Cənubi Osetiyanın güc strukturları prezident seçkiləri ərəfəsində fəal seçkiqabağı kampaniyanın başlanması ilə əlaqədar olaraq gücləndirilmiş xidmət rejiminə keçib.
“Güc strukturlarının əməkdaşlarından ibarət həftədə bir toplaşacaq qərargak yaradılıb. İnformasiya mübadiləsi real zaman rejimində artıq gedir”, – Cənubi Osetiya Dövlət Təhlükəsizliyi Komitəsinin rəhbəri Viktor Şarqayev prezidentlə görüşdə bildirib.
Onun sözlərinə görə, DTK-nın konstitusion quruluşun müdafiəsi üzrə bölməsi yeddi günlük iş həftəsinə keçib və bu rejim seçki kampaniyasının sonuna qədər davam edəcək.
DTX rəhbəri hesab edir ki, seçkidən öncə vətəndaşlara və prezidentliyə namizədlərə kütləvi tədbirlərin keçirilməsi qaydalarını anlatmaq faydalı olacaq. “Hansısa qanun əsasında icazəni necə almaq və digər incəliklər. Əgər meriya ictimai tədbirlərin keçirilməsinə icazə verməsə onların qarşısı alınacaq”, – Şarqayev bildirib.
Respublika milisi də gücləndirilmiş iş rejiminə keçib.
Cənubi Osetiyada prezident seçkiləri aprelin 9-da baş tutacaq. Bu gün dövlət başçısı vəzifəsinə iddialı olanlardan altısının adları məlumdur, onların sırasında hazırkı prezident Leonid Tibilov, parlament sədri Anatoli Bibilov və CO sabiq prezidenti (2001-2011-ci illərdə) Eduard Kokoytı da var.
2011-ci ilin dekabrında, bundan öncəki prezident seçkilərindən sonra Cənubi Osetiyada kütləvi siyasi aksiyalar keçirildi. O zaman əsas rəqiblər hazırkı parlament sədri Anatoli Bibilov və müstəqil namizəd Alla Cioyeva idilər. O zaman Ali Məhkəmə seçkilərin nəticələrini ləğv etdi. Gərginliyi yatırmaq mümkün oldu. 2012-ci ilin martında keçirilən təkrar seçkilərdə respublikanın hazırkı prezidenti Leonid Tibilov qalib gəldi.
JAMnews-un 2011-2012-ci illərdə Sxinvalda baş verən hadisələr haqda foto-hekayəsi
Məqalədə ifadə olunan fikirlər müəllifin terminologiya və nöqteyi-nəzərini əks etdirir, redaksiyanın mövqeliyə üst-üstə düşməyə bilər.