Bu il abituriyentlərin sayı universitetlər tərəfindən təklif olunan yerlərdən iki dəfə az oldu. Abituriyent azlığı nəylə bağlıdır və bu müvəqqəti hadisədirmi? " />

Ermənistanda ali məktəblər – dalanda

Bu il abituriyentlərin sayı universitetlər tərəfindən təklif olunan yerlərdən iki dəfə az oldu. Abituriyent azlığı nəylə bağlıdır və bu müvəqqəti hadisədirmi?

Foto: Lyusi Sarqsyan, JAMnews

Yeni dərs ili başlayır və 8266 nəfər birinci kurs tələbəsi Ermənistanın ali təhsil müəssisələrinin auditoriyalarına daxil olacaq. Amma bu il ali təhsil sistemində analizə ehtiyacı olan bəzi proseslər baş verdi.  

Vakant yerlər

Bu il ali təhsil ocaqları 20 min pullu və pulsuz yer təklif edirdi, amma yerlərin yarısından çoxu – 11 375 və ya 56% yer boş qaldı.

Bu il 9 737 abituriyent varıydı, yəni keçən illə müqayisədə 1 500 nəfər az. Yerevan dövlət tibb universitetindən başqa demək olar ki, bütün başqa universitetlərin fakültələrində boş yerlər qaldı.

Ali təhsil müəsissələri Fakültə/bölmə Ayrılmış yerlər Vakant yerlər
YDU İqtisadiyyat 130 80
İngilis dili 135 52
İspan dili 40 36
Alman dili 40 33
Sosiologiya 40 35
Fizika 50 47
Kimya 26 24
Rus dili və ədəbiyyatı 40 40
İlahiyyat 25 25
V.Y Bryusov adına Yerevan dövlət dillər və sosial elmlər universiteti  
Linqvistika və italyan dili 29 29
Mədəniyyətlərarası kommunikasiyalar, rus dili 20 20
Pedaqogika, alman dili

 

49 49
Jurnalistika 34 34

Ermənistan Dövlət Pedaqoji Universiteti sadəcə iki tələbə qəbul edib –  gələcək şahmat müəllimlərini, halbuki bu fənn tədris proqramına daxildir. Burada xarici dil və təbiət elmlərini öyrənmək istəyən heç kim tapılmadı.

Ermənistan hökuməti ətraf mühitin qorunması üçün həll yolları və konsepsiyalar qəbul edir, amma Yerevan Dövlət Politexnik Universitetinin müvafiq fakültəsində təhsil almaq istəyən sadəcə bir tələbə olub.  

Belə çıxır ki, ali təhsil müəssisələri bazarı araşdırmayıb, demoqrafik vəziyyəti, gənclərin marağını öyrənməyib və fakültələrə ayrılan yerləri havadan müəyyən edib.  

Abituriyentlərin sayının azalma səbəbi

Abituriyentlərin sayının azalmasının bir sıra səbəbi var:

  • 2006-cı ildə Ermənistan hökuməti 11 illik təhsil sistemini ləğv etmədən 12 illik təhsil sisteminə keçdi. Valideynlərin seçim imkanı var idi, və çoxları 11 illik təhsili seçdi. Müvafiq olaraq 11 il təhsil alan  30 min şagird bu il  məktəbi bitirdi, gələn il 12 il oxumalı olan 15 min şagird məktəbi bitirəcək.
  • Dövlət Statistika Xidmətinin məlumatına görə, son iki il ərzində Ermənistandan birdəfəlik 11 min məktəbli çıxıb.
  • Hərbi çağırış 18 yaşında olduğuna görə çoxları xidmətdən öncə ali məktəbə qəbul olmağı mənasız hesab edir, xidmətdən sonra isə təhsil ikinci plana keçir.
  • Sosial problemlərə görə təhsil haqqını ödəmək çətinləşib.
  • Xarici ali təhsil müəssisələrində Ermənistandan olan tələbələrin sayında artım müşahidə olunur.
  • Abituriyentlər ixtisasları üzrə iş tapacaqlarına əmin deyillər.
  • Ermənistan diplomları heç də bütün ölkələrdə qüvvədə deyil, bir çox tələbələr isə gələcəkdə xaricdə təhsillərini davam etdirmək və ya işləmək istəyir.

Bir-birinin üstünə yığılan bu və ya digər səbəblər abituriyentlərin sayının azalmasına gətirib çıxarıb. Elm və təhsil naziri Levon Mkrtçyan deyir: “Gələn il vəziyyət daha da pis, abituriyentlər isə daha az olacaq. Bizim universitetlər üçün ağır dönəm başlayacaq, çünki onlar iş yerlərini saxlamaq və ayaqda qalmaq yollarını axtarmağa məcbur olacaqlar”.  

Populyar ixtisaslar

Erməni abituriyentlərinin bu il universitetlərə qəbulda  geniş imkanları var idi, çünki təklif tələbi xeyli üstələyirdi.

Ən populyar universitet əvvəlki kimi Yerevan Dövlət Universiteti qalırdı, onun bəzi fakültələrində ənənəvi olaraq böyük müsabiqə müşahidə olunurdu. Bu səbəbdən də bu il hüquq fakültəsi, bundan başqa da jurnalistika və iqtisadiyyat fakültələri keçən ilə nisbətdə 10 tələbə daha çox götürməyi nəzərdə tutmuşdu.   

Amma bu il ən populyar fakültələrdə belə abituriyentlərin sayı az idi. O cümlədən,

Hüquq fakültəsində 3 dəfə (325-dən 102-yə ),

Jurnalistika fakültəsində 1,5 dəfə (114-dən 76-ya),

İqtisadiyyat fakültəsində 2,5 dəfə (162-dən 64-ə).

