«Heç bir tədbir görülməsə, 5 ildən sonra, BMT-nin proqnozlarına əsasən, bütün ölkə üzrə ölüm hallarının sayı doğulma sayını üztələyəcək»" />

Ermənistanda demoqrafik böhranın səbəbləri və mümkün çıxış yolları

«Heç bir tədbir görülməsə, 5 ildən sonra, BMT-nin proqnozlarına əsasən, bütün ölkə üzrə ölüm hallarının sayı doğulma sayını üztələyəcək»

Армения, рождаемость, депопуляция, смертность, выход, ելք, դեպոպուկյացիա, մահացություն, ծնելիություն, Հայաստան

Problemin həllinə ayrılmış 5 il

Ermənistan demoqrafik böhran səviyyəsinə çatıb və tədricən depopulyasiyaya, başqa sözlə, ölüm hallarının sayının doğulma sayını üstələyəcəyi mərhələyə yaxınlaşır.

«Bu il tarixdə ilk dəfə Lori vilayətində depopulyasiya qeydə alınıb – ölüm hallarının sayı doğum hallarının sayından 90 vahid çox olub, — BMT-nin Əhali Fondunun Ermənistandakı icraçı nümayəndəsi Tsovinar Harutyunan deyir. – Respublika səviyyəsində biz hələlik depopulyasiya mərhələsinə qədəm qoymamışıq, lakin heç bir tədbir görülməsə, dörd-beş ildən sonra, BMT-nin proqnozlarına əsasən, ölüm hallarının sayı bütün ölkə üzrə doğulma sayını üstələyəcək».

Ermənistanda tənha analar: ənənələri pozmağa cürət etmiş qadınlar

Ermənistanda ilk uşağa görə verilən müavinət 6 dəfə artırılır

Bu, ekspertlərin fikrincə, hazırda 1990-cı illərdə anadan olmuş nəslin evlənmə yaşına çatması ilə əlaqədardır. Həmin illər Ermənistanın ən yeni tarixində çox ağır dövr olub. Müharibə gedirdi, ölkə blokada şəraitində idi, iqtisadi böhran vardı. Belə vəziyyətdə çox az adam övlad dünyaya gətirməyi özünə rəva görürdü.

Müvafiq olaraq, 90-cı illərin nəsli 1980-ci illərdə anadan olanlara nisbətən 40 faiz azdır. Bu isə nikahların sayında və hazırda doğuş sayında öz əksini tapmaya bilməz. Ələlxüsus da, 1990-cı illərin nəslinin 20-25 faizinin Ermənistandan köçüb getməsi nəzərə alınarsa.

Ölkəni təhdid edən depopulyasiyanın başqa səbəbi odur ki, gənc kişilər evlənmək və ailəyə görə məsuliyyəti öz üzərlərinə götürmək istəmirlər.

Eyni zamanda, 20-40 yaşı olanlar arasında demoqrafik balans pozulub – ölkədə 60 min kişi çatışmır. Əsas səbəb emiqrasiyadır.

urgen Maqakyanın 33 yaşı var. O, hələ məktəbli ikən ailəsi ilə birlikdə Ermənistandan köçüb gedib. Moskvada yaşayır və hələ evli deyil.

«Ermənistanda sosial-iqtisadi vəziyyət ağırdır. Düşünmürəm ki, mən yaşamaq üçün vətənə qayıdacağam. Burada mən daha asan qazanıram, lakin ümid edirəm ki, heç olmasa erməni qızla evlənəcəyəm. Qardaşım artıq rus qızla evlənib», — o deyir.

Əmək və sosial məsələlər nazirliyinin demoqrafiya şöbəsinin rəisi Artak Markosyan hesab edir ki, emiqrasiya Ermənistanın üzərində ağır iz qoyub, belə ki, ölkəni reproduktiv yaşda olan insanlar tərk edib:

«1992-2002-ci illərdə bizdə doğuş hallarının azalması göstəricisi 60 faiz təşkil edib. Yeri gəlmişkən, bu, postsovet ölkələrində ən yüksək göstərici idi. 10 il ərzində doğumların sayı 70 mindən 32 minə qədər azalmışdı. Emiqrasiya və demoqrafik strategiyanın yoxluğu 27 il ərzində vəziyyəti ağırlaşdırıb».

