Saakaşvili Ukrayna sərhədini qanunsuz keçdiyinə görə 130 dollar məbləğində cərimələnib
Paylaşmaq
Paylaşmaq
Keçmiş Gürcüstan prezidenti, hazırda isə Ukraynanın müxalif “Yeni qüvvələrin hərəkatı”nın lideri Mixail Saakaşvili 3,400 qriven (130 dollar) həcmində cərimə ödəməli və 320 qriven (təxminən 12 dollar) məhkəməyə ödəməlidir.
Bu qərarı Ukraynanın Lvov vilayətinin Mostis rayon məhkəməsi verib. Mixail Saakaşvilini dövlət sərhədini qanunsuz keçməkdə günahkar biliblər.
Ukraynanın “Hromadske” telekanalınını bildirdiyinə görə, Saakaşvilinin özü məhkəmə iclasında olmayıb – o, Çerkask vilayətində görüşlər keçirib.
İyulun 26-da Ukrayna prezidenti Pyotr Poroşenko öz sərəncamı ilə Saakaşvilini Ukrayna vətəndaşlığından məhrum edib. Səbəb kimi Saakaşvilinin vətəndaşlığa ərizə verdiyi vaxt düzgün məlumat verməməsi, o cümlədən Gürcüstanda ona qarşı istintaqın aparılmasını gizlətməsi göstərilib.
Saakaşvili vətəndaşlıqdan məhrum olunduğu vaxt ABŞ-da olub. Gürcüstanın keçmiş prezidenti Poroşenkonu siyasi təqibdə ittiham edib. Saakaşvilinin ancaq Ukrayna vətəndaşlığı qalırdı və deməli Poroşenkonun qərarında sonra o, vətəndaşlığı olmayan şəxs olmalıydı. Ukrayna hakimiyyəti bildirib ki, onun pasportu ləğv edilib, amma bu, Saakaşviliyə ABŞ-dan Polşaya, sonra da Avropada səyahətlər etməyə mane olmayıb.
Sentyabrın 10-da Saakaşvili bir neçə uğursuz cəhddən sonra Polşa-Ukrayna sərhədini keçib, bura onu hüquq-mühafizə orqanları işçilərinin kordonunu yaran tərəfdarları Ukrayna sərhədinə az qala əllərində keçiriblər. Gürcüstanın keçmiş prezidenti və onun tərəfdarları bildirir ki, hakimiyyət özü onun sərhəddə sərhəd nəzarətindən keçməyə mane olarkən, həm də məhkəmədə şikayət etmək üçün vətəndaşlıqdan məhrum etmə haqqında sənədləri təqdim etməkdən imtina etdiyi vaxt qanunu pozub.
Ukraynanın DİN-də bildiriblər ki, Saakaşvili sərhədi keçərkən 11 polis əməkdaşı və 5 sərhədçi zərər çəkib. Sonradan məlum olub ki, polis sərhəddəki qarşıdurma zamanı 5 nəfəri həbs edib.