Cənubi Qafqazda silahlanma həcminin artması NATO-da narahatlıq doğurub, çünki buna paralel olaraq siyasi gərginlik və düşmənçilik əməllərinin təzahürü də çoxalır. Bu haqda bu gün Yerevana səfəri çərçivəsində NATO baş katibinin Cənubi Qafqaz və Mərkəzi Asiyadakı xüsusi nümayəndəsi Ceyms Appaturay jurnalistlərə bildirib.
O qeyd edib ki, NATO müttəfiqi olan iki ölkə ATƏT-in Minsk Qrupuna daxildir və onların atdıqları addımlar Qarabağ münaqişəsinin sülh yolu ilə nizamlanması yolunun axtarışına yönəlib.
“Biz təhlükəsizliklə bağlı vəziyyətə nəzarət edirik. Vaxtaşırı biz bu regiona cavabdeh olan Gürcüstan ofisimizdən isti məlumatlar alırıq. Hazırda biz daha çox narahatıq – hərbi bəyanatlar daha çox səslənir, ziyan çəkənlər var, vəziyyət hədsiz narahatlıq doğurur. Bu məsələ ilə bağlı bizim birmənalı mövqeyimiz ATƏT-in Minsk Qrupunun səylərini dəstəkləməkdən ibarətdir”, – o deyib.
Bundan başqa, Ceyms Appaturay NATO-Rusiya münasibətləri haqda da fikrini səsləndirib. Onun sözlərinə görə, NATO Rusiya Federasiyası ilə məzmunlu dialoq qurmaq arzusundadır. Eyni zamanda Ceyms Appatiray bildirib ki, yaxın həftələrdə NATO iki Baltikyanı ölkədə və Polşada əlavə hissələr yerləşdirəcək. O, qeyd edib ki, söhbət hər bazada min nəfər sülhməramlı yerləşdirməkdən gedir, hansılar ki, Rusiya üçün təhlükə kəsb etməyəcək, “onun rahatlığını pozmayacaq”.