Ermənistanda Gümridəki Rusiya hərbi bazası ilə bağlı faciəvi hadisələr və qanlı cinayətlər" />

Gümri: Rusiya bazası yerli sakinləri necə məhv edirdi

Ermənistanda Gümridəki Rusiya hərbi bazası ilə bağlı faciəvi hadisələr və qanlı cinayətlər

Gümridə Rusiya hərbi bazası. Foto: Eranuhi Saqayan

“KAVKAZSKİ UZEL” Ermənistanda Gümridəki Rusiya hərbi bazası ilə bağlı faciəvi hadisələr və qanlı cinayətlərin təfərrüatlarını dərc edib.

Yaxın keçmişdə baş verən dəhşətli hadisənin məhkəməsi yenicə sona çatıb. Bu ilin avqust ayında rusiyalı hərbçi Valeri Permyakov ömürlük həbs cəzası alıb.

Qərar il yarım sürən məhkəmə araşdırmasından sonra qəbul edilib. O, 2015-ci il yanvarın 12-də Gümridə Avetisyanlar ailəsinin altı üzvünü, o cümlədən də altı aylıq körpəni qətlə yetirmişdi.

1995-ci ildə bazanın yarandığı andan etibarən Gümridə Rusiya hərbçiləri tərəfindən törədilən cinayətlərin siyahısı. Siyahı“KAVKAZSKİ UZEL informasiya agentliyi tərəfindən tərtib olunub.

1999-cu il – bazarda atışma

14 aprel 1999-cu ildə əli avtomatlı iki rusiyalı səhədçi sərxoş vəziyyətdə Gümridəki bazara gələrək, atəş açır. İki nəfər həlak olur, doqquz nəfər yaralanır.

Sərhədçilər – yefreytor Aleksandr Kamenev və sıravi Denis Popov bazar satıcıları tərəfindən silahsızlaşdırılaraq, polisə gətirilib. İstintaq bir neçə ay sürüb, Rusiya və Ermənistan məhkəmə orqanları arasındakı razılaşmaya əsasən proses Ermənistanda erməni hakimin sədrliyi ilə keçib, prosessual hərəkətlər Ermənistan Cinayət Məcəlləsinə uyğun aparılıb.

1999-cu il dekabrın 27-də Gümri məhkəməsi Kamenev və Popovu müvafiq olaraq 15 və 14 il azadlıqdan məhrum edib.

Kamenev 2011-ci ilin iyun ayına qədər Ermənistan ərazisində saxlanılıb. Sonra Rusiya tərəfinin vəsatəti ilə cəzasının qalan hissəsinin çəkilməsi üçün RF-a köçürülüb.

Popov Ermənistanda cəmi iki il qalıb. 2001-ci il aprelin 18-də o, RF-nin hüquq-mühafizə orqanlarına təhvil verilib. “Кавказский узел Kamenev və Popovun hazırda harada cəza çəkdikləri barədə məlumat əldə edə bilməyib.

2003-cü il – hərbi hissənin qarşısında atışma

2003-cü il iyulun 11-də bir neçə gənc Gümridəki Rusiya hərbi bazasının ərazisinə keçməyə cəhd edib. Şahidlərin sözlərinə görə, onlar hissə növbətiçisinin müqaviməti ilə üzləşiblər, mübahisə yaranıb, nəticədə oldu silahdan istifadə edilib.

Gümri sakinləri Artur Poqosyan və Armen Aroyan qətlə yetirilib. Daha iki güllə yarası alan şəxs xəstəxanaya çatdırılıb.

İnsidentdən sonra bazanın komandiri, general-mayor Aleksandr Titov tutduğu vəzifədən azad edilib. Cənubi Qafqaz hərbi dairəsinin hərbi şurasının hesabatında deyilir ki, Titov hərbi intizam qaydalarının kobud pozulmasına yol verib və “xidməti vəzifələrini yerinə yetirməyib.

2013 – tank poliqonunda yeniyetmələrin ölümü

2013-cü il aprelin 7-də Ermənistanın Şirak vilayətinin Vaqramaberd kəndi yaxınlığında, Rusiya tank poliqonu ərazisində bu kəndin sakinləri 2001-ci il təvəllüdlü A. Mkrtçyan və 1997-ci il təvəllüdlü M. Qevorkyan həlak olub.

Versiyalardan birinə görə, uşaqlar minaya düşərək, həlak olublar. Uşaqlar onlardan birinin atası ilə birlikdə qoyun otarırmışlar, mərmi və qumbara qalıqlarını görərək, onları daşlamağa başlayıblar, nəticədə onlar partlayıb.

Prokurorluğun versiyasına görə, yeniyetmələr təlim atışı keçirilən sahədə icazəsiz metal qırıntıları toplayırmışlar.

2015-ci il – Gümridə ailənin güllələnməsi

2015-ci il yanvarın 12-də Gümridə avtomatdan açılan atəş nəticəsində bir ailənin üzvləri – 1961-ci il təvəllüdlü Seryoja Avetisyan, onun xanmı – Asmik Avetisyan (1959), övladları Aida Avetisyan (1979), Armen Avetisyan (1981), gəlinləri Araksiya Poqosyan (1990) və onların iki yaşlı qızları Asmik Avetisyan qətlə yetirilib.

Ailənin yeganə sağ qalan üzvü altı aylıq nəvələri Seryoja Avetisyan cərrahiyə əməliyyatı olunub, amma bir qədər sonra xəstəxanada dünyasını dəyişir.

