Mənə elə gəldi ki, indi yaxınlaşıb, biləyimdən yapışıb, deyəcəklər: “Nədir burada çəkdiyin, dostum?”" />

Georgi Tsaqareli, Tbilisi

Mənə elə gəldi ki, indi yaxınlaşıb, biləyimdən yapışıb, deyəcəklər: “Nədir burada çəkdiyin, dostum?”

Tbilisili fotoqrafın “Mənim sovet keçmişimdən seriyasından üçüncü hekayəsi

Gürcüstanda qeyd olunan son proletar bayramlarından birində işlədiyim gənclər qəzetindən qarşıdan gələn tədbir haqqında reportaj hazırlamaq tapşırığını aldım.

Bizə uşaqlıqdan tanış olan və bizi ancaq uşaqlığımızda sevindirən bütün bu bezdirici bayramlar artıq sıradan bir hadisə kimi qəbul olunurdu. Buna görə də bu çəkilişə heç bir xüsusi həvəsim yoxuydu.

Bununla belə, əvvəlcədən mətbuat üçün buraxılış alandan sonra səhər erkən Respublika meydanında özümə yer tutdum.

Darıxdığımı deyə bilmərəm – qoşunların paradı və zəhmətkeşlərin nümayişi kifayət qədər dinamik hadisədir. Tbilisi qarnizonunun qoşunları keçəndən sonra meydan boşaldı və onun başında zəhmətkeşlərin ilk kolonnası görünməyə başladı. Birdən içimdə nəsə baş verdi. Gördüyümün mənasını sonuna qədər dərk etmədən, amma nəsə yanlış hərəkət etdiyimi anlaya-anlaya meydanın ortasına çıxıb, əllərində böyük hərflər tutan bu balaca insanların şəkillərini çəkməyə başladım, bu hərflər tamamilə real olmayan bir fikri ifadə edirdi.

Hamı artıq çoxdan idi ki, kommunizmin daha heç vaxt qalib gəlməyəcəyini anlayırdı, amma kommunizm şüarlarının icrası tələb olunmasa da, onlar qeyri-ixtiyari olaraq mütləq bir əlavə kimi qəbul olunurdu.

Meydanın ortasında hamının gözü qarşısında durmuşdum ki, birdən qorxudan canıma üşütmə düşdü. Mənə elə gəldi ki, indi yaxınlaşıb, biləyimdən yapışıb, deyəcəklər: “Nədir burada çəkdiyin, dostum? – axı qarşımda ağla sığmaz bir vəziyyətin yarandığı göz qabağında idi.

Amma görünür bu, ancaq mənə belə gəlirdi. Çünki mənə heç kim yaxınlaşmadı.

Mən rahatca çəkilişimi bitirdim, amma bu şəkli ancaq bir neçə ay sonra çap etdirdim, çünki hələ uzun müddət qurtulmağa çalışdığım həmin o daxili sovet senzurası içimə hopmuşdu.

Dərc edilib: 06.07.2016


More on JAMnews