Zelenski Ukraynanın Abxaziyadakı Rusiya hərbi gəmilərinə hücum edəcəyini təsdiqləyib
Zelenski Abxaziyadakı Rusiya gəmiləri haqda
Prezident Vladimir Zelenskinin sözlərinə görə, Ukrayna Abxaziyada Rusiya gəmilərinə hücum etməkdən çəkinməyəcək. Rusiyanın Abxaziyada, Oçamçira limanında hərbi dəniz bazası yaratmaq planlarını şərh edən Zelenski bildirib ki, Ukrayna hər yerdə Qara dəniz donanmasının öhdəsindən gələcək.
“Rusiya donanması artıq Qara dənizin qərb hissəsində fəaliyyət göstərə bilmir və Krımdan qaçır. Bu, tarixi nailiyyətdir. Bir müddət əvvəl rus komandiri Gürcüstanın işğal olunmuş ərazilərində, yəni dənizin cənub-şərqində, Ukrayna raketlərindən və dəniz dronlarından mümkün qədər uzaqda yeni bazanın yaradılmasını elan etməli idi, amma biz onlarla hər yerə çatacağıq”, – Zelenski Krım Platformasının parlament sammitində deyib.
Oktyabrın 23-də Ukrayna Müdafiə Qüvvələrinin Baş Kəşfiyyat İdarəsinin (SDU) rəsmi nümayəndəsi Vadim Skibitski ilk olaraq bəzi Rusiya hərbi gəmilərinin Krımdan Abxaziyaya köçürülməsi barədə ictimaiyyətə məlumat verib. Onun sözlərinə görə, Ukrayna Krımda bir sıra xüsusi əməliyyatlara başladıqdan sonra Rusiya “əhəmiyyətli hərbi təhlükə aşkarlayıb”.
Onun sözlərinə görə, Rusiya Qara Dəniz Donanmasının bəzi gəmiləri Novorossiysk limanına köçürülüb, lakin sonuncular bütün gəmiləri yerləşdirə bilmir və buna görə də Kreml Abxaziyadan istifadə etmək qərarına gəlib.
Oktyabrın 24-də Skibitski “Apostrof” telekanalına Rusiyanın Oçamçira limanında apardığı tikinti barədə danışıb.
“Ruslar orada dayanan hərbi gəmilərin təhlükəsizliyini təmin etmək üçün limanın infrastrukturunu dərinləşdirib, modernləşdiriblər. Bununla belə, o, hələ də kiçik baza olacaq”, – Skibitski bildirib.
- Gürcüstan “3+3” formatında danışıqlarda iştirakdan niyə imtina edir? Bakıdan şərh
- Gürcüstan Tehranda keçiriləcək 3+3 görüşündə iştirak etməyəcək
- “İnanırdıq ki, qayıdacaq”. İtkin düşmüş azərbaycanlı hərbçinin nəşi 30 il sonra tapılıb
Oçamçiradakı Rusiya hərbi bazası – nə məlumdur?
2023-cü il oktyabrın 5-də Abxaziya prezidenti Aslan Bjaniya Rusiyanın “İzvestiya” nəşrinə açıqlamasında bildirib ki, Oçamçirdə daimi Rusiya hərbi dəniz bazası yaradılacaq.
“Biz müqavilə imzaladıq və yaxın vaxtlarda Oçamçir bölgəsində Rusiya Hərbi Dəniz Qüvvələrinin daimi bazası yaradılacaq. Bu, Rusiya və Abxaziyanın müdafiə qabiliyyətinin yaxşılaşdırılmasına yönəlib və belə əməkdaşlıq davam edəcək, çünki o, Rusiya və Abxaziyanın fundamental maraqlarına xidmət edir və bu baxımdan təhlükəsizlik ən mühüm amildir”, – Bjaniya bildirib.
Abxaziyanın Təhlükəsizlik Şurasının katibi Sergey Şamba da öz növbəsində əlavə edib ki, bu razılaşma kifayət qədər çoxdan əldə edilib və Abxaziya üçün bu, Rusiya Federasiyası ilə müttəfiqlik sazişlərinin reallaşma nümunəsidir.
Gürcüstan Xarici İşlər Nazirliyi bununla bağlı “narahatlıq” ifadə edir və qeyd edir ki, bu cür hərəkətlər Gürcüstanın suverenliyi və ərazi bütövlüyünün pozulmasıdır.
Gürcüstan müxalifəti parlamentdən Rusiyanın Oçamçiradakı hərbi dəniz bazasına qarşı qətnamə qəbul etməyi tələb edir. Oktyabrın 9-da qanunverici orqanda qeydə alınmış qətnamə layihəsinin müəllifləri müxalifətin nümayəndələri, “Gürcüstan naminə” parlament siyasi qrupu və müstəqil deputat Teona Akubardiyadır.
“Qətnamə layihəsi Gürcüstan, Abxaziya və Sxinvalinin suveren rayonlarının Rusiya tərəfindən işğalı və hərbiləşdirilməsini, eləcə də onların ilhaqına yönəlmiş aqressiv hərəkətləri qətiyyətlə pisləyir”.
NATO Qətnaməsi
Oktyabrın 9-da Şimali Atlantika Alyansının Parlament Assambleyası (NATO) Gürcüstanın Avro-Atlantik istəklərini, ərazi bütövlüyünü dəstəkləyən və Rusiyanın Oçamşirdə hərbi bazasının yaradılmasını pisləyən üç qətnamə qəbul etdi, çünki onlar inanırlar ki, bu, Qara dəniz regionunda sabitliyin daha da pozulması riski yaradır.
“Biz 2008-ci il Buxarest Sammitində Gürcüstanın üzvlük prosesinin tərkib hissəsi kimi, üzvlük üzrə Fəaliyyət Planı vasitəsilə NATO üzvü olacağına dair qərarın bir daha təsdiqlənməsini dəstəkləyirik.
Həmçinin, Gürcüstan və Moldovaya dəstəyi ifadə edən fərdiləşdirilmiş paketi tez bir zamanda həyata keçirmək, Avro-Atlantik inteqrasiya yolunda Gürcüstanı fəal şəkildə dəstəkləməyə davam etmək və həyata keçirilən islahatlarda əks olunduğu kimi, Şimali Atlantika Alyansına qoşulmaq üçün atılan addımları dəstəkləmək vacibdir”, – NATO-nun qətnamələrindən birində deyilir.