Ombudsmen aparatının müşahidələrinə görə, nişanlı atəşə məhz insanların toplaşdığı yerlər məruz qalır " />

Ermənistanın sərhədində həyat: ən vacib olanı sığınacaqlar və mühafizə divarlarıdır

Ombudsmen aparatının müşahidələrinə görə, nişanlı atəşə məhz insanların toplaşdığı yerlər məruz qalır

Ermənistan ombudsmeninin ofisi JAMnews-a Azərbaycanla sərhəd kəndlərdə vəziyyətlə bağlı öz hesabatlarını təqdim edib. Onların məqsədini və mahiyyətini ombudsmen ofisinin xarici əlaqələr üzrə departament rəhbəri izah edib. Burada insanların necə yaşaması barədə sərhəd kəndlərindən birinin kənd ağsaqqalı danışıb.

Ermənistan ombudsmeni Arman Tatoyan bu zonada 2017-ci ilin yayında zorakılığın kəskin şəkildə artmasından sonra Ermənistanın sərhəd kəndlərinin problemlərinə müraciət etmək qərarına gəlib. İnsan haqlarının müdafiəsi aparatının nümayəndələri vaxtaşırı olaraq vəziyyəti müşahidə etmək və Azərbaycan tərəfindən atəşin açılması haqda faktları toplamaq üçün Ermənistanın Tavuş rayonunun sərhəd kəndlərinə baş çəkirlər.  

Bu il artıq sayca üçüncü hesabat tərtib olunub. Onların məqsədi daimi təhdid şəraitində yaşayan sərhəd kəndləri sakinlərinin hüquqlarının pozulması haqda hərtərəfli informasiyanı təqdim etməkdir. Hesabatlar Ermənistanda fəaliyyət göstərən yerli və beynəlxalq təşkilatlara, diplomatik missiyalara təqdim olunub.  

O cümlədən oktyabrda Tavuş vilayətinin sərhəd Vazaşen və Barekamavan kəndlərinin atəşə tutulması barədə hesabat tərtib olunub.

Ombudsmen ofisinin xarici əlaqələr üzrə departament rəhbəri Mikael Xaçatryan deyir: “Barekamavan kəndi ilə qonşuluqda başlayan yanğına xüsusi diqqət yetirilib. Yerli sakinlər və yaxın yaşayış məskənlərinin rəhbərliyi ilə söhbət etmişik. Onların sözlərinə görə, otlaqlara yanğın Azərbaycan tərəfindən yayılıb.

Həm də məktəb binasında nişanlı atışmanın izləri aşkar edilib. Əksər uşaqlar məktəbə getmir, çünki oradan sağ qayıtmaya da bilərlər. Bir çox hallarda valideynlər məktəbin təhlükəli zonada yerləşməsi səbəbindən övladlarını məktəbə göndərməkdən imtina edir”.  

Ermənistanla Azərbaycan arasındakı sərhəddə növbəti gərginləşmə müşahidə olunan kimi burada normal həyat ritmi dərhal pozulur.  

Dağlıq Qarabağ münaqişəsinin tanınmamış dövlətin hüdudlarından çox kənara çıxdığını anlamaq üçün bu yerlərdə bircə dəfə olmaq kifayət edir. Münaqişənin fəsadlarını həm Ermənistan, həm də Azərbaycan tərəfindən sərhəd kəndlərdə yaşayan insanlar hiss edir.  

“Burada atışma artıq çoxdandır ki, yenilik və ya təəccüblü hal deyil. Bu, adi haldır, sadəcə bu il Azərbaycan tərəfindən daha çox atəş açıblar. Kəndimizin məktəbi atəşə tutulur, uşaqlar təbii ki, məktəbə gedir, amma təhlükə həmişə var. Bütün uşaqlar necə hərəkət edəcəyini bilir: atışma səsləri eşidilən kimi onlar nizamlı qaydada daha təhlükəsiz otaqlara keçirlər”, – Vazaşen kəndinin başçısı Lorik Badiryan deyir.

Atışmaya görə təkcə tədris prosesi pozulmur.

“Bir çox kəndlilərin torpaq sahələri qarşı tərəfdən ovcunun içi kimi görünür. Yəni onlar təhlükə zonasındadırlar və məhsul yığımı orada xeyli çətinləşir”, – ombudsmen ofisinin əməkdaşı Mikael Xaçatryan deyir.