А 

nahit Marqaryanın 58 yaşı var, o toxucudur. Bildirir ki, oğlunun 31, qızının isə 36 yaşı var, lakin onlar ailə qurmağa hazırlaşmırlar:

«Oğlum deyir ki, onun maaşı ilə ailə saxlamaq, uşaq böyütmək mümkün deyil. Gəncləri ölkədəki iqtisadi vəziyyət narahat edir. Qızım təhsil alıb, işləyir, lakin özünə ər tapa bilmir. Mən isə nəvə arzulayıram».

Statistika komitəsinin məlumatına görə, Ermənistanın daimi əhalisinin sayı 2019-cu ilin yanvar ayının 1-nə iki milyon 965 min nəfər təşkil edir. Ötən illə müqayisədə bu göstərici 7600 nəfər azalıb.

 

• 2018-ci ildə Ermənistanda 36 502;

• 2017-ci ildə —  37 700;

• 2016-cı ildə — 40 592 uşaq anadan olub.

 

Məcmu doğuş əmsalı:

• 2019-cu ildə 1,6,

• 1994-cü ildə – 2,2,

• 1969-cu ildə – 3,3 təşkil edib.

 

Maliyyə dəstəyi yalnız müvəqqəti olaraq doğulma sayını artıracaq

Uzun illər ərzində Ermənistan hökuməti demoqrafik vəziyyətin yaxşılaşdırılmasına vəsait ayırmayıb. Doğuşdan sonra analara üç min dram (təxminən 6 dollar) müavinət verilirdi.

Doğum sayının stimullaşdırılmasının zəruriliyi barədə hökumətdə 2010-cu ildən sonra düşünməyə başladılar.

2013-cü ildən başlayaraq dövlər büdcəsindən ödənilməyə başladı

 

• 50 min dram [təxminən $100] – birinci və ikinci uşaq anadan olarkən;

• hərəsinə 1 milyon dram [təxminən $2060] – üçüncü və dördüncü uşağa görə;

• 1,5 milyon dram [təxminən $3090] – beşinci və hər bir daha sonrakı uşağa görə.

 

Bundan başqa, işləyən analara iki il ərzində uşağa qulluq üzrə aylıq müavinət verilməyə başladı və bu da nəhayət ki, üç mindən 18 min drama [təxminən $37] qədər qaldırıldı. 2016-cı ildən isə müavinət işləməyən analara da verilməyə başladı – 126 600 dram [təxminən $485] həcmində birdəfəlik ödəniş şəklində.

Lakin son illərin göstəricilərinin analizi göstərir ki, bu tədbirlər vəziyyətin dəyişdirilməsi üçün kifayət deyildi.

ilit Petrosyan informasiya texnologiyaları sahəsində gənc və uğurlu mütəxəssisdir. O deyir:

«Mən 300 min dram [təxminən $620] həcmində maaşımdan imtina edərək, evdə otura bilmərəm. Ərim üçün çox çətin olacaq. Yalnız onun əməkhaqqına yaşaya bilmərik. Uşaq hələ ki, çox balacadır, lakin mən iki aydan sonra işə çıxacağam, ola bilsin ki, anam uşağa baxacaq, bilmirəm. Belə olduğu üçün artıq ikinci uşaq haqqında düşünmürsən».

