Burada hər şey başqa yerlərdən baha olsa da, bura gələnlər daha çoxdur. Kimi ləzzətli yemək üçün, kimi əməkdaşları dəstəkləmək üçün gəlir " />

Ermənistanda əlillərin çalışdığı kafedən fotoreportaj

Burada hər şey başqa yerlərdən baha olsa da, bura gələnlər daha çoxdur. Kimi ləzzətli yemək üçün, kimi əməkdaşları dəstəkləmək üçün gəlir

Ermənistanın ikinci şəhəri Gümridə mərkəzi meydanın yaxınlığında artıq 7 aydır ki, “Areqak” (“Günəş”) adlanan kafe fəaliyyət göstərir. Kafenin nəzdində çörəkxana da var.

Burada əlillər – Daun sindromlu və autizmli, eşitmə və hərəki aparatında problem olan insanlar çalışır. Onlar müxtəlif növ çörək, bulka, kruassan, sendviç, bir də müxtəlif növ qəhvə hazırlayırlar və müştəriləri qonaq edirlər.

Onlarla birlikdə əlil övladı olan dörd ana da şalışır.

Yalnız qadınlar üçün – Ermənistanda başladılan “sosial biznes”

Hollandiyalılar Ermənistanda –  onları burada nə cəlb edir?

Biznesi hakimiyyətdən ayırmaq – yeni Ermənistan hökumətinin ilk addımları 

Ermənistan prezidenti Armen Sargsyan

Ermənistanda çoxları “Areqak” inklüziv kafesi haqda xəbərdardır. Buraya çox sayda sadə və tanınmış insan, müxtəlif ölkə səfirləri qəhvə içmək üçün gəlir. Kimi haqqında eşitdiyi belə bir kafenin mövcudluğuna əmin olmaq üçün, kimi yardım etmək, kimi də sadəcə tərifini tanışlarından eşitdiyi menünü sınaqdan keçirməkdən ötrü.

Avropa İttifaqının Ermənistandakı nümayəndə heyətinin rəhbəri, səfir Pyotr Svitalski “Areqak” kafesində

Kafe əməkdaşları özləri və dostları haqda

Daun sindromlu Mikael çörəkçinin yardımçısıdır. Ulduz olması, hamının onunla şəkil çəkdirmək istəməsi ilə öyünür, əmindir ki, yaxın zamanda imza da istəyəcəklər.

Onun 22 yaşı var. Uzun müddət harasa işə düzəlmək arzusunda olub. Xəyalı gerçək olsun deyə biləyinə qırmızı sap bağlayıb. İşə yaradığı üçün indi də yeni sap bağlayıb – başqa arzusunun həyata keçməsi üçün. İndi o, ailə qurmaq istəyir:

“Ailəm olanda uşağımı bura gətirəcəm. Uşağım olduğu üçün, ata olduğuma görə məni təbrik edəcəklər. Sonra isə uşaq böyüyəcək, mən ona çörək bişirməyi öyrədəcəm”.

Barmen köməkçisi Hovannes də Daun sindromludur. Kafeyə gəldiyimiz gün o, çox həyəcanlı idi. Dostlarının sözlərinə görə, adətən Hovannes gülərüzlüdür, amma hər ay maaş cədvəlinə qol çəkib pulunu alandan sonra belə olur.

“Hər dəfə gözlərim dolur, başlayıram ağlamağa. Bu sənədə ilk dəfə imza atanda, diz üstə çöküb, hönkürməyə başladım. Sonra burada ad günümü qeyd etdik, şam söndürdüm”, – Hovannes danışır və ən yaxın dostu barmen Razmiki qucaqlayır.

“Əlil insanlar çox həssas və kövrəkdir. Onlarla birlikdə işləyəndə üzlərinə həmişə gülümsəmək lazımdır, iş vaxtı onlara acıqlanmaq olmaz. Hərçənd onlara acıqlanmaq da mümkün deyil – onlar yalnız müsbət emosiyalar doğururlar”, – Razmik deyir və Hovannesi daha da bərk qucaqlayır.

“Övladım artıq 18 ildi ki, əlildir. Mən hara işə getdiyimi təsəvvür edirdim. Amma evdə yalnız öz uşağınla məşğul olursan, burda isə onlar bir neçə nəfərdir. Və onlarla işləmək lazımdır. Çox çətindir, amma eyni zamanda bu gün necə nəticələr əldə etdiyimizi düşünəndə xoş olur”, – Anahit deyir və növbəti kruassanı bürmələyir.

Çörəkxananın təmizliyinə cavabdeh olan Anuş öz müşahidələri ilə bölüşür:

“Ziyarətçilərdən bəziləri düşünür ki, əlil insanların yerinə burada başqaları işləyir. Amma sonradan bura gələndə və görəndə ki, biz hər şeyi özümüz edirik, təəccüblənirlər”.

“Areqak” necə yaranıb?

Bu, Gümridə artıq ikinci “Areqak”dır. Əvvəlcə 2008-ci ildə “Emili areqak” (“Emilin günəşi”) – əlil insanlara yardım üçün resurs mərkəzi yaradılıb. Mərkəzin əsası “Ermənistan Karitas” və “Avstriya Karitas” təşkilatlarının dəstəyi ilə qoyulub.