Onun sözlərini Vazaşen icma başçısı da təsdiqləyir: “Bir çox kəndlilərimizin torpaq sahələri fəal atışma zonasındadırlar. Çoxları artıq bağbanlığın nə demək olduğunu unudublar. Buna görə də məhsul yığımından danışmaq heç də həmişə alınmır, həyat daha dəyərlidir. Ancaq Azərbaycan tərəfində də məhsul yığımı başlanan zaman biz də öz sahələrimizə yaxın dura bilirik”.

“Bu, azərbaycanlıların atəş açmaması üçün bir vasitədir, çünki onların da torpaq sahələri Ermənistan silahlı qüvvələrinin məhv edə bildiyi zonada yerləşirlər”, – Mikael Xaçatryan izah edir.

Ombudsmen aparatında öz müşahidələrinin nəticələrini beynəlxalq təşkilatlara çatdırmaq çox vacib sayılır:

“Monitorinqin nəticələri ümumi əlverişliliyi olan xəritədə lokallaşdırılıb. Görüntünün keyfiyyətini yaxşılaşdırmaq üçün Google Earth proqramının köməyilə müvafiq markirovkalar edilib, burada da sentyabrda Azərbaycan SQ tərəfindən atəşə məruz qalan dinc yaşayış məntəqələri, həm də evlər və tikililər göstərilib. Faktların yığılması üzrə prosesə ombudsmen həm də ictimai sektor və media nümayəndələrini cəlb edir”.

Hesabatı Danimarkadakı İnsan Haqlarının Mühafizəsi üzrə İnstituta, Beynəlxalq Ombudsmenlər Şəbəkəsinə, xarici dövlətlərin diplomatik qurumlarına göndərmişik. Beynəlxalq Ombudsmenlər Şəbəkəsi insan haqlarının müdafiəsi nöqteyi-nəzərindən lazımi və vacib informasiyanın yayılması üçün yaxşı meydandır. O, lazım olarsa həm də konkret hadisələrə reaksiya verə bilər”, – Xaçatryan deyir.  

Ombudsmen aparatı beynəlxalq ictimaiyyətin diqqətini sərhəd kəndləri sakinlərinin problemlərinə çəkərək, atışmanın azalacağı və ya tamamilə kəsiləcəyinə ümid bağlamır. Bununla belə, bu hesabatlar hüquqi sənədlərdir, onlarda faktlar əsasında real mənzərə göstərilir.

“Ombudsmen ofisi bu mənada neytral qurumdur, buna görə də onun təqdim etdiyi faktlar və sənədlər əsaslı sübutlardır. Qeydə aldığımız faktlar isə onu göstərir ki, nişanlı atəşə məhz insanların toplaşdığı yerlər məruz qalır. Gecələr adətən evlər, gündüzlər isə məktəblər və uşaq bağçaları nişan alınır”, – Mikael Xaçatryan izah edir.

Onun sözlərinə görə, uşaqların məktəblərdə və uşaq bağçalarında mühafizəsi üçün müəyyən tədbirlər görülüb: onlar mühafizə divarları ilə qorunur. Amma bu, kifayət etmir: “Biz real tələbatları qiymətləndirərək, mühafizə divarını artırmaq təklifi ilə çıxış etdik ki, valideynlər elementar olaraq övladlarını məktəbə göndərməyə qorxmasınlar. Biz həm də sığınacaqları təmir etməyi təklif etdik”.

Sığınacaq və mühafizə divarları ilə bağlı olan humanitar məsələlərlə beynəlxalq təşkilatlardan Beynəlxalq Qırmızı Xaç Komitəsi məşğul olur. Artıq təşkilatdan müsbət cavab alınıb, BQXK gələn illə bağlı planlarında insanlar haqları üzrə müvəkkilin yerli əhalinin ehtiyacları ilə bağlı təkliflərini nəzərə alacaq.  Digər detalları Mikael Xaçatryan onların konfidensiallığı və humanitar problemlərin siyasiləşdirilməsinə yol verməmək üçün açıqlaya bilməyib.  

Ombudsmenin hesabatlarında həm də kənd sakinlərinin maddi itkiləri qeydə alınıb.

“Evlər, avtomobillər və s. zərər çəkib. Bütün bunlar sənədləşdirilib. Amma insanların maddi itkilərinə görə kompensasiyanın verilməsi və ya onların bərpa edilməsi mexanizmlərinin olub-olmaması ilə bağlı nəsə deməyə çətinlik çəkirəm. Bir çox başqa ölkələrdə sığortalama mexanizmləri var və bu, mümkündür, bizdə isə elə şeylər yoxdur”, – Mikael Xaçatryan deyib.


More on JAMnews