Belə bir fərziyyə var ki, Gürcüstandan tranzit axınını buraxmaq üçün infrastruktur hazırlığı gedir " />

Ekspertlər “Rosneft”in Cənubi Osetiyada yanacaq doldurma məntəqəsi açmaq qərarını “gülünc” adlandırır

Belə bir fərziyyə var ki, Gürcüstandan tranzit axınını buraxmaq üçün infrastruktur hazırlığı gedir

Rusiyanın ən iri neft şirkəti olan “Rosneft” Cənubi Osetiyada öz yanacaq doldurma məntəqələrini açmaq barədə qərarını açıqlayıb. Qərar verilib ki, Soçidə keçirilən görüş zamanı Cənubi Osetiyanın prezidenti Anatoli Bibilov və “Rosneft”in başçısı İqor Seçin bu haqda razılığa gəliblər. Bu zaman vurğulanır ki, həmin görüş ərəfəsində Bibilovun daha yüksək səviyyədə – RF prezidenti Vladimir Putinlə görüşü baş tutub.

Cənubi Osetiya başçısı bununla bağlı bəyanat verib: “Biz ümid edirik ki, Cənubi Osetiyaya “Rosneft” şirkətinin gəlişilə keyfiyyətsiz yanacaq və onun vaxtında çatdırılmaması ilə bağlı bütün problemlər öz həllini tapacaq”.

Prezidentin mətbuat xidmətinin məlumatına görə, növbəti iki həftə ərzində respublikaya şirkətin mütəxəssisləri gələcək, onlarla da yanacaqdoldurma stansiyalarının tikintisi və fəaliyyətinin bütün detalları razılaşdırılacaq.  

Eyni zamanda rusiyalı ekspertlər müqavilənin qəribəliyindən danışırlar – aydın deyil ki, kiçik bir respublikada bir neçə yanacaqdoldurma məntəqəsinin açılışı barədə qərar niyə RF prezidenti səviyyəsində qəbul edilməliydi. Bundan başqa, aydın deyil ki, “Rosneft” üçün bu müqavilənin xeyri nədədir.  

“Exo Kavkaza” radiosuna müsahibəsində rusiyalı politoloq Vladimir Novikov Abxaziya ilə müqayisə gətirir.

O deyir ki, Abxaziyada “Rosneft”in törəmə müəssisəsi var, neftli və ya potensial olaraq neftli sahələri var. Amma Cənubi Osetiyada belə bir şey yoxdur.

Benzinin satışından alınan gəlirə qalsa, “yenə də bundan alınan xeyir şübhə doğurur” – Novikov deyir. “Orada bazar çox kiçikdir, əhalisi cəmi 50 min nəfərdir. Müqayisə üçün Abxaziyada əhali 200 min nəfərdir”.

Politoloq təxmin edir ki, nümayişkaranə şəkildə bu cür yüksək səviyyədə bağlanan bu müqavilə əsasən Anatoli Bibilovun imici üçün lazımıydı: “Hamı onun çox ciddi şirkətə görə cavabdeh olan nüfuzlu dövlət xadimi ilə görüşdüyünü gördü”.

Daha bir aspekti müzakirə üçün rusiyalı iqtisadçı, Rusiya Elmlər Akademiyasının İqtisadiyyat İnstitutunun işçisi Aleksandr Karavayev təklif edib.

O, “Exo Kavkaza” radiosuna müsahibəsində deyib ki, bu, respublikanın gizli əlavə maliyyələşdirilməsi üsulu ola bilər:

“Yanacaqdoldurma məntəqələrinin və müvafiq infrastrukturun tikintisinə xərclənən vəsait olduğundan artıq yazılacaq və belə deyək, hörmətli adamlar arasında bölüşdürüləcək. Yəni bu, təkcə respublika büdcəsi üçün deyil, həm də respublikanın elitası üçün əlavə mənbədir.

Biz, misal üçün, Fars körfəzinin monarxiyalarında hansısa bahalı obyektlərdən danışanda, bunu norma kimi qəbul edirik. Halbuki bu xərclər də əsaslandırılmış deyil, imic üçündür… Niyə də “Rosneft” Cənubi Osetiyanın inkişafı üçün donor kimi istifadə edilməsin.  

Tualetlər, mağazalar və digər müvafiq xidmətlərin olduğu yanacaqdoldurma məntəqələri Cənubi Osetiyanı turistlər üçün daha cəlbedici edəcək”.

Aleksandr Karavayev həm də təxmin edir ki, bütün bu müqavilə tranzit axınını Gürcüstandan buraxmaq üçün avtomobil yol infrastrukturunun hazırlanması üçün bağlana bilər.

2017-ci ilin may ayında Cənubi Osetiyada benzinlə fırıldaq sxeminin üstü açılıb və respublikaya yanacağın mərkəzləşdirilmiş tədarükçüsü olan “Yuqsetnefteprodukt” dövlət müəssisəsinin rəhbərinə qarşı cinayət işi açılmışdı.

Korrupsiya sxemi aşağıdakı kimiydi: məşhur Rusiya brendinin benzini Vladikavkaza gəlir; burada onu qarışdırırdılar və artıq belə aşağı keyfiyyətli benzin Sxinvala göndərilirdi.

“Yuqsetnefteprodukt” 2014-cü ildən dövlət müəssisəsi ilə “Rosneft” şirkəti arasında bağlanan müqaviləyə əsasən Rusiyadan Cənubi Osetiyaya neft məmulatlarının müvəkkil idxalçısıdır.

Material müəllifinin təklif etdiyi terminlər, toponimlər, fikirlər və ideyalar onun şəxsinə aiddir və JAMnews- un və ya onun ayrı-ayrı əməkdaşlarının fikirləri və ideyaları ilə üst-üstə düşməyə bilər. JAMnews dərc olunan materialların altında yazılan və təhqir, təhdid, zorakılığa çağırış və ya başqa səbəblərdən etnik narazılıq doğuran kimi dəyərləndirilən şərhləri silmək haqqını öz üzərində saxlayır.


More on JAMnews