Zorakan kəndinin iki adı var: biri rəsmi, digəri sevimli. Bu gün Ermənistanın Tavuş vilayətində yerləşən Zorakan sakinləri üçün kəndin sevimli adı “Çardaxludur”. Əsl kənd Azərbaycanın Şəmkir rayonunda yerləşir. Sovet dövründə Çardaxlı adlanan bu kəndin adı indi Çənlibeldir. Amma ermənilər Çardaxlını erməni qrammatikasına uyğunlaşdıraraq “Çardaxlu” adından istifadə edirlər. Tavuş mahalı icmalarının məlumatına əsasən, 1907-ci ildə Çardaxluda ..." />

İki adlı kənd

Zorakan kəndinin iki adı var: biri rəsmi, digəri sevimli. Bu gün Ermənistanın Tavuş vilayətində yerləşən ...

Fotoqraf Gevorq Karapetyan. Foto Facebook-dakı “Çardaxlu” səhifəsi tərəfindən təqdim olunub

Zorakan kəndinin iki adı var: biri rəsmi, digəri sevimli. Bu gün Ermənistanın Tavuş vilayətində yerləşən Zorakan sakinləri üçün kəndin sevimli adı “Çardaxludur”.

Əsl kənd Azərbaycanın Şəmkir rayonunda yerləşir. Sovet dövründə Çardaxlı adlanan bu kəndin adı indi Çənlibeldir. Amma ermənilər Çardaxlını erməni qrammatikasına uyğunlaşdıraraq “Çardaxlu” adından istifadə edirlər.

Tavuş mahalı icmalarının məlumatına əsasən, 1907-ci ildə Çardaxluda 1863 nəfər erməni yaşayıb, 1975-ci ildə isə onların sayı dörd minə çatıb.

“Ermənistana gəlmək üçün Çardaxludakı evimizi tərk edəndə işığı yanılı qoymuşdum”, – Azərbaycanda doğulan, Ermənistan-Azərbaycan münasibətlərinin pisləşməsi və ardınca Qarabağ münaqişəsinin başlaması nəticəsində qaçqın düşən Mikael Qriqoryan danışır. 

 

1987-ci ildə Çardaxlıda ermənilərlə azərbaycanlılar arasında baş verən toqquşmalardan sonra münaqişə tam miqyaslı müharibəyə keçib. Hərbi əməliyyatlar 1994-cü ildə Ermənistan, Azərbaycan və Dağlıq Qarabağ arasında atəşkəs haqda saziş imzalanandan sonra dayandırılıb, amma münaqişə hələ də həllini tapmayıb.

 

Bu gün Mikael Zorakanda yaşayır. Bu rəsmi adı kəndin girişindəki lövhənin üzərində erməni və ingilis dillərində görmək mümkündür. Amma Lakin kındin yeni sakinlərinin xahişi ilə yerli administrasiya bura ikinci lövhəni də əlavə edib və bu lövhənin üzərində kəndin başqa adı da yazılıb – “Çardaxlu”.

“Belə özümüzü daha yaxşı hiss edirik”, — Zorakan administrasiyasının başçısı Suren Martirosyan ikinci lövhənin peyda olmasını izah edir.

1987-88-ci illərdə, ermnilər və azərbaycanlılar tərəfindən məskunlaşdırılmış digər kəndlərin sakinləri ilə birlikdə Çardaxlu və Körpülü sakinləri də köçürülüb. Azərbaycandakı Çardaxlunun erməni sakinləri Ermənistana keçməyə və Körpülü kəndində məskunlaşmağa məcbur oldular. Körpülü sakinləri olan azərbaycankıalr isə, əksinə, o vaxta kimi ermənilərin yaşadığı Çardaxluya köçdülər.

2006-cı ildə Körpülünün adını dəyişiblər və indi kənd Zorakan adlanır, “əsl” Çardaxlu kəndi isə SSRİ marşalı, SSRİ müdafiə nazirinin müavini Ovanes Baqramyanın, İkinci dünya müharibəsinin qəhrəmanı, SSRİ marşalı Amazasp Babacanyanın və digər məşhur hərbçilərin vətəni olub.

“Biz kəndin adını dəyişmək istəyirik ki, rəsmi olaraq Çardaxlu adlansın”, — yeddi yaşları olanda Azərbaycandakı doğma kəndlərini tərk etməyə məcbur olmuş yerli sakinlər, icma administrasiyasına toplaşmış Mlex Kazaryan, Ruben Qasparyan və Qurgen Bagiryan deyirlər.