Son üç ilin məlumatları aşağıdakı cədvəldə:

YDU-da populyar fakültələr 2017-18 tədris ili 2016-17 tədris ili 2015-16 tədris ili
 

Yerlər

 

Abituriyentlərin sayı Yerlər Abituriyentlərin sayı Yerlər  

Abituriyentlərin sayı

 

Hüquq 140 227 130 258 130 325
Beynəlxalq münasibətlər 142 132 140 89 130 124
İnformatika və tətbiqi riyaziyyat 207 267 192 264 192 229
Jurnalistika 75 76 65 88 65 114
İqtisadiyyat 133 64 123 114 180 162
Erməni dili və ədəbiyyatı 136 102 133 174 133 144

Son illər Ermənistanda hüquqşünaslara və iqtisadçılara böyük önəm verirdilər, və hər il dövlət və özəl universitetləri bu ixtisaslar üzrə minlərlə mütəxəssis buraxırdı. Ancaq onların çoxu artıq universitetlərə qəbul olunarkən işsiz qalmağa məhkum idilər. Sadəcə əmək bazarı hər il bu sayda hüquqşünas və iqtisadçı qəbul etmək iqtidarında deyil. Buna görə də bu ixtisaslara tələbat tədricən azalır.  

Əvvəllər tələbat böyük olan ixtisaslara marağın azalması keçid ballarından da görünür. “Beynəlxalq əlaqələr”, “İqtisadiyyat və menecment”, “Hüquq” və s. fakültələrin ödənişli yerlərinə keçid balları ortalama 5-10 bal aşağı düşüb.

15, 25 balla YDU-nin riyaziyyat və mexanika fakültəsinə daxil olmaq mümkün idi.  Yerevan Dövlət İqtisad Universitetinin turizm fakültəsinə daxil olmaq üçün 16 bal kifayət edirdi. 15,75 bal Ermənistan Dövlət Pedaqoji Universitetinə daxil olub, ingilis dili müəllimi olmaq üçün kifayət edirdi.  

Keçid balı ancaq Borisov adına Yerevan Dövlət Dillər və Sosial Elmlər Universitetində yüksəlib. “Tərcümə işi” ixtisası üzrə çin və fransız bölmələrində aşağı keçid balı müvafiq olaraq 16 və 10 bal artıb. Bu zaman xarici dillər arasında abituriyentləri cəlb edən məhz bu iki dil olub.  

Populyar olmayan ixtisaslar

Bütün universitetlərdə “ölən” fakültələr yarandı. Aşağıda YDU-nun bu cür üç fakültəsinin məlumat cədvəlini göstəririk.

Universitet Fakültə Yerlərin sayı Abituriyentlərin sayı
YDU Kimya 33 3
Biologiya 53 16
Fizika 77 33

 

Kimya fakültəsinin məzunları dövlətin bu sahəyə münasibətini nəzərə alsaq, iş tapmağa ümid etmirlər. Kimya sənayesinin nəhəngləri “Vanadzorskiy ximprom” və “Nairit” müflis olur və minlərlə işçini işsiz qoyur. Onda kimyaçı hazırlamaq və bu ixtisası seçməyin mənası nədir?

Bu il ayrı-ayrı ixtisaslara marağın olmaması ümumilikdə abituriyentlərin sayının az olması ilə izah olunur. Və burada sual yaranır: bu ixtisaslar ümumiyyətlə lazımsız olub yoxsa abituriyentlər çoxalanda yenə də bu ixtisaslara tələb artacaq?

Təhsil haqqı

Ermənistanda universitetlərin maliyyələşdirilməsi əsasən tələbələrin çiynindədir.

Ən yüksək təhsil haqqı Yerevan Dövlət Tibb Universitetinin müalicə işi və stomatologiya fakültələrindədir – 1 milyon dram (təxminən 2 min dollar).

Ən ucuz başa gələn Ermənistan Dövlət Pedaqoji Universitetində təhsil almaqdır. Burada biologiya, kimya, coğrafiya fakültələrində təhsil almaq üçün 260 min dram (təxminən 480 dollar) ödəmək lazımdır.  

Bütün fakültələrində eyni ödəniş haqqı – 400 min dram (835 dollar) olan yeganə universitet Borisov adına Yerevan Dövlət Dillər və Sosial Elmlər Universitetidir.

2017-18-ci illərdə təhsil haqqı artırılmayıb, bu, keçən il baş verib.

Universitet Təhsil haqqının artdığı məbləğ /min dram
Yerevan Dövlət Universiteti $30-70
Milli Memarlıq və İnşaat Universiteti $20-70
Ermənistan Dövlət İqtisad Universiteti $100
Yerevan Dövlət Tibb Universiteti $200
Milli Aqrar Universiteti $20-60

Bununla belə, bahalaşma üçün heç bir əsas yox idi: yeni tədris metodları tətbiq edilməyib, tələbələri ölkə xaricinə təcrübəyə göndərməyiblər, xaricdən müəllimlər dəvət olunmayıb.

Amma heç kim üçün sirr deyil ki, adətən orta səviyyədən aşağı bilikli tələbələr vaxtı-vaxtında təhsil haqqını ödəyib, “mütəxəssis” olurlar.

Bütün yaranan bu vəziyyət və amillər təhsil prosesinə təsir edir və Ermənistan ali təhsil sistemini dalana dirəyir.


More on JAMnews