Gürcü opera müğənnisi Zurab Sotkilava Moskvada 80 yaşında vəfat edib.
2015-ci ildə Zurab Sotkilavada şiş aşkarlanmışdı. O, Rusiyada və Almaniyada müalicə kursları keçdikdən sonra müəyyən müddətə peşəkar fəaliyyətinə qayıtmışdı.
https://www.youtube.com/watch?v=oHQB9dXAeIw
Zurab Sotkilava 1937-ci ildə Suxumidə anadan olub.
1965-ci ildə Tbilisi Konservatoriyasını bitirib. 1966-cı ildən 1968-ci ilə qədər La Skalanın tələbəsi olub. 1974-cü ildən etibarən Moskvanın Böyük Teatrının solisti idi.
2016-cı ildə Gürcüstan prezidenti Giorgi Marqvelaşvili müğənnini Şöhrət ordeni ilə təltif edib. Görkəmli tenor bu mükafata opera sənətinin populyarlaşdırılmasına verdiyi böyük töhfəyə, səmərəli yaradıcılığına, pedaqoji fəaliyyətinə və Gürcüstanı dünya arenasında layiqincə təmsil etdiyinə görə layiq görülüb.
Opera karyerasına başlamazdan əvvəl Zurab Sotkilava futbol oynayırdı. “Suxumidə, yaşadığımız evin yaxınlığında böyük tala vardı, biz bütün yayı burada futbol oynayırdıq. Məşqçilər gəlib, bizi müşahidə edirdilər… Bir dəfə, 12 yaşım olanda mənə məşqçi yaxınlaşdı, iki il sonra mən artıq Abxaziyanın gənclər komandasında idim, 19 yaşımda isə Tbilisinin “Dinamo” klubunda oynayırdım” – müğənni verdiyi son müsahibələrinin birində xatirələrini bölüşmüşdü.