Tblisidə 32 velodayanacaq və 2 velosiped yolu çəkiləcək
Paylaşmaq
Paylaşmaq
Tbilisi meriyası velosiped dayanacaqlarının montajı üçün 50 min lari ayıraraq, mayın 10-dan müvafiq tender elan edib. Layihəyə əsasən, xüsusi qurğularla təchiz olunuuş 32 velosiped dayanacağı Gürcüstan paytaxtının müxtəlif rayonlarında yaradılmalıdır.
2017-ci ilin sonuna qədər Tbilisidə iki velosiped yolunun çəkilişi başa çatmalıdır. Birinci yol 8 kilometr olub, sağ sahil boyu Deda-ena parkından Vaxuşti körpüsünə qədər, ordan isə əks istiqamətdə həmin parka qədər sol sahil boyu uzanacaq. Daha qısa velosiped yolunun uzunluğu 1,2 kilometr olacaq, Diqomidə çar Mirian küçəsi boyu uzanacaq.
Göstərilən ərazilərdə velosiped yolu səkidə çəkiləcək. Bunun üçün drenajı, kanalizasiya lyuklarını qaydaya salmalı, işıqforlar qurulmalı, panduslar qurulmalı və asfaltlanmalıdır.
Başqa velosiped yollların çəkilişi meriyanın planında hələlik yoxdur. Meriyadan bildirilib ki, ehtiyac olarsa paytaxtın başqa yerlərində də velosiped yolu çəkilişi variantları nəzərdən keçiriləcək. Layihə Tbilisi meriyası və Gənclər və İdman Nazirliyi tərəfindən həyata keçirilir.