Məsələ Yerevanda Rusiyanın liderliyi ilə fəaliyyət göstərən KTMT üzv-dövlətlərinin parlament rəhbərlərinin görüşündə müzakirə olunub və yenə də həllini tapmayıb" />

Ermənistan eyni hərbi bloka daxil olduğu ölkələrin Azərbaycana silah satışına etiraz edir

Məsələ Yerevanda Rusiyanın liderliyi ilə fəaliyyət göstərən KTMT üzv-dövlətlərinin parlament rəhbərlərinin görüşündə müzakirə olunub və yenə də həllini tapmayıb

KTMT, Ermənistan, Rusiya, Azərbaycan, Azərbaycana silah satışı

Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatına daxil olan ölkələr tərəfindən Azərbaycana silah satışı məsələsi yenidən Ermənistanda müzakirə olunub.

Noyabrın 5-də Yerevanda KTMT-ə üzv-dövlətlərinparlament rəhbərlərinin görüşü başlanıb. Bu, Rusiyanın liderliyi altında fəaliyyət göstərən və Ermənistanın da daxil olduğu hərbi blokdur. İlk dəfə deyil ki, Ermənistan təşkilata üzv olan dövlətlərin rəhbərləri qarşısında Azərbaycana silah satılmasının yolverilməzliyi məsələsini qaldırır – Azərbaycan KTMT-a daxil deyil və bloka üzv olan ölkə ilə hərbi münaqişə şəraitindədir.

Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı regional beynəlxalq strukturdur, Rusiyanın rəhbərliyi altında fəaliyyət göstərir. KTMT-nın nizamnaməsində yazılıb ki, onun məqsədi “sülhün, beynəlxalq və regional təhlükəsizliyin və stabilliyin möhkəmləndirilməsi, üzv dövlətlərin müstəqilliyinin, ərazi bütövlüyünün və suverenliyinin kollektiv əsasda müdafiə olunmasıdır”. Təşkilat 1992-ci ild, SSRİ dağılandan dərhal sonra yaradılıb. Gürcüstan, azərbaycan və Özbəkistan qısa zaman sonra təşkilatı tərk edib. Hazırda qurumun altı üzvü var – Ermənistan, Belarus, Qazaxıstan, Qırğızıstan, Tusiya və Tacikistan.

Məsələnin detalları və bu hərbi blokun lideri olan Rusiyanın cavablarını təqdim edirik.

“Ermənistan həmişə Azərbaycana silah satışı məsələsini qaldırır”

Ermənistan parlamentinin vitse-spikeri Alen Simonyan bəyan edib ki, Ermənistan həmişə KTMT üzvlərinin Azərbaycana silah satışı məsələsini qaldırır və bu məsələnin həllinə nail olmağa çalışır.

Üstəlik Simonyan erməni deputatların öz rusiyalı və belorusiyalı həmkarlarından Azərbaycana niyə silah satdıqları haqda soruşurlarmı sualına cavabında bildirib ki, Ermənistan nümayəndə heyəti heç bir məsələni bunun qədər çox müzakirə etmir. Hətta məsələni şəxsən Ermənistanın baş naziri də qaldırıb, amma həlləlik həllə nail olunmayıb.

“Bizə bildirirlər ki, əgər Rusiya onlara silah satmasaydı, başqası satacaqdı, Ermənistan isə eyni silahı Rusiyadan güzəştli qiymətlərlə əldə edir. Şəxsən mənim üçün bu, cavab deyil”, – Simonyan bildirib.

Keçmiş müdafiə naziri Vaqarşak Harutunyan Azərbaycana silah satışını “ciddi problem” adlandırı:

“Bu, ciddi problemdir, çünki KTMT-nin təməl prinsipini “bir dövlətə təhlükə – hamıya təhlükə” təşkil edir. Buna görə də dövlətlər iştirakçı dövlətin təhlükəsizliyinə yönəlik addım atmamalıdır”.

Onun fikrincə, “problem var, bu haqda danışmaq və həll yolunu axtarmaq lazımdır”.

Müdafiə və Təhlükəsizlik daimi komissiyasının sədri Andranik Koçaryan  hesab edir  ki, Rusiyanın Azərbaycana silah satışı “pis haldır”:

“Bu, çox pisdir, amma unutmayın ki, bizim Silahlı Qüvvələrimiz də analoji silahlarla təchiz olunub və məqsəd sülhün əldə edilməsindədir. Qüvvələr balansının saxlanılması məsələsi həmişə mövcuddur və rəqib silah növləri baxımından üstünlüyə malik olmamalıdır.

Hazırda tez-tez onların büdcəsində [Azərbaycan büdcəsi – JAMnews] müdafiə sahəsinə ayırmalar bizimkinə nisbətən çoxdur. Amma biz unuduruq ki, Silahlı Qüvvələrimiz başqa struktura malikdir. Balans heç cürə pozulmayıb, Azərbaycan sadəcə daha çox növdə silah alır”.

