"Пусть еще драку собак устроят или позовут на дебаты двоюродных сестер или теть" - были комментарии в социальных сетях " />

Gürcüstan prezidentliyinə namizəd Salome Zurabişvilinin oğlu anasının rəqibinin oğlunu debata çağırır

"Пусть еще драку собак устроят или позовут на дебаты двоюродных сестер или теть" - были комментарии в социальных сетях

Salome Zurabişvili oğlu və qızı ilə. REUTERS/David Mdzinarishvili

Gürcüstan prezidentliyinə namizəd, hakim “Gürcü arzusu” tərəfindən dəstəklənən Salome Zurabişvilinin oğlu anasının rəqibi – müxalifətdən olan namizəd Qriqol Vaşadzenin oğlu ilə debat keçirməyi təklif edib.

Teymuraz Qorcestani (Zurabişvilinin oğlu) bunu anası ilə birlikdə gəldiyi gənc seçicilərlə görüş zamanı bildirib.

• QHT: Gürcüstanda prezident seçkisinin legitimliyi sual altına düşə bilər

• Noyabrın 28-də Gürcüstanda prezident seçiləcək. Bu seçkilər haqda bilməli olduğunuz hər şey

• Gürcü milyardçı vətəndaşların borclarını ödəyəcəkmi?

Gənclərlə söhbət edərkən o, Qriqol Vaşadzenin oğlunun harda olması və seçkiqabağı kampaniya zamanı niyə atasını dəstəkləməməsi ilə maraqlanıb:

“Bir sualım var. Mən burdayam, üç gün sonra Parisdən Ketevan [Zurabişvilinin qızı və Teymurazın bacısı] gələcək, mən Londondan gəlmişəm və mənim sualım var, Nodar Vaşadze hardadır? Moskvada?”

Teymuraz Qorcestani Nodar Vaşadze ilə görüşə hazır olduğunu və bunu istədiyini bildirib.

“Bir təklifim var. Biz suallara cavab veririk, televizorda çıxış edirik ki, siz bizimlə tanış olasız və Salome Zurabişvilinin ailə üzvlərini, övladlarını tanıyasız. Mənə maraqlıdır, Qriqol Vaşadzenin böyük oğlu kimdir. Razı olsa, gəlsə və əgər gürcü dilini bilirsə, onu istənilən vaxt və istənilən yerdə debata çağırmağa hazıram. Gürcü kişiləri kimi söhbət edək: Gürcüstan nədir, gürcü mədəniyyəti və gürcü dili nədir. Nə vaxt istəsəz, mən hazır, cənab Nodar”, – deyə o, bildirib.  

Teymuraz Qorcestaninin bu sözləri sosial şəbəkələrdə böyük rezonansa səbəb oldu.

“Onda itlərinin davasını da təşkil etsinlər ya da debatlara əmi qızları və bibilərini də çağırsınlar”, – bu səpkidə şərhlər oldu.

Salome Zurabişvilinin iki övladı var – oğlu Teymuraz və qızı Ketevan Qorcestani. Salome Zurabişvilinin özü kimi Parisdə böyüyüblər. Teymurazın 32, Ketevanın 29 yaşı var. Teymuraz diplomatdır və BMT missiyasında çalışır. Ketevan Parisdə yaşayır və televiziyada idman verilişlərinin aparıcısı işləyir. Zurabişvilinin övladları oktyabrın 28-də seçkilərdən əvvəl analarına dəstək olmaq üçün Gürcüstana gəliblər. Teymurazla Ketevan dəfələrlə Gürcüstanın telekanallarında müxtəlif verilişlərdə çıxış ediblər, mətbuata müsahibə veriblər və Zurabişvilinin seçkiqabağı kampaniyası zamanı bəyanatlar veriblər.   

Qriqol Vaşadzeyə gəlincə, onun iki övladı var: birinci nikahdan oğlu Nodar Vaşadze haqqında ancaq onun hazırda Rusiyada yaşadığı məlumdur, qızı, 12 yaşlı Elene Vaşadzenin anası isə onun indiki xanımı, prima-balerina Nino Ananiaşvilidir.    


More on JAMnews