“Lap yenicə dil açmış uşaqdan soruşsan ki, harada anadan olub, cavab verəcək ki, Çardaxluda, Zorakanda deyil”, — ailəsi Azərbaycandan Ermənistana qaçanda dörd yaşı olan Ovanes Karapetyan danışır.

Kəndlərinin adının dəyişdirilərək Çardaxlu olması barədə bugünkü Zorakanın sakinləri hələ Ermənistanın birinci prezidenti Levon ter-Petrosyana müraciət etmişdilər. O vaxt hakimiyyət kənd sakinlərinə başqa ad tıklif etmişdilər – Nor Çardaxlu (erməni dilindən tərcümədə “nor” yeni deməkdir), sonradan isə tamamilə başqa adlara tərəf meylləndilər və öz qərarlarını bununla izah etdilər ki, özü özlüyündə Çardaxlu erməni adı deyil.

Sakinlər kəndin indiki erməni adını – Zorakanı – özləri seçiblər, lakin əvvəlkitək özlərini “çadraxlulular” hesab edirlər.

Zorakanda bu gün mövcud olan sosial problemlər elə 30 il əvvəl kəndin adı Körpülü olanda mövcud olmuş problemlərin eynidir. Bir çox digər kəndlərdə də olduğu kimi, burada əsas problem içməli və suvarma suyunun çatışmazlığı ilə əlaqədardır. Kənddə olan kiçik su kəmərlərini Rusiyada yaşayıb işləyən həmvətənlərin köməyi sayəsində çəkmək mümkün olub.

Ermənistanda kənd icmalarının iriləşməsi sxemi üzrə Koxb və Zorakan kəndləri indi eyni icmaya daxildirlər, lakin Koxb sərhədyanı 

Kənd statusuna malikdir, Zorakan isə yox.

Sərhədyanı kənd statusu, hökumətin qərarına görə, qaz, elektrik enerjisi, suvarma suyu xərcləri də daxil olmaqla kommunal xərclərin qismən kompensasiyasını, həmçinin əmlak vergisindən və torpaq vergisindən tamamilə azad olmanı ehtiva edir.

Əhalinin son siyahıyaalmasının nəticələrinə görə, bu gün erməni Çardaxlusunda 900 nəfərdən çox adam yaşayır ki, bunların əksəriyyəti Azərbaycandan gəlmiş erməni qaçqınlarıdır.

Kənddə o qədər sosial problem var ki, yerli gənclər əksər hallarda Yerevana köçür, yaxud da Rusiyaya, əsas etibarilə Rostov vilayətinə, yaxud da Krasnodara qazanc dalınca gedir.

Foto müəllifi Lilit Avakyan

Burada təmir olunmuş evə nadir halda rast gəlmək olar, pis yollar isə yağışdan sonra ümumiyyətlə keçilməz olurlar.

84 yaşlı Mikael Qriqoryan Çardaxludan düz 30 il əvvəl qaçıb. Burada, Çardaxlu-Zorakanda o, bir vaxtlar azərbaycanlıya məxsus olmuş evdə yaşayır.

Ev köhnəlib: pəncərələrdəki sınmış şüşələr xəbər verir ki, tikili çoxdan bəri təmirə ehtiyac duyur.

Mikael danışır ki, bir vaxtlar “əsl” Çardaxluda tikdiyi ev möhkəm və yaxşı idi, özü su xətti çəkmişdi, həyəti sementləmişdi ki, heç bir yerdə gölməcə və palçıq olmasın.

Onun indiki evini də təmir etməyə imkanı olub, amma özünün etiraf etdiyi kimi, həvəsi olmayıb.

“Biz hamımız o günü gözləyirdik ki, nəhayət, nə zaman öz kəndimizə qayıdacağıq, amma görünür, daha alınmayacaq”, — Mikael izah edir.

Bu gün Çardaxlu sakinlərindən heç kim doğma kəndə qayıtmağa ümid etmir, indi yaşadıqları evlərin təmirinə isə sadəcə olaraq pulları yoxdur. Bir çoxlarının pulu ancaq zəruri olanlara güclə çatır – su tapmağa və qışda evin qızdırılması problemini necəsə həll etməyə.

Zorakan icmasının başçısı Suren Martirosyanın kabinetində fotoşəkil saxlanır ki, uzun illər keçsə də, onun üçün əhəmiyyətini itirməyib. Fotoşəkildə “əsl” Çardaxlunun simvolları – kəns administrasiyasının rəhbərinin sözlərinə görə, yaşı səkkiz yüzə çatan ağaclar əks olunub ki, ona doğma kəndi xatırladırlar.

