10 noyabr Azərbaycanda Zəfər Günü, 27 sentyabr isə Anım Günü elan olunub
2021-ci ildən başlayaraq Azərbaycanda 10 noyabr ikinci Qarabağ müharibəsində Zəfər Günü kimi qeyd olunacaq. Prezident İlham Əliyev digər sərəncamı ilə 27 sentyabrı Anım Günü elan edib.
2020-ci il noyabrın 10-da Azərbaycan və Rusiya prezidentləri, bir də Ermənistanın baş naziri tərəfindən üçtərəfli bəyanatın imzalanması ilə ikinci Qarabağ müharibəsi dayandırılıb. Bu müharibə nəticəsində Azərbaycan Dağlıq Qarabağ ətrafındakı yeddi rayonu, Dağlıq Qarabağda Şuşa şəhərini və bir neçə yaşayış məntəqəsini geri qaytarıb.
Azərbaycan prezidenti İlham Əliyevin 2 dekabr 2020-ci il tarixli sərəncamı ilə 10 noyabr hər il ölkədə Zəfər Günü kimi qeyd olunacaq.
Azərbaycan lideri digər sərəncamı ilə Anım Günü təsis edib. Bu gün hər il 27 sentyabrda qeyd olunacaq. Qarabağda 44 gün sürən hərbi əməliyyatlar 2020-ci ilin məhz həmin günündə başlayıb.