Polisin irəli sürdüyü versiyaya görə, qətli 102-ci Rusiya hərbi bazasının həmin səhər xidməti yerini icazəsiz tərk edən rusiyalı hərbçi Valeri Permyakov törədə bilərdi.

 

Yanvarın 13-də gecə sərhəd növbəsi onu Ermənistanın qərbi hissəsində Bayandur kəndi yaxınlığında Türkiyə ilə sərhədi keçmək istərkən saxlayıb. Permyakov mülki geyimdə olub, üstündən sənəd çıxmasa da üç mobil telefon, fənər və 6,000 dram (13 dollara yaxın) çıxıb.

 

Elə həmin gecə Permyakov Avetisyan ailəsini qətlə yetirdiyini etiraf etdi. Dindirmə zamanı o qətli deyil, amma qaçmağı planlaşdırdığını deyib. O, orduda xidmət etmək istəmirmiş, adamları da onu təhvil verəcəklərindən qorxaraq öldürüb.

İnsidentdən sonra Permyakov iki ay müddətinə həbs olunaraq, hərbi bazanın qauptvaxtasında saxlanılıb.

Yanvarın 15-də Gümridə kütləvi nümayişlər, iğtişaşlar və polislə qarşıdurma baş verdi. Minlərlə insan rusiyalı əsgərin təhvil verilməsini tələb edirdi.

2015-ci il yanvarın 19-da RF İstintaq Komitəsinin sədri Aleksandr Bastrıkin Ermənistana səfəri zamanı söz verdi ki, Permyakovun işi ilə bağlı məhkəmə araşdırması Ermənistanda keçəcək və açıq olacaq, amma işi Rusiya Hərbi Məhkəməsi aparacaq.

Fevralın 3-də Ermənistanın baş prokuroru rusiyalı həmkarına Permyakovun erməni tərəfinə təhvil verilməsi vəsatəti ilə müraciət etdi.

2016-cı il avqustun 23-də Gümri məhkəməsi Valeri Permyakovu Avetisyanlar ailəsinin yeddi üzvünün qətlə yetirilməsində, qarətdə və sərhədi qanunsuz keçmək cəhdində günahkar bilərək, ömürlük həbs cəzasına məhkum etdi.

Rusiyanın Ermənistanda hərbi mövcudluğu (arayış “Кавказский узел agentliyi tərəfindən hazırlanıb)

  • 2010-cu ilin avqust ayında, Rusiya prezidentinin Ermənistana səfəri zamanı 1995-ci il tarixli Rusiya-Ermənistan müqaviləsinin fəaliyyət müddətinin uzadılması haqda protokol imzalanıb, bu protokola əsasən Rusiya hərbi bazası Ermənistanın Gümri şəhərində 2044-cü ilə qədər yerləşəcək. Müqavilənin müddəti 25 ildir, protokol onun müddətini 49 ilə qədər artırıb.
  • Ermənistanın şimalındakı Gümridə birləşmiş MDB ölkələri HHM sistemi çərçivəsində hərbi növbə çəkən 102-ci Rusiya hərbi bazası yerləşir. RF və Ermənistan 20 avqust 2010-cu ildə bu bazanın yerləşdirilməsi ilə bağlı müqavilənin müddətini uzatdılar. Müqavilə 1995-ci ildə bağlanıb, 25 il ərzində qüvvədə olmalı idi, indi isə sənəd 2044-cü ilə qədər qüvvədə olacaq. Protokol həm də “bazanın coğrafi və strateji əhəmiyyət sahəsinin genişləndirilməsini nəzərdə tutur.
  • Gümridəki Rusiya bazası ZRK C-300 və MiQ-29 qırıcıları ilə təchiz olunub, burada 4,5 minə yaxın adam xidmət edir.
  • Bazanın iki funksiyası var: RF-nin maraqlarının mühafizəsi və erməni hərbçiləri ilə birgə Ermənistanın təhlükəsizliyinin təminatı.
  • Rusiya erməni tərəfini “müasir və müvafiq silah, hərbi və xüsusi texnika ilə təchiz etmək öhdəliyini öz üzərinə götürüb.
  • Ermənistanın Türkiyə (330 kilometr) və İranla (45 kilometr) dövlət sərhədinin mühafizəsini Rusiya FTX Sərhəd İdarəsi həyata keçirir.
  • Ermənistan rəhbərliyi rusiyalı sərhədçilərin, Rusiya hərbi bazası ilə birlikdə olmasını respublikanın milli təhlükəsizliyinin vacib tərkib hissəsi sayır. Burada Rusiya sərhədçilərinin indiki mövcudluğunun əsasını 30 sentyabr 1992-ci ildə Yerevanda bağlanan “Rusiya sərhəd qoşunlarının respublika ərazisindəki statusu haqqında dövlətlərarası müqavilə təşkil edir.
  • Ermənistanda Rusiya FTX Sərhəd İdarəsinə dörd sərhəd dəstəsi daxildir – Çümri, Armavir, Artaşat və Meğri. Həmçinin Zvartnos Yerevan Beynəlxalq hava limanındakı ayrıca nəzarət-buraxılış məntəqəsi.
  • Ermənistandakı Rusiya sərhədçilərinin təminatı (onların sayı təxminən 4,5 min nəfərdir) iki dövlətin hökuməti tərəfindən təxminən yarıbayarı təmin edilir.

More on JAMnews