Bu gündüz mərkəzinə 70 əlil uşaq gəlir. Ən balacalarının 2, ən böyüyünün 18 yaşı var. Burada onlara fiziki və əqli bacarıqlarını artırmağa kömək edirlər. Onlar fizioterapevt, nitq, musiqi, psixoloji və art-terapiya yardımı alır.

Mərkəzin məqsədi himayəsinə götürdüyü uşaqları daha müstəqil və əməyə yararlı vəziyyətə çatdırmaqdır. Burada həmçinin uşaqların yeməyinin, gigiyenasının qayğısına qalır, ehtiyatdai lk ehtiyac dərmanları saxlayırlar.

2016-cı ildə isə “Emili areqak” resurs mərkəzinin təşəbbüsü ilə artıq “Areqak” kafesi və çörəkxanası yaradılıb. Məsələ ondadır ki, mərkəzin himayə etdiyi uşaqların 18 yaşı tamam olandan sonra artıq oradan uzaqlaşmalı olurlar. Bu da o deməkdir ki, onlar evdən çıxmaq, kiminləsə ünsiyyətdə olmaq imkanından məhrum qalırlar:

“Əlbəttə, biz nəsə eləməyə, mərkəzin himayə etdiyi 18 yaşı tamam olan gəncləri işlə təmin eləməyə çalışmışıq – elə öz mərkəzimizdə, amma biz onların hamısını cəlb edə bilmərik.

Avropa İttifaqı qrant müsabiqəsi elan etmişdi, hansı ki, sosial sahibkarlıq layihəsinin həyata keçirilməsi üçün nəzərdə tutulmuşdu. Biz 18 yaşı tamam olmuş uşaqlarımızı cəlb etmək qərarına gəldik və onlar üçün “Areqak” kafe-çörəkxanasını açdıq. “Emili areqak” mərkəzinin yanında böyük bağ, iş üçün lazım olan alətlər aldıq və işimizə başladıq”, – layihə rəhbəri Tiqranuhi Hakopyan danışır.

Son zamanlar Ermənistanda çox sayda sosial müəssisələr yaranıb. Əgər adi müəssisələr öz uğurunu gəlir səviyyəsi ilə ölçürsə, bu halda səmərəlilik göstəricisi həll olunmuş sosial problemlərin sayı hesab edilir. Sosial müəssisə üçün gəlir də vacibdir. Gəlirin 50 faizi biznesin həlli və təkmilləşdirilməsinə sərf edilir. Digər yarısı isə sosial problemlərin həllinə.

Gəlir hələ yoxdur, amma yaxın zamanda olacaq

“Uşaqlar bura gəlirlər ki, səhər yeməyi alıb, özləri ilə məktəbə aparsınlar, gənclər qəhvə içməyə, böyüklər isə evə çörək almağa gəlir. Əvvəllər nisbətən baha qiymətlər müştəriləri hürküdürdü, amma sonra insanlar anladılar ki, bu pulu təbii xammala və yüksək keyfiyyətə görə ödəyirlər”, – “Areqak” kafesinin ictimaiyyətlə əlaqələr üzrə görəvlisi Asmik Topalyan deyir.

Amma müştərilər bura yalnız keyfiyyətli və ləzzətli təamlara görə gəlmir.

“Burada elə insanlar çalışır ki, onlar özlərini cəmiyyətin tamhüquqlu üzvləri kimi hiss etməlidirlər. Mən böyük məmnuniyyətlə çörəkxanadan alış-veriş edirəm. Bu işin uğuruna öz kiçik töhvəni vermək lazımdır”, – gümrili Styopa baba deyir.

“Burada kimlərin işlədiyini biləndə rəfiqəmlə gəldik. Biz məhz buna görə gəldik. Bizim xoşumuza gəlir ki, bu insanları təcrid etmirlər, əksinə, biznesə cəlb edirlər”, – Ani və Süzi etiraf edirlər.

“Ermənistanda öz çörəkxanası olan kafe o qədər də çox deyil. Çox yaxşı ideyadır, burada isti, xoş abu-hava var”, – qonşu masada oturan Perç əlavə edir.

“Bu kafe haqqında xəbərlərdə eşitdim. Burada qəhvənin dadına baxdım – indi mütəmadi olaraq bura gəlirəm. Personal çox mehribandır, həmişə müştəriləri təbəssümlə qarşılayırlar. Mən Gümriyə məhz bu kafedə vaxt keçirmək üçün gələn çox adam tanıyıram”, – Vanadzordan gələn İvan deyir.

Burada qablar tez-tez sınır

“Elə olub ki, qəhvəni öz üzərimizə və ya qonaqların üstünə dağıtmışıq. İndi qabları daha az sındırır, daha az dağıdırıq”, – layihə rəhbəri Tiqranuhi Hakopyan gülümsəyərək danışır.

Deyir ki, bir neçə ay birlikdə işləyəndən sonra əlilliyi olan insanların necə məsuliyyətli olduğunu anlayıb.

Ermənistan qanunvericiliyinə əsasən, əlilliyi olan insanlar 4 saatdan çox olmayaraq işləməlidir, amma “Areqak”da əksəriyyət daha çox işləmək istəyir. Hazırda kafe-çörəkxanada 20 nəfər çalışır, orta aylıq əməkhaqqı 100000 dramdır (205 dollar).

Layihə rəhbəri deyir ki, hələlik gəlir yoxdur, amma əmindir ki, bir neçə aydan sonra olacaq. O zaman kafenin böyüdülməsi haqda düşünəcəklər.

 


More on JAMnews