Tərkibində Qafqaz ölkələrindən ancaq Ermənistanın olduğu KTMT post-sovet birliyinin sonu gəlir" />

KTMT-nin can verməsi

Tərkibində Qafqaz ölkələrindən ancaq Ermənistanın olduğu KTMT post-sovet birliyinin sonu gəlir

KTMT keçmiş Sovet İttifaqı məkanında hələ 1992-ci ildə, SSRİ dağılandan dərhal sonra yaradılıb və açması Kollektiv Təhlükəsizlik Haqqında Müqavilə Təşkilatı deməkdir. Onun sıralarını tez bir zamanda Azərbaycan, Gürcüstan və Özbəkistan tərk etdi və hazırda KTMT-nin altı üzvü var – Ermənistan, Belarus, Qazaxıstan, Qırğızıstan, Rusiya və Tacikistan.    

İndi də Yerevanda yenicə başa çatan KTMT sammiti bir çox erməni ekspertlərinin fikrincə, faktiki olaraq bu təşkilatın sonunun başlanğıcı oldu. 

Dekabrda təşkilat yaranmasının 25 illiyini qeyd edəcək, amma bu ötən dövr ərzində blok real əməliyyatlarda iştirak etməyib və mühüm məsələlər üzrə razılıq əldə edə bilməyib. Blokun fəaliyyəti ancaq konkret düşmən olmadan təlimlər keçirmək və üzv dövlətlərin maraqlarına məhəl qoymamaqdan ibarət olub.  

Bu mənada Yerevandakı zirvə toplantısı da istisna olmadı. Sammitdə qəbul olunan qətnamə tamamilə ünvansız oldu, təşkilat üzvləri hətta KTMT baş katibi vəzifəsinə namizədliklə bağlı razılığa gələ bilmədilər.

Sammitdən sonra isə Vladimir Putin bildirdi ki, onlar post-sovet ölkələrinin KTMT-yə daxil  olub-olmamasından asılı olmayaraq onların maraqlarını və “tarixən formalaşan münasibətləri nəzərə alacaqlar.   

KTMT-nin ümumi maraqları yoxdur

Ümumi maraqların və ümumi düşmənin olmaması açıq-aşkar gözə çarpır, bəzən də qulaq döyür. Qırğızıstanda inqilab olanda KTMT kömək edə bilmədi və bu ölkənin prezidenti 2010-cu ildə KTMT-yə hərbi dəstək xahişiylə müraciət etdi. Üzv ölkələr isə elə də razılığa gələ bilməyib, Qırğızıstan ordusuna maddi dəstək verməklə kifayətləndilər.  

Amma KTMT üçün ən böyük sınaq Qarabağ münaqişəsidir. Baxmayaraq ki, Ermənistan KTMT üzvüdür, Azərbaycan isə yox, əksər  KTMT üzvləri Azərbaycanı dəstəklədiyini gizlətmir.

Üstəlik apreldə Azərbaycan Qarabağa açıq hücuma keçəndə KTMT bunu pisləyən bəyanat belə qəbul etmədi, bu da həm Ermənistan hakimiyyəti, həm də erməni xalqı tərəfindən qeyd olundu. Ən qəribəsi isə odur ki, Ermənistan da qəti şəkildə KTMT-yə hərbi və “sülhməramlı dəstək üçün müraciət etmədi, çünki bu köməyin “Azərbaycanın xeyrinə göstəriləcəyini hesab etdi.

Seyran Ohanyan “ordusuz feldmarşal olmaq istəmədi

Yerevandakı zirvə toplantısına qədər bir sıra gurultulu anons verildi. O cümlədən bildirildi ki, “Putin NATO-sunun (bloku belə adlandırırlar) baş katibi vəzifəsinə o vaxtlar hələ müdafiə naziri olan Seyran Ohanyanın təyin edilməsi tövsiyə edilib. Amma tezliklə Ohanyan açıq şəkildə bildirdi ki, belə bir təklif gəlsə, rədd cavabı verəcək.

Hazırda Ermənistandakı ekspertlər qeyd edirlər ki, Seyran Ohanyanın bu vəzifədən imtina etməsi üçün əsaslı səbəbləri olub. Qarabağ müharibəsində qələbə çalmış hərbi komandir mövcud olmayan ordunun “feldmarşalı vəzifəsinə razılıq verə bilməzdi.

KTMT əlahiddə qoşunlar da yarada bilmədi – blokun tərkibinə vaxtaşırı olaraq müştərək təlimlərdə iştirak edən, amma daimi olaraq öz ölkələrində dislokasiya olunan üzv ölkələrin bölmələri daxildir.

Bundan başqa, keçmiş müdafiə naziri Seyran Ohanyan konkret məsələləri həll etməyə öyrəşib. KTMT-də isə konkretlik ancaq müqavilənin bir bəndində var: KTMT-yə üzv ölkələrin ərazisində KTMT-nin razılığı olmadan üçüncü ölkələrin hərbi infrastrukturları ola bilməz.

Bu bənd Ermənistanın ölkənin təhlükəsizliyinin möhkəmləndirilməsinə kömək edə biləcək dövlətlərlə hərbi əməkdaşlığını məhdudlaşdırır.

KTMT Qarabağda “preventiv mexanizmlərin yerləşdirilməsinə mane olur?   

Belə fikir var ki, məhz bu bənd Qarabağda preventiv mexanizmlərin yerləşdirilməsi üçün maneədir. Qarabağın rəsmi olaraq KTMT-yə daxil olmadığına baxmayaraq, onu blokun “məsuliyyət zonasının bir hissəsi adlandırırlar. ABŞ Qarabağda sərhədyanı insidentlərin monitorinqi üçün avadanlıq yerləşdirməyi təklif edir, təklifi Almaniya və Ermənistan da dəstəkləyir.

