Gürcü bloger Marqo Lesko çox səyahət edir və küçələrdən maraqlı hekayələr "toplayır"" />

Girdə sifətli ispan qadın, Sen-Jermendən Femme fatale və başqaları

Gürcü bloger Marqo Lesko çox səyahət edir və küçələrdən maraqlı hekayələr "toplayır"

Həmişə, hələ uşaqlıqdan insanları müşahidə etməyi sevmişəm. Gizləncə pəncərələrə boylanır, onların həyatlarının epizodlarını “oğurlayır”, sonra da üzərinə özümün uydurduğum hekayələri əlavə edirdim.

Harada olsam tanımadığım adamların söhbətlərinə qulaq kəsilməyi, onların üz ifadələrini, mimikalarını, bədənlərinin dilini müşahidə etməyi, sonra da bütün bunları bir “persona” deyilən məfhumda birləşdirməyi sevmişəm. Bir az da fantaziya əlavə edirəm və “günümün qəhrəmanı” dünyaya gəlir. Əvvəllər gördüklərimi, eşitdiklərimi ancaq yazıya almaqla kifayətlənirdim. Foto çəkməyə başlayanda hekayələrim daha dolğun oldu. Əlimə fotoapparat alıb, insanları çəkməyə başladığım gündən cəmi üç il keçir. Artıq 20 minə yaxın fotoşəklim toplanıb.  

Küçə fotoqrafı ən çətin janrdır. Çox şeyi çatdırmaq – kadrı görmək, rakursu seçmək və çəkmək lazımdır. Həm də yaxalanmamaq barədə də düşünməlisən. Ən əsası da kadr təbiiliyini itirməmək üçün bədahətən alınmalıdır.

Çox səmimi bir qadın idi. Üzündə qırışlar uşaq büküklərinin yerində əmələ gəlmişdi və o, balaca qız kimi də qocalmışdı. Paris kafesinin terassasında oturub, qırmızı çaxır içir və dayanmadan danışırdı  

Küçə fotosu riskdir. Məsuliyyətə cəlb edə bilərlər. Mən əsasən tez-tez baş çəkdiyim Fransada şəkil çəkirəm. Və heç bir yerdə Fransada olduğu qədər ən müxtəlif cür “günün qəhrəmanları” olmur, heç yerdə burdakı kimi “hekayələrə” rast gəlməzsən.

Mən maraqlı olan hər şeyi çəkirəm. Amma məni xüsusilə maraqlandıran bir neçə mövzu var. Detalları çəkməyi sevirəm, çünki əksər vaxtlarda məhz detallar insan haqqında onun bütün obrazından daha çox şey deyir. Məhz detallar daha çox məlumat verir. Bu, ayaqlar və ya  insan dabanının formasını alan və yerişdən, gəzmək manerasından asılı olaraq formasını dəyişən ayaqqabılar ola bilər. Bu, əl hərəkəti və ya üzdə emosiyanın “bir parçası” ola bilər.  

Bu qadını Parisdə, Liona vağzalında çəkmişəm. Üzünə bilərəkdən baxmırdım. Öz-özümə təsəvvür etdim ki, onun ciddi sifəti, uzun burnu və qabağa çıxan çənəsi, böyük alnı və arxaya daranan saçları var. İspandır. Bütün keçmişi ilə birlikdə ispan xanım, hansının ki, bütün   “Historia de un Amor”u üzündə, hər bir dərin qırışında, dodaqlarının uclarında, dodaq boyasının rəngində, sırğalarının uzunluğunda, “duzun” şikəst etdiyi barmaqlarında yazılıb. O, hər hərəkəti bu qadının həyatından bəhs edən keçmiş flamenko rəqqasəsidir.   

Yaşı 50-ni yenicə haqlayan əsl fransız qadını. O, Vanessa Brunodan (son illərdə fransız xanımları arasında ən populyar firma) olan çanta ilə yüngül addımlarla yeriyir və gülümsəyir. Öz dəyərini bilir. Onu uzun müddət müşahidə etdim. Sen Mişel və Sen Jermen küçələrinin kəsişməsində onu gülüməsəyərək qarşısına getdiyi kimsə gözləyirdi. Onu qucaqladı və “hekayə” başladı.

Fransanın adi günlərindən biri. Qəhvə, siqaret, işlərdən, gündəlik qayğılardan qısa azadlıq, adi keçən gün. Sakitlik və sən bunun bir hissəsi, epizodusan.

İkinci ən sevdiyim mövzu arxadan çəkilən portretlərdir. Arxadan şəkli çəkilən insanın necə göründüyünü, üzü görünməyən bu insanın nə hiss etdiyini təsəvvür etmək olar.  

“Petit Palais”də çəkmişəm, uzun müddət təqib etmişəm. O, uzun-uzun və diqqətlə sərginin ekspozisiyasını nəzərdən keçirirdi. Əvvəlcə eynəkdə,sonra da eynəyini çıxarıb, eksponatlara yaxınlaşır və diqqətlə nəzərdən keçirirdi. İncəlik və işvə. Düzdür, saçları tam ağarıb, amma qulağındakı kiçik qırmızı detal onu “ifşa edir” – hələ qocalmayıb.

Bu şəkli də Parisdə çəkmişəm. Rənglərə aldandım, sırğanın forması və bir qədər aşağı uzanan qulaq diqqətimi çəkdi. Mənə tamamilə yad olan dünya və hissələrə baş vururam.

Məni digərlərindən daha çox maraqlandıran üçüncü mövzu yaşlı adamlardır. Üzlərində yaşanan illərin izləri, mimik qırışlar, mənalı gözləri olan insanlar. Bu zaman beynində çox sayda hekayələr yaranır.    

Küçə ilə gedir, baxırsan və ətrafda hamı sanki qeyb olur. Dodaqlarının uclarında güclə görünən təbəssüm deyir ki, qarşında keçmiş “Femme fatale”dır, keçmişində də xeyli sayda “günahları” var.

Çox səmimi bir qadın idi. Üzündə qırışlar uşaq büküklərinin yerində əmələ gəlmişdi və o, balaca qız kimi də qocaldı. Paris kafesinin terassasında oturub, qırmızı çaxır içir və dayanmadan danışır və ətrafda baş verən hər şeyə emosional reaksiya verirdi.

Bu qadını heç vaxt unutmayacam. O, Monparnasdakı “Rotonda” kafesinə girdi və özüylə o qədər enerji gətirdi ki, ancaq onu dinləmək istəyirdin. Mən onun bütün həyatını, uşaqlıqdan bu günənə qədər hər şeyi bilmək istəyirdim. Yəqin ki, onun həyatında hər şey olub – nəfs burulğanı, ümidsizliklər, özü ilə apardığı müharibələr, gündəlik naharlar və hər günorta “Rotonda” kafesində viski və siqaralar.

Dördüncü mövzu sevgidir. Onu həmişə axtarıram və tapıram. Xoşbəxtlik saçan sifətlər görəndə sevinirəm. Bu iki şəkli şərhsiz seçəcəm:  

Facebook Comments

More on JAMnews