Ermənistanda qarşıdan gələn seçkilərdə “səmərələşdirilmiş səsvermə” nəticəsində başqa parlamentə sahib olacağıq. Politoloq şərhi " />

Kim deputat olacaq və niyə

Ermənistanda qarşıdan gələn seçkilərdə “səmərələşdirilmiş səsvermə” nəticəsində başqa parlamentə sahib olacağıq. Politoloq şərhi

Lüsi Sarqsyan

Aleksandr İskandaryan, Qafqaz İnstitutunun direktoru, politoloq

Gələcək parlament başqa cür olacaq. O, plüral, hardasa oliqarxiyadan uzaq fəaliyyət göstərəcək. Yeni parlament daha peşəkar olmağa çalışacaq, amma çətin ki bu onda ciddi surətdə alınsın. O, səlahiyyətinə görə əvvəlkindən fərqlənəcək. Bu, qərarların alındığı mərkəz, insanların konsensus tapmağa cəhd etdikləri yer olacaq.

 2017-ci il aprelin 2-də Ermənistanda parlament seçkiləri keçiriləcək və ölkə yarı prezident idarə formasından parlament idarə formasına keçəcək.

Ermənistan vətəndaşları indi ölkədə əsas qərar çıxaran orqanı seçirlər. Onlar idarə edəcək adamları seçirlər. Bu vaxtadək prezident fiquru mövcud idi. İndiki səsvermə daha az şəxsləndirilib. Adamlara siyasi partiyalarla müqayisədə şəxslərə səs vermək qat-qat asandır, ən azından, demokratiyanın hələ çox gənc olduğu sistemimizdə.  

Proqnozlar

Nəzərə alsaq ki, parlament ölçüsünə görə azalıb, rəqabət artıb. Və məsələ yerlərin azalmasında deyil (105 mandat, hazırkı parlamentə mandatların sayı 131-dir), ilk partiyanın 54% yığmalı olmasındadır. Gerçəyi nəzərə alsaq, bu gün Ermənistanın hakimiyyətdə olan Respublika Partiyası (ERP) daha çox səs alacaq. Qalan yerlərisə ikinci partiya tutmalıdır. Yəqin ki, bu, Çiçəklənən Ermənistan Partiyası (ÇEP) olacaq ki, o da münasib sayda səs toplayacaq. Yerdə qalanlar üçün, demək olar ki, heç nə qalmayacaq.    

Müxalifətçilər ağızlarını öz ziyanlarına bu cür bəd açıblar. Onlar prezidentin aradan götürülməsini israr ediblər, sonra majoritar siyahılar üzrə səsverməni kənarlaşdırıblar. Partiya siyahılarına görə isə parlamentə bir nəfər keçə bilməz. Partiyalar minimum 5%, bloklarsa 7% toplamalıdır. Bu, güclü rəqabət yaradır. Kimin birinci, kimin ikinci olacağı aydındır, yerdə qalanlarsa bir-birinin qırtlağından yapışacaqlar, çünki ötən səfərkindən fərqli olaraq, çoxlarının kənarda qalacaqlarını bilirlər.

 Oyunun qaydaları

Ötən kadensiyadan tədricən parlament seçkilərinin oyun qaydaları sistemi qurulur. Keçmişdə müxalif qüvvələr deyirdilər ki, hər şey qeyri-qanunidir: “prezident qanunsuzdur, parlament qanunsuzdur, Konstitusiya qanunsuzdur, seçkilər qanunsuzdur, hər şey saxtalaşdırılıb və mən bayırda dayanıb olanlara etiraz edirəm”. İndi də deyirlər ki, “prezident qanunsuzdur, parlament qanunsuzdur, Konstitusiya qanunsuzdur, seçkilər qanunsuzdur, hər şey saxtalaşdırılıb, amma mən bu seçkilərdə seçiləcəm, parlamentə daxil olub, indiki konsensusun seqmentlərindən birinə çevrilərək, hər şeyin necə qanunsuz olduğunu deyəcəm”. Bu, prinsipial olaraq başqa vəziyyətdir və elektorat bunu görməyə bilməz.   

Bundan başqa, 2008-ci ilədək olan bütün seçkilərdən fərqli olaraq, Respublika Partiyasından savayı heç kəs çoxlu sayda səs yığmağa hazırlaşmır. Hamı başa düşür ki, sadəcə belə bir imkanları yoxdur. Onlar sadəcə əsas müxalifətçi, həqiqi müxalifətçi, dürüst müxalifətçi, gözəl müxalifətçi, ziyalı müxalifətçi və s. olmağa iddialıdırlar ki, bu da “oyun qaydalarının qəbul edilməsi” adlanır.  

İkinci tur olmayacaq. Bu, klassik vəziyyətdir, sadəcə adamlar respublikaçılara (hakim partiyaya) səs verəcəklərini dilə gətirməyə utanırlar. Burda səsvermə tipi başqadır. Bəzi partiyaların öz tərəfdarları, öz elektoratı var və onlar kifayət qədər sabitdir. Nümunə kimi Ermənistan Milli Konqresi (EMK), Daşnaksütun Partiyası, Kommunist Partiyası, Çiçəklənən Ermənistan Partiyasının adını çəkmək olar. Respublikaçılarla məsələ başqadır. Müəyyən miqdar məmur və biznesmen var ki, onlar hansısa düşüncədən ERP-na səs verəcək. Bundan başqa, adamlar son anda səs verməyə adam olmadığını hesab edəndə, həmçinin ERP-na səs verəcək.  

İdeologiya qeyri-ideoloji pryaniklərə güzəştə gedir

Ermənistanda elə bir proses gedir ki, ideologiyadan məhrum qüvvələr ideoloji qüvvələrə güc gəlir. Ədalət naminə demək lazımdır ki, bu, təkcə erməni deyil, ümumdünya prosesidir. Ağır ideoloji döyüşlər dönəmi geridə qalıb. Apatiya menecmenti şərtləri altında insanlar sözə deyil, kənddə salınmış yola, evlərə qolyulmuş qapılar və ya pəncərələrə, məvacibə səs verməyə meyllidilər. Onlar həmçinin öz işverəninin bu və ya başqa partiyaya mənsubluğundan, yaşayış yerindən asılı olaraq səsverməyə meyllidirlər.   

İdeologiya getdikcə azalır və nəticədə Daşnaksütun Partiyası, Ermənistan Milli Konqresi kimi partiyalar öz elekoratını itirir, əvəzində respublikaçıların və Sarukyanın partiyasının (lideri iri biznesmen Qagik Sarukyan olan Çiçəklənən Ermənistan Partiyası nəzərdə tutulur) sıraları genişlənir.

Bəs müxalif ideologiyalı partiyalar nə deyir? “Onlar pisdirlər – mən yaxşıyam!” Buna heç kim inanmır, çünki məlum sözlər son iyirmi beş ildə çoxdan çeynənilib. 2008-ci ildə adamlar hələ inanırdılar. Onlar küçələrə axışmağa, səs verməyə, özlərini təhlükəyə atmağa hazır idilər. İndisə heç kəs inanmır. Bax elə bu, səsvermənin səmərələşdirilməsi adlanır.   


More on JAMnews