Futbol üzrə Xorvatiya yığmasını gürcüstanlı dərzilər geyindirib
Paylaşmaq
Paylaşmaq
Futbol üzrə Dünya Çempionatına sahiblik edən Rusiya yığması ilə oyunda Xorvatiya millisinin qalibiyyətindən sonra balkan komandasının Gürcüstanda tikilən forması ilə bağlı mövzu xüsusi populyarlıq qazanıb. Sosial şəbəkələrdə paylaşılan fotolarda bu komandanın damalı futbolkasının üzərində müvafiq yazılı yarlıq görünür.
Bu məlumat Nike şirkətinin saytında da təsdiqlənir. Xorvatiya yığmasına məxssus formanın bu saytda yerləşdirilmiş fotolarında “Made in Georgia” yazılı yarlıq görünür.
“Açara tekstil” şirkəti 2008-ci ildə Türkiyə sərmayəsi hesabına keçmiş çay fabrikinin ərazisində yaradılıb, bu günə qədər Gürcüstana 6 milyon dollar həcmində sərmayə yatırıb. Şirkət Puma, Nike, New Balance, Lotto, Erima kimi brendlərin sifarişi ilə paltar tikir. Amma bütün yarlıqlarda “Gürcüstanda hazırlanıb” yazısı var.
Gürcüstandakı şirkətin üç tikiş fabriki mövcuddur – Kobuleti, Batumi və Potidə.