1988-ci ildə Martirosyanın cəmi 8 yaşı olub, lakin o, uşaqlığını, məktəbi və o illərdə öyrəndiyi Azərbaycan dilini yaxşı xatırlayır.

“Bizim Çardaxluda bir yer vardı, orada torpaq elə quru idi ki, heç nə bitmirdi, bircə dənə də bitki, ağac yox idi. Bu ağaclar orada üçüncü əsrdən bəri durur. Orada onların necə böyüməsi aydın deyil. Onlar bizim Çardaxlunun simvollarıdır. Ağacların gövdələri elə heniş idi ki, biz bir tərəfdən daxil olub, o biri tərəfdən çıxa bilirdik. İndi heç bilmirik, o ağaclar qalıb, ya yox”.

Surenin sözlərinə görə, Şəmkirdən olan ermənilər və azərbaycanlılar hardasa Rusiyada, yaxud Gürcüstanda görüşəndə nostalgiya hisslərinə qapılırlar və bir birindən doğma yerlər haqqında soruşurlar.

Məhz belə görüşlər, Çardaxlunun Ermənistanın hüdudlarından kənarda yaşayan keçmiş sakinlərinin sayəsində bəzən doğma kəndin fotoşəkillərini tapmaq olur.

“Rusiyada yaşayan azərbaycanlılar Çardaxluya getməyə hazırlaşanda bəzən onlardan xahiş edirik ki, bizim üçün fotoşəkillər çəkib göndərsinlər. Bir dəfə hətta ordan su da gətirmişdilər”, — Suren Martirosyan xatırlayır.

Sonuncu dəfə sakinlər 2015-ci ildə doğma kənddən özünəməxsus qiymətli hədiyyə – şüşələrdə su, fotoşəkillər və videoyazılar əldə ediblər.

“Su az idi, buna görə də, onu çağırışçılara su şüşəsinin qapaqlarında payladıq”, — Ovanes yada salır.

“Amma sənədlərlə bağlı nəsə suallar yaranırsa, bütün bunları qaçqınların işləri üzrə komitə vasitəsilə həll edirik, bizim aramızda – Zorakan və Çardaxlu sakinləri arasında birbaşa əlaqə yoxdur”, — yerli administrasiyanın rəhbəri deyir.

Mikael Qriqoryanın sözlərinə görə, onun indiki Çardaxlunun sakinləri ilə birbaşa əlaqə yaratmaq imkanı olsaydı, o, Qulu Həmidovu tapmağa çalışardı.

“Biz nahar etməyə oturmuşduq, birdən mənim halım pisləşdi. Məni təcili yardımla xəstəxanaya apardılar, lakin heç bir həkim başa düşə bilmədi ki, mənə nə olub. O vaxt Qulu mənim həyatımı xilas etdi. Biz onunla təxminən həmyaşıd idik – o, 1933-cü ildə anadan olmuşdu. Məndə hətta onun toy şəkli də var idi. İtirmişəm o şəkli. Bilmək istəyərdim ki, necədir, yaşayır, ya yox…”

Zorakan-Çardaxlu sakinləri xoş məram əlaməti kimi yerli Azərbaycan qəbiristanlığını qoruyub saxlayıblar.

“Biz bir qəbirə də dəyməmişik və ümid edirik ki, orada qalan bizim qəbirlərlə azərbaycanlılar da bu cür davranıblar”, — Mlex Kazaryan ümid etdiyini bildirib.

Lakin Ovanes Karapetyana gəlib çatan məlumatlara görə, reallıqda Azərbaycandakı Çardaxluda erməni qəbiristanlığını yerlə yeksan ediblər, marşalların xatirəsinə həsr olunmuş muzeyi isə çayxanaya çeviriblər.

Ovanes Karapetyan, Ovanesin arxivindən

Hazrıda Facebook sosial şəbəkəsində “Չարդախլու Чардахлы Чардахлу Chardakhlu” adlı açıq qrup mövcuddur https://www.facebook.com/groups/20552290623/about/. 396 nəfərdən ibarət qrupun səhifəsində keçmiş və hazırkı çardaxlulular bir-biri ilə xəbərlərlə bölüşür, problemləri müzakirə edir və sadəcə ünsiyyət qururar.

Ovanes qrupun fəaliyyətini qoruyub saxlamağa çalışır, tez-tez onun iştirakçıları ilə doğma kənd haqqında metariallarla və xəbərlərlə bölüşür.

“Burada Yer kürəsinin müxtəlif tərəflərində yaşayan çardaxlulular bir-biri haqqında nəsə yeniliklər öyrənmək, kənddə baş verənlərdən xəbər tutmaq imkanı əldə edirlər”.