Avadanlığın yerləşdirilməsi haqda qərar bu ilin iyun ayında Vyana sammitində qəbul edilib və Sankt-Peterburqda keçirilən sammitdə təsdiq olunub. Amma Azərbaycan açıq şəkildə qərarın yerinə yetirilməsinin qarşısını alır.

Nəzəri cəhətdən Ermənistan avadanlığı birtərəfli qaydada yerləşdirə bilərdi. Amma bunun üçün müəyyən maneələr var, xüsusən də avadanlıq Qərb istehsalı olduğu halda. İstisna deyil ki, buna imkan verməyən Ermənistanda “üçüncü ölkələrin hərbi infrastrukturunun yaranmasına qadağa qoyan KTMT haqqında müqavilənin bəndidir.

Rusiya Ermənistanda özünün “preventiv mexanizmlərini – İsgəndər taktiki komplekslərini yerləşdirib. Ermənistanda bunu Qərbin təklif etdiyi avadanlığa ekvivalent olan Azərbaycanın qarısını alma vasitəsi kimi qiymətləndirdilər.

 KTMT sammiti və Ermənistan-Rusiya münasibətləri

Yerevandakı KTMT sammiti Ermənistan-Rusiya münasibətlərinin xoş olmayan iç üzünü açdı. Yerevanda tikilən KTMT və Avrasiya İqtisadi Birliyinin Akademiyası binasının üzərində Putinin səfər etdiyi gün “Azad, Müstəqil Ermənistan: Putin put out of Armenia plakatı asılmışdı.

 

Putinin 2013-cü ilin dekabr ayına təsadüf edən ötən dəfəki səfəri zamanı da Putinə qarşı aksiya təşkil olunmuşdu, amma onda anti-Rusiya aksiyalarının onlarla iştirakçısı saxlanılmışdı.

O vaxtdan çox şey dəyişib – Ermənistanda anti-Rusiya meylləri adi hala çevrilib, hakimiyyət onlara daha loyal yanaşır. Misal üçün, bəzi analitiklər hesab edir ki, Yerevanda KTMT sammitinin iflası Ermənistan hakimiyyətinin ona münasibəti ilə bağlı olub. Bunun həqiqətə nə dərədəcə uyğun olduğunu demək çətindir.

 KTMT-ni dünyada heç kim tanımır

Sammitin fiaskosunu üzv ölkələrin prezidentləri belə gizlətmədilər. Rusiya prezidenti Vladimir Putin Yerevanda heç bir bəyanat vermədi, Qazaxıstan prezidenti Nursultan Nazarbayev səhhətini bəhanə gətirərək, ümumiyyətlə Yerevana gəlmədi. Belarus prezidenti Aleksandr Lukaşenko isə açıq şəkildə bildirdi ki, KTMT dünyada heç kimi, KTMT üzvlərinin özlərini belə maraqlandırmır. O həm də dedi ki, dünyada heç kim KTMT-ni hərbi təşkilat kimi tanımır və blokun tanınması üzərində işləməyə çağırdı.

Sammitdən bir qədər əvvəl KTMT BMT-yə sülhməramlı mandat almaq üçün müraciət etdi, amma KTMT baş katibi Nikolay Bordyujanın Nyu-Yorka səfər etməsinə və KTMT-də sədrlik edən Ermənistanın xarici işlər naziri Edvard Nalbandyanın BMT Baş Assambleyasında KTMT Xarici İşlər Nazirləri Şurasının [Təşkilatın xarici siyasət sahəsində üzv dövlətlərin qarşılıqlı fəaliyyətinin əlaqələndirilməsi məsələləri üzrə məsləhətçi və icraedici orqan]  iclasını çağırmasına baxmayaraq, bloka sülhməramlı fəaliyyət üçün mandat verilmədi.   

Görünür, Batkanı da özündən çıxaran bu oldu və o bildirdi ki, Yerevandakı sammitdə irəli sürülən məsələlər “prezidentlərin səviyyəsinə uyğun deyildi. Belə fikir var ki, BMT mandatı alındığı halda Yerevandakı sammitdə KTMT qüvvələrinin Suriyaya göndərilməsi məsələsi müzakirə oluna bilərdi. Amma bu məsələ rəsmi gündəmə daxil edilmədi.

Yerevandakı sammitdə daha hansı qərarlar qəbul olunmadı?

Yerevandakı sammitə qədər Putinin köməkçisi Yuri Uşakov bildirdi ki, KTMT Strategiyası qəbul olunacaq və burada ABŞ və NATO raket hücumuna qarşı müdafiə sistemlərinin KTMT sərhədləri yaxınlığında yayılmasının yolverilməzliyi təsbit olunacaq. Bununla belə, sammitin yekun bəyannaməsində ancaq raket hücumuna qarşı müdafiə sistemlərinin yayılması ilə bağlı narazılıq ifadə olunub, konkret ünvanlar isə göstərilməyib.

Analitiklər deyir ki, Rusiya KTMT ölkələrini ABŞ və NATO-nu hərbi blokun düşmənləri elan etməyə razı sala bilməyib. Ümumi düşmənin olmaması isə KTMT-nin mövcudluğunun mənasını sual altına qoyur.

Məqalədə qeyd olunan fikirlər müəllifin terminologiyası və baxışlarını ifadə edir, redaksiyanın mövqeyi ilə üst-üstə düşməyə də bilər.

Dərc olunub: 21.10.2016


More on JAMnews