“Casus oyunları” və ya donos etmək virusu

Hakim postsovet elitalarının “pokemon ovu”nda qarşılıqlı fəaliyyəti beynəlmiləl həmrəyliyin yeni formasına çevrilib

Rusiya “Qazpromunun top-meneceri Karen Karapetyanın namizədliyinin Ermənistan baş naziri vəzifəsinə irəli sürülməsini əsaslı olaraq Moskvanın Yerevanda öz təsirini gücləndirmək istəyi kimi qiymətləndirirlər. Təbii ki, Ermənistan Respublikasında yeni  hökumət başçısının seçimi bir sıra amillə şərtlənir, amma Rusiyada hakim dairələrin müttəfiq ölkənin ictimai fikrində mövqelərinin itirilməsi ilə bağlı narahatçılığı da yəqin ki, müəyyən rol oynadı. Buna görə də Ermənistanda baş nazirin dəyişməsini digər, o cümlədən də ideoloji cəbhədə baş verən  hadisələr kontekstində nəzərdən keçirmək olar.

Hər dəfə “rəngli inqilabların texnologiyalarını “tədqiq edən televiziya süjetlərinə rast gələndə sovet dövrünün çox gözəl “Casus oyunları (“Шпионские страсти) cizgi filmi yadıma düşür. Bu filmin kulminasiya nöqtəsi südəmər uşağın, Qərbin iri təxribatının qarşısını alan “donosu oldu: “Əmi, xala, puk-puk, baba bum-bum, byaka! 

“Beşinci kolonun nə ilə – meşələrin mühafizəsi və ya müstəqil ədalətli məhkəmənin keçirilməsi zəmanətləri, mülkiyyət hüququnun qorunması və ya seçkilərin qanuniliyinin müşahidəsi ilə məşğul olmasından asılı olmayaraq, onun fəaliyyətini “ifşa edən Ermənistan və Rusiya KİV-də gedən müxtəlif növ yazıların dəlil və sübutları təxminən bu səviyyədə olur. Onlar hər yerdə xaricdən qızışdırılan sui-qəsd görürlər.

Ölkənin “ağalarına dövləti öz istədikləri kimi idarə etməyə mane olmağa çalışan erməni siyasətçilərinə, jurnalistlərinə, ictimai fəallara qarşı bu cür “kompromat qıtlığı heç vaxt olmayıb. Amma əvvəllər bu üsullarla əsasən ölkə daxili məsələlər həll olunurdu.  

Hakim postsovet elitalarının “pokemon ovundakı qarşılıqlı fəaliyyəti beynəlmiləl həmrəylik, rejimin təhdidlərini məhv etmə təcrübəsi ilə bölüşməyin yeni formasına çevrilib. “Know how arsenalından vasitə seçimi – zindanlara atmaq, “xarici casus siyahısına əlavə etmək, GONGO (hakimiyyətin nəzarəti altında olan vətəndaş cəmiyyətləri təşkilatları) simasında alternativlərin yaradılması – əsasən suveren məsələ olaraq qalır.

Daxili siyasət “casus oyunlarının əsas meydanı statusunu ancaq son illərdə dövlətlərarası münasibətlər sahəsinə verib, bu vaxt Kremldə birləşmiş Avropanın keçmiş SSRİ-nin daxilinə irəliləməsinin qəti şəkildə qarşısını almaq qərarına gəldilər. 

Yerevanda Rusiya Federasiyası səfirliyinin xüsusi xidmət orqanları ilə birlikdə tərtib etdiyi Qərbin casuslarının “qara siyahıları haqqında gümanlar Ermənistanda 3 sentyabr 2013-cü il tarixindən sonra yaranmağa başladı. O vaxt prezident Serj Sarqsyan hamı üçün gözlənilməz olaraq ölkənin Avrasiya İqtisadi Birliyinin yaranmasında iştirak etmək istəyi barədə bildirdi, bununla da Ermənistanın Aİ ilə Assosiasiya haqqında sazişini zibilə atdı. Sentyabr “dönüşündən bütün narazı olanları ağır günlər gözlədiyini təxmin etmək məntiqə uyğun idi.

RF-nin Ermənistan Respublikasındakı səfiri İvan Volınkin yerli hakimiyyəti Rusiya-Ermənistan münasibətlərini pozmağa cəhd edən ictimai təşkilatlarla məsələni həll etməyə çağırdı. Ermənistan hakimiyyəti isə buna layiqli cavab verərək bildirdi ki, ölkənin QHT-ləri qanun çərçivəsində fəaliyyət göstərir və dövlət onların fəaliyyətini dəyərləndirir. 

Amma Ermənistanın Moskva orbitində fırlanması barədə öz mənfi fikirlərini bildirənlər öz hakimiyyəti tərəfindən aşkar təzyiqlərə məruz qalmadıqda Şimaldan gələn qərəzli axınlar daha da coşur. Və erməni cəmiyyətinin öz strateji tərəfdarına etibar etməmək üçün səbəbləri artdıqca, sevgiyə vadar etmə ilə bağlı cavab səyləri  bir az da güclənir.

2015-ci ilin yanvar ayında bütöv bir ailəni güllələyən və sonucda əslində Ermənistan Respublikası məhkəməsinə təhvil verilməyən Gümridəki Rusiya bazasının hərbçisi Valeri Permyakovla bağlı kədərli hadisə. 2015-ci ilin iyun ayında elektrik enerjisinin bahalaşmasına qarşı sosial etirazda Amerikanın izini “tapan Rusiya telekanallarının növbəti dəfə özünü biabır etməsi.

