Keçmiş dövlət başçısı inqilab lideri Nikol Paşinyanla qonşuluqda yaşadığı hökumət iqamətgahını tərk edərək, kəndə yerləşib" />

Ermənistanın eks-prezidenti Serj Sarqsyan artıq onu istefaya məcbur edən şəxslə qonşuluqda yaşamayacaq

Keçmiş dövlət başçısı inqilab lideri Nikol Paşinyanla qonşuluqda yaşadığı hökumət iqamətgahını tərk edərək, kəndə yerləşib

Ermənistanın eks-prezidenti Serj Sarqsyan istefadan sonra da yaşamağa davam etdiyi hökumət iqamətgahını tərk edəcək.  Sarqsyan bu ilin aprelində müxalif siyasətçi Nikol Paşinyanın hakimiyyət dəyişikliyi tələbini dəstəkləyən on minlərlə Ermənistan sakininin təzyiqi ilə istefa verib. Bütün bu müddətdə Sarqsyanın ailəsi inqilabdan sonra baş nazir olan Nikol Paşinyanın ailəsinin məskunlaşdığı hökumət evinin qonşuluğunda yaşayırdı.

Sarqsyan hara köçüb?

Serj Sarqsyan Dzoraxbür kəndinə köçüb. Bu kənd Yerevanın bir neçə kilometrliyində, Kotayk vilayətində yerləşir. Ermənistan mediasının məlumatına görə, orada Sarqsyanın kürəkəni Mikael Minasyanın bağı var. Dzoraxbür Ermənistanda elit bağlar kəndi kimi tanınır.

Nikol Paşinyan haqda.  Müxalifətçi Ermənistanda necə baş nazir oldu

100 gün hakimiyyətdə – Nikol Paşinyanın meydanda xalq qarşısında hesabatı

Tanınmış aktyor Yerevan meri oldu. O, yerevanlılara nə vəd edir?

Sarqsyanın evi ilə bağlı epopeya

Serj Sarqsyanın yaşayış yeri ilə bağlı hekayə hələ inqilabdan əvvəl başlamışdı. Keçmiş baş nazir Karen Karapetyanın hökuməti bu ilin martında eks-prezident Serj Sarqsyanın indiyə qədər yaşadığı iqamətgahı ona vermək qərarına gəldi.

Amma Serj Sarqsyan payına düşən yaşayış yerindən imtina etdi. O, bu zaman artıq baş nazir statusunda idi, yəni hələ də hakimiyyətdə qalmaqdaydı. O vaxt Sarqsyan bəyan etdi ki, dövlət başçısı səlahiyyətləri sona çatandan sonra bu haqqından yararlanacaq. Amma apreldə artıq istefa verməli oldu.

Məxməri inqilabdan sonra seçilən baş nazir Nikol Paşinyan bəyan etdi ki, Ermənistanın üçüncü prezidenti kimi Serj Sarqsyana yaşayış yeri bir ay ərzində təqdim olunmalıdır. Amma bu bəyanatdan sonra Ermənistan mediası Serj Sarqsyanın bütün təklif olunan variantlardan imtina etdiyi haqda məlumat yaydı.

Sosial şəbəkələrdə reaksiya

Sosial şəbəkə istifadəçilərinin əksəriyyəti Serj Sarqsyanın kəndə köçməyini yumorla qarşılayıb. Facebook-da yazılanlardan bəzi nümunələr:

“İndi kimsə siyasəti atıb, kənd təsərrüfatı ilə məşğul olacaq”.

“Yazığın öz bağı da yoxdur, kürəkəninin bağında yaşayacaq. İşə bax, bütün ölkəni talayıb, amma özünə bir ev tikməyib”.


More on JAMnews