Norveçlilər burda nəyin korluğunu çəkirdi, demokratiyanın, yoxsa işin - Azərbaycan cəmiyyəti bu haqda mübahisə edir " />

Bakıdakı Norveç səfirliyi niyə bağlanır?

Norveçlilər burda nəyin korluğunu çəkirdi, demokratiyanın, yoxsa işin - Azərbaycan cəmiyyəti bu haqda mübahisə edir

Norveç Bakıdakı səfirliyini bağlayıb, Tbilisidə açmaq niyyətindədir. Azərbaycanla əlaqələr Tbilisidəki səfirlik vasitəsilə qurulacaq, Bakıda isə konsulluq açılacaq. Azərbaycan cəmiyyəti artıq üç gündür ki, norveçlilərin bu qərarının arxasında nəyin dayandığı haqda mübahisə edir.

20 ildən çox bir zamanda Norveç fəal şəkildə Azərbaycanda neft hasilatı ilə məşğul olub və bir neçə iri neft layihələrində iştirak edib. Həmçinin bu dövlət burada humanitar fəaliyyətlə də məşğul olub, məsələn, müxtəlif QHT-lərə qrantlar ayırıb. Bundan başqa, Norveç səfirliyi vasitəsilə Azərbaycan vətəndaşları Şimali Avropa ölkələrinə viza əldə edib.

Norveçin rəsmi versiyası

“Gürcüstan Cənubi Qafqazda bizin əsas tərəfdaşımızdır. Bir neçə il ərzində aparılan islahatlar nəticəsində bu ölkə Avropa və Avroatlantika strukturları ilə yaxınlaşıb. Tbilisidə daimi nümayəndəlik bizə bütün regionda hadisələrin inkişafını daha yaxşı izləmək imkanı verəcək”, – Norveçin xarici işlər naziri İne Mari Erikson Soreyde ölkəsinin seçimini belə izah edib.

• Azərbaycanın Avropaya inteqrasiyasına nə mane olur? 

• Freedom House Azərbaycanda və regionun digər ölkələrində demokratiyanın səviyyəsi haqda 

• Azərbaycanlı tələbələr Avropada: orada güzəranları yaxşıdır, yoxsa yox? 

Azərbaycanın rəsmi reaksiyası

“Kavkazskiy uzel” xəbər verir ki, Azərbaycanın Xarici İşlər Nazirliyi bu məsələdən məyus olsa da, cavabında Stokholmdakı səfirliyini bağlamaq niyyətində deyil.

“Azərbaycan və Norveçi hərtərəfli, isti münasibətlər birləşdirir. Bizdəki məlumata əsasən, Norveç Azərbaycandakı nümayəndəliyini konsulluq fəaliyyəti vaitəsilə saxlamaq istəyir. Bunun fəxri, yoxsa diplomatik konsulluq statusunda fəaliyyət göstərəcəyi hələlik məlum deyil”, – nazirlik nümayəndəsi Leyla Abdullayeva deyib.

Azərbaycan müxalifətinin rəyi: məsələ demokratiyanın olmamasındadır

Azərbaycan müxalifəti Norveç səfirliyinin bağlanmasını ciddi uğursuzluq kimi qəbul edir və bunu Azərbaycanda demokratiyanın tənəzzülü ilə izah edir.

Respublikaçı Altermativ Partiyasının lideri İlqar Məmmədov:

“Norveç XİN-i öz mövqeyini diplomatik dildə çox açıq ifadə edib: “Biz Bakıda səfirliyi ona görə bağlayıb Tbisilidə açırıq ki, Gürcüstan demokratik dəyərlərə sadiq qalmağa çalışır, Azərbaycan isə yox, burada ancaq tənəzzül var”. Mən 1991-1992-ci illərdə Azərbaycan müstəqilliyini elan edəndən bəri diplomatiyada bundan daha ciddi uğursuzluq xatırlamıram”.

Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) lideri Əli Kərimli:

“Norveç ən inkişaf etmiş demokratik dövlətlərdən biri kimi tanınır. Onun Azərbaycandan gedişi Azərbayacan hakimiyyətinə qarşı etimadını itirməsinin göstəricisidir. Norveçin ardınca Avropanın digər kiçik demokratik dövlətləri də gedə bilər. Onlar özlərini burda artıq rahat hiss edə bilmirlər. Bütün bunlar Azərbaycanda sülalə hakimiyyətinin bərqərar olması, korrupsiyanın yüksək səviyyəsinin nəticəsidir. Norveç səfirliyinin gedişi ölkənin imicinə ciddi zərbə vuracaq”.

Ekspertlərin rəyi: onların artıq burda işi yoxdur

Avrointeqrasiya üzrə Azərbaycan Milli İctimai Komitəsinin üzvü Toğrul Cuvarlı qeyd edir ki, Norveç enerji maraqlarını həyata keçirməkdən başqa vətəndaş cəmiyyəti ilə bağlı layihələri də fəal şəkildə dəstəkləyirdi:

“Energetika ilə bağlı heç bir problem yox idi və norveçlilər prinsipcə, onlar üçün maraqlı olan hər şeyi əldə etdilər. Vətəndaş cəmiyyətinə gəlincə, son beş ildə Azərbaycanda QHT-lərin və xaici donorların fəaliyyəti faktiki olaraq dayandırılıb. Görünür, bu situasiyada norveçlilər belə qərara gəliblər ki, əgər burda hökumət vətəndaş cəmiyyətini dəstəkləmək istəmirsə, o zaman bu işi hakimiyyətin maneə yatmadığı ölkələrdə görmək lazımdır”.

JAMnews-un siyasi şərhçisi Şahin Rzayev:

“Norveçlilərin bu qərarı sırf praqmatik xarakter daşıyır. Əvvəlcə onların Azərbaycanda səfirliyə ehtiyacları vardı, çünki Norveçin “Statoil” şirkəti burada işləyirdi. Amma sonra iqtisadi səbəblərdən norveçlilər Azərbaycan layihələrində öz paylarını azaltdılar. Eyni zamanda siyasi fəallıq da azaldı. 2014-cü ildə yerli QHT-lərə xaricdən maliyyə almağa qadağa qoyulandan sonra Norneç ənənəvi qrant layihələrini davam etdirə bilmədi. Odur ki, onlar üçün Azərbaycanda səfirlik saxlamaq mənasız və səmərəsiz oldu. Amma məncə, insan haqları ilə bağlı situasiya bu məsələdə həlledici rol oynamır”.

Sosial şəbəkə istifadəçilərinin rəyi:

Yalnız siyasətçilər və ekspertlər yox, sadə sosial şəbəkə istifadəçiləri də öz variantlarını təqdim edirlər:

“Çox güman ki, burada bütöv bir səfirliyin olması üçün lazım olan iş həcmi yoxdur”;

“Yaxşı əlamət deyil. Maraqlıdır, növbəti hansı səfirlik olacaq?”;

“Norveç siyasi və iqtisadi cəhətdən Avropada ən azad dövlətdir, onun həmişə öz fikri var. Onların bizi saymaması və əlaqə səviyyəsini aşağı salması faktının özü bizə yaxşı heç nə vəd etmir”.


More on JAMnews