Yerli gürcülər yeni abxaz pasportları ala biləcəklərmi?
2016-cı ildə Abxaziyada köhnə sənədlərin yeniləri ilə əvəz olunması proseduru başlayır. Hamı üçün bu, zəhlətökən sənəd dəyişməsi məsələsidir. Hamı üçün, Qal və Tkuarçal rayonlarında yaşayan gürcülərdən başqa.
Əslində, məhz Şərqi Abxaziya sakinləri, abxaz pasportunu alandan sora gürcü pasportunu da saxlayan etnik gürcülər bütün əhalinin pasportlarının dəyişdirilməsinə səbəb oldular. 2015-ci ilin yayında Qal rayonu administrasiyası sakinlər arasında soğru keçirdi. Bu sorğuya əsasən, 18 min Qal sakinindən çoxu könüllü şəkildə Gürcüstan vətəndaşı olaraq qaldıqlarını etiraf etdilər.
Qal rayon mərkəzindəki bazar
Abxaziyanın vətəndaşlıq haqqında qanunu Rusiya istisna olunmaqla ikili vətəndaşlığı, o cümlədən də Gürcüstanla qadağa edir. Bununla əlaqədar olaraq Abxaziyanın Baş prokurorluğu artıq Tkuarçal və Qal rayonlarının 2009-cu ildən 2014-cü ilə qədər Şərqi Abxaziyanın gürcü əhalisinə abxaz pasportlarının verilməsi ilə məşğul olan pasport və viza xidmətlərinin işçilərinə qarşı cinayət işləri qaldırıb. Əməkdaşlar Gürcüstan vətəndaşlarına Abxaziya vətəndaşının ümumvətəndaş milli pasportlarının qanunsuz olaraq kütləvi şəkildə verilməsində günahlandırılırlar.
Əsasən gürcülərin yaşadığı Qal rayonunun pasportlaşdırılmasına 2009-cu ildə Sergey Baqapşın prezidentliyi dövründə başlanılıb. Onda qərara alınmışdı ki, yerli gürcülər (samurzakanlılar) abxaz pasportunu alandan əvvəl yazılı şəkildə Gürcüstan vətəndaşı olmadıqlarını bildirməliydi.
Amma elə əvvəlcədən də məlumuydu ki, bu prosedur formal xarakter daşıyır. Tbilisi ilə Suxum arasında gürcü-abxaz münaqişəsinin nizamlanmaması səbəbindən rəsmi əlaqə yoxdur, buna görə də kimin Gürcüstan vətəndaşlığından imtina etdiyini, kimin imtina etmədiyini yoxlamaq mümkün deyil.
Bu imkandan pasport idarələrinin məmurları istifadə etdilər. Pasport və viza xidmətlərinin işçiləri bu gün 10 mindən 30 min rubla qədər [$150 – $400] həcmdə rüşvət alaraq, bütün şübhələrə göz yumaraq, Qal rayonunun sakinlərinə pasport verməkdə ittiham olunurlar.
Pasport məsələlərində ancaq aşağı təbəqələrin məmurları günah işlətməyib. Seçkilərdə daha çox səs almaq istəyən mərkəzi hökumət də bu prosesə barmaq arası baxırdı. Qal sakinləri adətən mövcud hakimiyyətə səs verir və real seçiciləri abxaz pasportlarından məhrum etmək hakimiyyətin də xeyrinə deyildi.
Bu vəziyyətdən narazı olan yeganə “oyunçu hakimiyyətə oponentlik edərkən, müntəzəm olaraq “pasport mövzusunu qaldıran müxalifətiydi. Məhz pasport mövzusunda o vaxtlar ölkənin əsas müxalifətçisi olan Raul Xadjimba planlı şəkildə Aleksandr Ankvabın prezident kreslosunu laxlada bildi.
