Bunun səbəbi yeddinci çağırış Milli Məclisdə deputatların sayının artması ilə bağlıdır" />

Ermənsitanın yeni parlamenti vergi ödəyicilərinə daha baha başa gələcək

Bunun səbəbi yeddinci çağırış Milli Məclisdə deputatların sayının artması ilə bağlıdır

Ermənistan parlamentinin deputatlarının saxlanılması vergi ödəyicilərinə hər ay buraxılmış parlamentə nisbətən 43 min dollar baha başa gələcək. Bunun səbəbi deputatların sayının artmasındadır.

MM-də neçə deputat var?

Yeddinci çağırış Milli Məclisdə 133 deputat olacaq, halbuki buraxılmış parlament 101 deputatdan ibarət idi.

Deputatın aylıq əməkhaqqı təxminən 1300 dollara bərabərdir ki, hər il dövlət büdcəsindən millət vəkillərinin yalnız maaşlarına 2 milyon 74 min dollar xərclənəcək.

Lakin real xərclər bu məbləğdən çox olacaq, belə ki, deputatlar üçün sürücüsü ilə birlikdə xidməti avtomobillər, köməkçi nəzərdə tutulur. Regionlardan olan deputatlar isə paytaxtda mənzillə də təmin edilirlər.

Ermənistanın yeni hökuməti öz parkının xidməti maşınlarının bir hissəsindən imtina edəcək

Ermənistanda bütün siyasi qüvvələr növbədənkənar parlament seçkilərinin nəticələrini tanıdılar

Kimə maaş veriləcək?

Yeddinci çağırış Milli Məclisdə üç siyasi qüvvə təmsil olunacaq:

  • Nikol Paşinyanın “Mənim addımım” bloku 88 deputat mandatı əldə edib,
  • “Çiçəklənən Ermənistan” partiyasının 25 mandatı var,
  • “Maariflənmiş Ermənistan” partiyasının 18 mandatı var.

Dövlət aparatının optimallaşdırılması zərurəti

Daha öncə baş nazirin vəzifələrini icra edən Nikol Paşinyan dövlət aparatının optimallaşdırılmasının və nazirliklərin sayının azalmasının zəruriliyini bildirmişdi:

«Nazirliklərin sayının ixtisarı üçün bir neçə variant var. Biz bu gün hazırda fəaliyyətdə olan 17 nazirlikdən cəmi 9-11-nin saxlanılması imkanları barədə danışırıq. Bizdə, doğrudan da, kifayət qədər şişirdilmiş idarəetmə sistemi var, buna paralel olaraq həmçinin digər strukturlar da mövcuddur ki, bəzi nazirliklərin və ayrı-ayrı idarələrin həyata keçirdikləri funksiyaların eynisini həyata keçirirlər».

Nazirliklərin sayının ixtisarı və bütün dövlət aparatının optimallaşdırılması, çox yəqin ki, yeni Nazirlər Kabinetinin formalaşdırılmasından sonra baş verəcək. Bu isə o deməkdir ki, minlərlə insan işsiz qala bilər.


More on JAMnews