Yerevan Bakının Rusiyanın nəzarətində olan KTMT hərbi bloku ilə istənilən yaxınlaşmasının qarşısını almağa hazırdır

Gündəlik atışma altında “sülh”

Rusiya tərəfinin cavabı

Rusiya Dövlət Dumasının deputatı Leonid Kalaşnikovun sözllərinə görə, bu məsələ Yerevanda işləyən parlament assambleyasının “səlahiyyətinə daxil deyil”:

“Bizdə KTMT Parlament Assambleyası Şurasının iclası keçirilir. Yəni KTMT üzv-ölkələrinin parlament nümayəndələrinin görüşü və bu cür məsələlər bizim səlahiyyətlərimiz çərçivəsinə sığmır. Bu məsələyə cavab vermək üçün KTMT-nin bilavasitə hərbi rəhbərliyinə müraciət etmək lazımdır”.

Üstəlik, Leonid Kalaşnikov qeyd edib ki, Rusiyanın silah satışı ilə bağlı narahatlığını bildirən təkcə Ermənistan deyil, həm də Azərbaycandır. Onun sözlərinə görə, bu, Rusiyanın Ermənistana çox zaman digər ölkələri təmin etmədiyi ən müasir silahlar verməsi ilə bağlıdır.

Ermənistan və Azərbaycan sərhədində atışma məsələsi də müzakirə olunub

Ötən həftə Ermənistanın Azərbaycanla sərhədinin şimal-şərq hissəsində gərginliyin artımı müşahidə olunub.

Rusiya Dumasının deputatı Konstantin Zatulin danışıb ki, Parlament Assambleyasının iclasında bu məsələ müzakirə olunub. Zatulin bəyan edib ki, əgər Yerevan Azərbaycan tərəfindən öz ərazisinin atəşə tutulması problemini müzakirə etmək istəyirsə, Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı çərçivəsində buna haqqı var.

“Amma mən eşitməmişəm ki, rəsmi Yerevan bu məsələni müzakirələr gündəminə daxil etsin”, – Dövlət Dumasının deputatı bildirib.

Zatulin vurğulayıb ki, Rusiya Ermənistanı öz müttəfiqi kimi nəzərdən keçiri və real təhlükə zamanı Moskva onu müdafiə etmək üçün KTMT mexanizmini işə salmağa hazırdır.

“Xatırlatmaq istəyirəm ki, Ermənistan ərazisində Rusiyanın 102 saylı hərbi bazası yerləşir və o, buarada gözəllik üçün yerləşdirilməyib”,  – deputat fikrini yekunlaşdırıb.

Konstantin Zatulin bildirib ki, Gümridə yerləşən 102 saylı hərbi bazanın gücləndirilməsi Rsuiyanın Ermənistan qarşısında müttəfiqlik öhdəliklərindən imtina etmək niyyətində olmadığını göstərir.

Bu bəyanat Ermənistanın Gümri şəhərində yerləşən 102 saylı Rusiya hərbi bazasının gücünün və hərbi potensialının ən azı iki dəfə artırılacağı haqda danışılanların fonunda səslənib. Bu mövzu Yerevanda oktyabrın 29-da Ermənistan və Rusiya müdafiə nazirlərinin görüşündə müzakirə olunub.

Zatulinin fikrincə, çoxları hesab edir ki, Gümridəki Rusiya bazasının fəaliyyəti Ermənistanın təhlükəsizlik zəmanətidir.

“Mənə elə gəlir ki, hərbi bazanın gücləndirilməsi haqda razılaşmanı imzalamaqla biz Rusiyanın Ermənistana münasibətdə öz öhdəliklərinin arxasından qaçmaq niyyətində olmadığını göstəririk. Elə Suriyadakı əməliyyatda olduğu kimi, orada biz Suriyanın Qamışlı ərazisində erməni əhalisinin rifahına xüsusi diqqət yetirdik və Türkiyə ilə bu məsələləri ayrıca danışdıq”, – deputat deyib.

Niyə Ermənistan sərhədlərinin qorunması üçün blokun dəstəyini tələb etmir?

Ermənistan tərəfinin Azərbaycanla sərhəddə gərginlik yarandığı zaman blokun müdaxiləsini niyə tələb etmədiyi haqda suala parlamentin Müdafiə və Təhlükəsizlik Məsələləri üzrə Komissiyasının sədri Andranik Koçaryan cavab verib:

“Ermənistan Silahlı Qüvvələrinin bugünkü vəziyyəti ğz gücünə istinad edə biləcəyini diktə edir”.

Ermənistan – KTMT münasibətləri

Ermənistanın baş naziri Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatını hazırda regional stabillik və təhlükəsizlik amili adlandırır. O bu haqda noyabrın 5-də Parlament Assambleyasının iclasında bildirib. Paşinyan təşkilat çərçivəsində əməkdaşlığın üç ölmü vahidini ayırıb:

“Birinci növbədə, bu, xarici siyasət koordinasiyasıdır, hərbi və hərbi-texniki əməkdaşlıqdır və əlbəttə ki, təhlükəsizlik sahəsində əməkdaşlıq və bizim ümumi təhlükələrimizə yanaşmadır. Təhdidlər dəyişir və təşkilat bunlara müvafiq olmalıdır”.

Bu bəyanat ona görə maraqlıdır ki, Nikol Paşinyan müxalifətçi olub və həmişə Ermənistanın KTMT-a üzv olmasının əleyhinə çıxış edib.


More on JAMnews