Sosial şəbəkədə yalnız nostalgiyaya dalmır və xəbərlərlə bölüşmürlər, həm də daha çox gündəmdə olan problemləri həll etməyə çalışırlar. Belə ki, Facebook qrupunun gənc iştirakçıları bu səhifədən istifadə edərək vilayət administrasiyasının diqqətini kənddən zibilin daşınması probleminə yönəltməyə çalışırlar.

Qrupda həmçinin Ovanesin Ermənistandakı parlament seçkilərində namizədliyinin irəli sürülməsi məsələsi də müzakirə olunub. Çardaxlulular çox fəxr edirdilər ki, onların həmkəndlisi yenicə yaranmış “Vətəndaşın qərarı” partiyasından Milli məclisin deputatlığına namizəd olub. Partiyaya 2018-ci ildə parlamentə düşmək üçün minimal faiz səddini kemək müyəssər olmasa da, Ovanes fəal ictimai fəaliyyətini davam etdirir.

Hazırda o, Yerevanda yaşayır və “Bilayn” şirkətində işləyir. Ovanes həm də Gənc mühəndislər assosiasiyasının təsisçisi və sədridir. Daim məşğul olmasına baxmayaraq, o, doğma icması ilə fəal əlaqə saxlamaqda davam edir.

Qüvvəsini siyasətdə sılnamaq barədə öz qərarını Ovanes onunla izah edir ki, məcburi köçkünlərin problemləri çox vaxt qulaqardına vurulur, energetika sektoru isə qanunvericilik sarıdan təkmilləşdirilməyə ehtiyac duyur.

“İnsanlar məcburi köçkün olublar, lakin bu gün yeni yerdə özlərini vəziyyətə nəzarət edən kimi hiss etmirlər, çünki elementar həyat şəraitindən məhrumdurlar. Misal üçün, bizim icmada su çatışmazlığı problemi var. Əgər su olsa, yerli sakinlər özlərinin qeydinə qala və yaşamaq üçün vəsait tapa bilərlər”, — Ovanes əmindir.

“Elə də olub ki, zoğalın suvarılması mövsümündə bizə su verilməyib və yalnız mən məsələni qaldırandan sonra su peyda olub”.

Ovanes hətta dostları ilə birlikdə aqroturizmin inkşafı ilə də məşğul olmağa cəhd edir. Bunun üçün o, müxtəlif təşəbbüslərlə çıxış edir, kənd festivalları təşkil edir, lakin elementar infrastrukturun olmaması bu yerin inkişaf etməsinə xeyli mane olur.

Buna baxmayaraq, Ovanes ruhdan düşmür. O, əvvəlkitək öz kəndinin problemlərini qaldırmaq, siyasətlə məşğul olmaq, öz icması üçün kiçik olsa da, heç də az əhəmiyyətli olmayan dəyişikliklərin əldə etmək fikrindədir. Belə ki, yerli sakinlərin səyləri nəticəsində artıq kəndin mərkəzi hissəsinin işıqlandırılmasını təmin etmək mümkün olub. Burada hətta “Armat” mühəndislik laboratoriyası açılıb ki, məktəblilər həmin laboratoriyada informasiya texnologiyaları sahəsində biliklərə yiyələnə biləcəklər.

“Eşidilməyən səslər” layihəsi International Alert  təşkilatının Dağlıq Qarabağ münaqişəsi üzrə işinin bir hissəsidir. Bu, münaqişəyə cəlb olunmuş icmaların jurnalistləri ilə işin və bu münaqişənin “nə müharibə, nə sülh” şəraitində yaşayan insanların həyatına necə təsir etdiyini göstərmək üçün onların birgə səylərinin nəticəsidir. Bu layihə həmin insanların səslərinin həm öz icmaları daxilində, həm də digər tərəfin cəmiyyətində eşidilməsinə şərait yaradır və bununla da düşmən obrazı arxasında gizlənən real insan simalarını oxuculara göstərməyə imkan verir.
Sözügedən layihə Avropa İttifaqının sayəsində Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə nizamlanması məqsədilə Avropa Tərəfdaşlığı (EPNK) çərçivəsində həyata keçirilir.
Bu səhifədə yerləşdirilən materiallara görə məsuliyyəti jurnalistlər daşıyır , International Alert təşkilatının və donorların nöqteyi-nəzərini əks etdirməsi mütləq deyil. Bizim jurnalistlər buradakı etik məcəlləni əsas götürür.

 

 


More on JAMnews