Yüksək vəzifəli Moskva məmurlarının dörd günlük aprel müharibəsindən (2016) dərhal sonra bu müharibədə intensiv istifadə olunan yeni hücum silahının Azərbaycana satışının davam etdiriləcəyi ilə bağlı ötkəm bəyanatları. 2016-cı ilin iyul ayında Yerevanda post-patrul xidmətini ələ keçirən, qiyam qaldırdığını bəyan edən və qiyamçıların özlərinə münasibətindən asılı olmayaraq, cəmiyyətin böyük hissəsi tərəfindən dəstəklənən siyasi tələblər irəli sürən “Sasna tsrer (“Divanə sasunlular) silahlı qruplaşmasına qarşı sərt güc tədbirlərinin vacibliyi ilə bağlı açıq şəkildə səsləndirilən fikirlər (bu hadisədə də Rusiya KİV və politoloqlarının fikrincə, “Qərbin müdaxiləsi varıydı).

Avrasiya İqtisadi Birliyinə daxil olmağın sayəsində əhalinin həyatın yaxşılaşması ilə bağlı puç olmuş ümidləri. Bütün bunlar Ermənistan Respublikası vətəndaşlarının köhnə bir filmdə deyildiyi kimi “şimaldan ümidin qalxacağı ölkəyə etibarının itməsinə və milli siyasi gündəmə “dekolonozasiya termininin əlavə olunmasına gətirən səbəblərdən yalnız bir neçəsidir.  

Buna cavab olaraq, bu il avqustun sonunda Ermənistan hakimiyyətinə anonim müraciət göndərilir (onu imzalayan “Ardarutyan Tur özünü erməni diasporu kimi təqdim etsə də, heç kim onun mövcudluğu və hər hansı bir fəaliyyəti barədə indiyə qədər eşitməyib). Sosial şəbəkələrdə yayılan bu müraciətin izlərinin hara aparması məsələsinə gəlincə, maraqlıdır ki, onun audio-versiyasının mətni Xarkov “antimaydanının təşəbbüskarlarından biri olan Filipp Ekozyans tərəfindən səsləndirilib.  

Bu müraciət-donosda guya ki, ABŞ xüsusi xidmət orqanlarının təhriki ilə “bizim [ermənilərin] kürəyinə bıçaq sancmağa hazırlaşan… təşkilatlar və fərdlər (parlament deputatları, tanınmış partiyalar, QHT, KİV) sadalanır. Müraciət “ilk növbədə hüquq mühafizə orqanlarına “satqınların ölkənin yüksək postlarına keçməsinə yol verməmək çağırışı və “hakimiyyətin fəaliyyətsizliyinin bu satqınların dəstəklənməsindən xəbər verəcəyi ilə bağlı eyhamla bitir. 

Donos etmək və “şpionomaniya virusu məhz ənənəvi və yeni  erməni KİV-lərinin, ölkənin başına gələn bütün faciələrin kökündə onun Avropa  qurumları və ABŞ-la əməkdaşlığını, xilasını isə Rusiya və AİB-də görən seqmenti arasında yayılıb. Bu media və ictimai təşkilatların əvvəlkindən daha ardıcıl və inadkar fəaliyyətini Ermənistanda son illərdə “Rossotrudniçestvo, “Sputnik beynəlxalq informasiya agentliyi və “yumşaq güc siyasətini yürüdən digər Rusiya qurumlarının fəallaşması ilə əlaqələndirməmək çətindir.

Son hadisələr isə gücün o qədər də yumşaq olmadığından xəbər verir. Avqustun 30-da Moskvanın Şeremetyevo hava limanında Rusiya sərhədçiləri Analitik Qloballaşma və Regional İnkişaf Mərkəzinin direktoruna sərhədi keçməyə icazə vermədilər. Onlar bildirdi ki, “Rusiya ərazisindən arzu olunmayan beynəlxalq təşkilatların fəaliyyətində iştirak edən xarici vətəndaşların çıxarılması qaydasını nizamlayan müddəaya əsasən, ona 2030-cu ilə qədər RF ərazisinə daxil olmaq qadağandır.  

Nəzərə alsaq ki, adı çəkilən təşkilat RF ərazisində fəaliyyət göstərmir, Moskvadan tranzitlə keçən Qriqoryanın 10 saat ərzində ölkə ərazisində görəcəyi yeganə “iş isə atasının qəbrinin ziyarəti idi, onun “persona non-grataya çevrilməsi səbəbləri barədə mülahizələr yürütmək yersizdir. Həm də məqalə yazıldığı vaxt Rusiya XİN-dən Ermənistan Respublikasının diplomatik qurumunun müvafiq sorğusuna  rəsmi reaksiya gəlmədi.

RF-nin Yerevandakı səfirliyi “qara siyahıların mövcudluğunu inkar edir, amma KİV və sosial şəbəkələrdə ürəyini boşaldan donos həvəskarlarının xəstə təxəyyülü və peşəkarsızlıq səviyyəsini nəzərə alsaq, onların Moskvaya göndərdiyi “Qərbin erməni casusları haqqında məxfi informasiyasının nə dərəcədə təhrif olunmuş olduğunu təsəvvür etmək çətin deyil.  Buna görə də donoslarda adı hallanan insanlara RF sərhədini keçməklə bağlı qoyulan qadağa çox yumşaq bir ölçü kimi də görünə bilər.      

… Tələbəlik illərində bu sətirlərin müəllifi vaxtaşırı olaraq bu və ya digər tanışının 1937-ci ildə özünü necə aparacağını təsəvvür etməyə çalışırdı. Onlar kim olardı – anonim məktubların müəllifi yoxsa repressiyaların potensial qurbanı? Çox vaxt da bundan çıxış edərək, ətrafdakılarla münasibətlərini qururdu. Bu cür davranış modelinin bu gün Ermənistan üçün aktual olmasını istəməzdim.  

Dərc olunub: 14.09.2016


More on JAMnews