Müxalifətçi deputatların təşəbbüsü ilə 2014-cü ilin aprel ayında yaradılan pasportlaşdırma ilə bağlı vəziyyətin öyrənilməsi üzrə komissiya mövcud qanunvericiliyin kütləvi şəkildə pozulması faktlarını aşkar etdi, hansılar ki prezident Ankvab tərəfindən tamamilə iqnor edilmişdi. Artıq bir aydan sonra müxalifət tərəfdarları Suxumda çox minlik mitinq təşkil edərək, Ankvabı istefa vermyə məcbur etdilər.
Elə həmin vaxt da etnik gürcülərə Abxaziyanın üç regionu Qal, Tkuarçal və Oçamçirdə verilən pasportlar üzrə abxaz vətəndaşlığı ləğv edildi. “Embarqoya 27 min pasport düşdü.
Bu gün həmin sənədlər ancaq şəxsiyyəti təsdiq edən kitabça kimi işləyirlər. Əslində isə Qal sakinlərinin yeni statusda itirdikləri yeganə şey parlament və prezident seçkilərində seçici kimi iştirak edə bilməməsidir.
2015-ci ilin əvvəlində Suxumun Humanitar Proqramlar Mərkəzi bu problem üzrə geniş miqyaslı tədqiqatın nəticələrini dərc etdi. Mərkəzin hesabatında deyilir: “Abxaziyanın şərq rayon sakinlərinin statusu ilə bağlı kütləvi ictimai və siyasi diskussiyalar əksər vaxtlarda sərt və qeyri-konstruktiv xarakter daşıyıb. Bu diskussiyalarda şərq rayon sakinlərinin özlərinin fikri eşidilmirdi. Həm diskussiyalar, həm də onlardan sonra pasportların vətəndaşlardan alınması üzrə bağlı atılan addımlar gürcü sakinlər arasında panikanın yaranmasına səbəb oldu.
Mərkəz o cümlədən aşağıdakı məsləhətlərini verdi (qısaldılmış şəkildə dərc olunur, rus dilində olan tam versiya buradadır).
– Qısa müddət ərzində əcnəbi vətəndaşın daimi qeydiyyatı haqqında qanun işləyib hazırlamaq və Şərqi Abxaziya sakinlərinə Abxaziya qanunvericiliyi ilə irəli sürülən tələblər əsasında vətəndaşlıqla daimi qeydiyyat arasında seçim etmək hüququ vermək lazımdır.
– Gərginliyin aradan qaldırılması və daha çox etimad və qarşılıqlı anlaşma mühitinin yaradılması üçün ictimaiyyət nümayəndələri, siyasi partiya və deputatların şərq rayonlarının sakinləri ilə rəsmi və qeyri-rəsmi görüş və müzakirələrini keçirmək lazımdır.
– Şərq rayonlarının sakinlərinin rayonun iqtisadi inkişafı, təhsil sistemi, abxaz dilinin öyrədilməsi; şərq rayonları sakinlərinin ümumabxaz tədbirlərinə cəlb edilməsi; adekvat tibbi xidmət üçün şəraitin yaradılması vasitəsiylə abxaz cəmiyyətinə inteqrasiyası və s. üzrə tədbirləri sürətləndirmək lazımdır.
Abxaziyanın ekspert cəmiyyətində hesab edirlər ki, pasportların dəyişdirilməsindən sonra 27 min Qal sakini arasında ancaq 5 mindən az adam abxaz vətəndaşlığını saxlaya biləcək.
- Qal rayonu Abxaziyanın inzibatı vahididir. 2011-ci il siyahılarına görə, əhalinin 98.21 faizini gürcümeqrellər təşkil edir. Abxaziya-Gürcüstan münaqişəsində ayıran xətt sayılan İqur (gürcü versiyasında – İquri) çayına bitişir. Qal rayonunda Abxaziyanın çox mühüm enerji müəssisəsi olan İnqur hidroelektrik stansiyası yerləşir.