BMT-nin Əhali Fondunun icraçı nümayəndəsi Tsovinar Harutyunyan hesab edir ki, Ermənistanda problem onda deyil ki, insanlar üçüncü və ya dördüncü uşağın anadan olması barədə düşünmürlər, problem onların ailə qurmaq istəməməsindədir. Gənclər arasında işsizlik səviyyəsi yüksəkdir və az adam nikah bağlamağa qərar verir. Erməni ənənələrinə görə isə, əvvəlcə gərək ailə qurasan ki, sonra uşağın olsun. O ki qaldı uşaqların sayına, Tsovinar Harutyunyan deyir:

«Bizim tədqiqatlarımız göstərir ki, bir çoxları üç uşağının olmasını istəyir, lakin bir, yaxud iki uşaqları var. Dövlətdən olan gözləntilər arasında adətən mənzil şəraitinin yaxşılaşdırılması, yetərli əməkhaqqı ilə iş yerlərinin sayının atrması göstərilir, üçüncü yeri isə ailə ilə karyeranın bir yerdə uyğunlaşdırılması tutur».

Erməni ənənələrinə görə, qadın həmişə evdə olan hər şeyə görə cavabdeh olub, kişi isə evdən xaricdə olan şeylərə görə – bunu BMT-nin Əhali Fondunun kommunikasiyalar üzrə məsul əməkdaşı Mger Manukyan deyir. Lakin bu model çoxdandır ki, yolverilməzdir:

«İnsanların mənzili yoxdur, ipoteka götürmələri, bu məbləğləri ödəmələri, yaşamaqları, uşaqlarının olması, onun saxlanması və növbəti uşaq haqqında düşünmələri lazımdır. Bu, ağır yükdür və heç də hamı bu sosial yükü cəsarətlə və qorxmadan öz üzərinə götürmür. Biz imkan daxilində onu yüngülləşdirməliyik».

arek Martirosyan mühasibdir, 30 yaşı var. O, ailəsi ilə birlikdə Yerevanda kirayə mənzildə yaşayır. Deyir ki, oğlunun üç yaşı var və o, uşaq bağçasına gedir ki, həyat yoldaşı işləyə bilsin:

«Biz ata evindən çıxdıq, orada qardaşım ailəsi ilə birlikdə valideynlərimlə qaldı. Bir otaqlı mənzilə görə biz 70 min dram [təxminən $144] ödəyirik. Yaxşıdır ki, oğlum böyüdü və həyat yoldaşım işə çıxdı. Bu cür şəraitdə ikinci uşaq barədə necə düşünə bilərik? Evimiz yoxdur, maaşlar çox deyil və biz ipoteka krediti ilə mənzil ala bilmirik – borcu ödəmək mümkün olmaz. Amma daha iki uşağımızın olmasını arzulayırıq».

Beynəlxalq təcrübə Ermənistan üçün nümunədir

BMT-nin Ermənistan ofisinin Əhali Fondu beynəlxalq təcrübəni öyrənir və mütəmadi olaraq Ermənistan hökumətinə başqa ölkələrdə demoqrafik problemlərin necə həll olunduğu haqqında məlumat təqdim edir.

«Niderland, Avstriya, İngiltərə anlayıblar ki, evi dolandıran iki nəfər modelindən bir nəfər modelinə keçmək çox çətindir. Onlar “evi dolandıran bir yarım modeli”ni seçiblər: kişi tam gün işləyir, qadın isə yarım iş günü. Qadınlara doğuşdan sonra əmək bazarına qayıtmaq imkanı veriləndən sonra bir çoxları qayıtdı, lakin yarım gün işləməklə. Bu yolla onlar artıq ailə və uşağa qulluq məsələlərini həll edə bilirdilər və karyeralarından da vaz keçmirdilər. Ermənistanda da qadınlar üçün dekret məzuniyyəti modelinə yenidən baxmaq lazımdır», — Tsovinar Harutyunyan deyir.

BMT-nin “Əhali və inkişaf” layihəsinin koordinatoru Anna Ohanesyan danışır:

«Bir sıra ölkələrdə məcmu doğulma əmsalını hazırda Ermənistanda olduğu kimi 1,5-dən az qala adi reproduktiv səviyyəyə qədər, yəni demək olar ki, ikiyə qədər qaldıra biliblər. Bu ölkələrdə demoqrafik layihələrə ÜDM-in xərcləri iki və üç dəfə artırılmışdı».

