərinə tam uyğun olduğunu bildirərək, başqalarından daha çox canfəşanlıq edir.

Yerli media ekspertləri bununla tam razı deyil, bəziləri qəbul olunmuş dəyişiklikləri qeyri-demokratik hesab edir.

Müstəqil Mətbuat Assosiasiyasının direktoru Pyotr Makovey hesab edir ki, təbliğatla mübarizədə ən demokratik üsulu Baltiya ölkələri seçib: burada birbaşa qadağalar yoxdur, amma tənzimləyici orqan aktiv işləyir (Moldovadakı TRKŞ-nın analoqu): o televiziya efirində yayımlanan hər şeyə nəzarət edir və lazım gəldikdə məhkəməyə müraciət edir. Yayımın dayandırılması yalnız məhkəmənin müvafiq qərarı olduqdan sonra dayandırıla bilər.

Düzdür, Makovey hesab edir ki, bəzi hallarda təbliğatla mübarizədə sərt qərarlara da bəraət qazandırmaq olar, məsələn, Ukraynada olduğu kimi – burada Rusiya telekanallarının yayımı tamamilə dayandırılıb:

“Ukrayna müharibə şəraitindədir, Rusiya ona münasibətdə təcavüzkardır, belə olan halda düşünürəm ki, bu qadağaların qəbul olunması özünü doğruldub”, – Pyotr Makovey deyib.

Makovey başqa müstəqil media ekspertləri ilə birlikdə Moldova KİV-lərinin monitorinqində iştirak edib. Mütəxəssislərin bu tədqiqatın nəticələrinə görə keçən ilin mayında təqdim etdiyi hesabata əsasən, Moldovada yayımlanan 5 Rusiya kanalı (“Birinci kanal”, RTR, NTV, REN TV, STS) “birtərəfli manipulyasiya və təbliğat informasiyası” və faktların selektiv təqdim olunması, məlumatın mənbəyinin interpresasiyası, damğa vurma, fikir sırama və s. üsullara əl atıb.

Kreml məcəllənin dəyişdirilməsi haqqında qanunu “Rusiyaya qarşı növbəti qərəz” adlandırıb, RF Dövlət Dumasının deputatları isə BMT, Avropa Şurası, ATƏT-i konvensiyanın dəhşətli insan haqları pozuntusuna qiymət verməyə çağıran bəyannamə imzalayıb.

Buna cavab olaraq moldovalı deputatlar qrupu – parlament çoxluğunun nümayəndələri parlamentdə Rusiya Federasiyasının milli informasiya təhlükəsizliyinə hücumu pisləyən və Moldova Respublikasının siyasi fəaliyyətinə təhqir edici şəkildə qarışan deklarasiya layihəsi qəbul edib.


More on JAMnews