Ən yüksək səviyyəni İsveçdə və Fransada təmin edə biliblər. Ələlxüsus, İsveçdə bunu ona görə edə biliblər ki, qadınların qarşısında ailə, yoxsa karyera sualı artıq durmur. Bunun üçün birgə valideyn məzuniyyəti kimi son dərəcə cəlbedici model yaradılıb.

«Ataları ailəyə qaytarmağa cəhd ediblər və indi onlar ev işlərini və valideyn qayğılarını bölüşdürürlər. Cütlüyə 480 gün dekret məzuniyyəti verilir, bundan 90 gün – hər birinə, yerdə qalan 300 günü isə valideynlər öz aralarında bölə bilərlər. 30 gün ərzində onlar birlikdə dincələ bilərlər.

İlk 300 gün ərzində dövlət 110 dollara ekvivalent məbləği ödəyir. Sonra maliyyə dəstəyi azalır. Dekret məzuniyyətinin optimal uzunluğu altı aydır və valideynlər öz maaşlarının heç olmasa 60-70 faizini almalıdırlar. Bu cür model həm atalar, həm də analar üçün cəlbedici olacaq», — ekspert hesab edir.

Bu il Ermənistanda dekret məzuniyyətində olan qadınların sayı 12 500 nəfər təşkil edib.

 

2018-ci ildə işləyən anaların 140 günlük ödənilən məzuniyyətinin təmin edilməsi və işləməyənlər üçün birdəfəlik müavinətin verilməsi üçün dövlət büdcəsindən 10 milyard 163 milyon dram [təxminən $21 mln.] vəsait ayrılıb.

 

1 yanvar 2019-cu il tarixinə olan məlumatlara əsasən, ailələrin təmin olunmamasının qiymətləndirilməsi sistemində 6004 ailə qeydiyyatdan keçib ki, bunlarda dörd və daha çox uşaq var. Həmin ailələrdə təxminən 27 min uşaq yaşayır.

Ermənistan qanunvericiliyi imkan verir mki, atalar da uşağa qulluq üzrə məzuniyyət götürsünlər, lakin Ermənistanda onu anaların götürməsinə üstünlük verilir.

«Doğuş hallarının yüksəlməsinə nail olunmuş bütün dünya üzrə atalar uşaqlara qulluq və onların tərbiyəsi prosesinə fəal şəkildə cəlb edilmişdilər ki, bu da analara işə qayıtmağa imkan yaradıb», — Anna Ohanesyan deyir.

Ermənistanda hər iki valideyn əmək bazarına çıxır və iş yükünü bölüşdürürlər. Lakin qadın “ev” yükünü də daşımaqda davam edir – məişət qayğıları, uşaqlara qulluq.

«Avropa ölkələrinin təcrübəsi göstərir ki, bu yük qadının üzərindən qismən götürüldükdə və kişinin üzərinə qoyulduqda, bu, qadınların növbəti uşağı dünyaya gətirməsi üçün əlavə stimula çevrilir. Bilmirəm, Ermənistanda hansısa qanunverici təşəbbüs kömək edəcəkmi, çünki bizdə hazırda da ataların dekret məzuniyyəti götürməsinə imkan var. Əgər mental olaraq nəsə dəyişəcəksə, bu, həqiqətən də kömək olacaq», — BMT-nin Əhali Fondunun kommunikasiyalar üzrə məsul əməkdaşı Mger Manukyan deyir.

İndi hökumətdə demoqrafik vəziyyətin yaxşılaşdırılması üzrə şura yaradılıb.

«Proses gedir, biz hökumətə yeni həllər və addımlar təklif edirik. Demoqrafik siyasətə tam paket daxil edilməlidir – insanlara iqtisadi və qanunverici stimullar təklif olunmalı, həmçinin ciddi təşviqat işi aparılmalıdır», — Əmək və Sosial Məsələlər Nazirliyinin demoqrafiya şöbəsinin rəisi Artak Markosyan deyir.


More on JAMnews