Yerevanda çoxmənzilli binalarda günəş panelləri quraşdırılır
Yerevan Meriyası Avropa İttifaqı ilə birlikdə bərpa olunan enerjidən istifadə üzrə proqram həyata keçirir. Proqram “Avropa İttifaqı Yerevan üçün. Günəş icması” adlanır.
Proqramın məqsədi enerji istifadəsini və müvafiq olaraq istixana qazı tullantılarını – ildə təqribən 850 ton – azaltmaqdır. Müştərək proqramın ümumi büdcəsi 1 milyon 250 min avrodur.
• Ermənistan atom stansiyası daha təhlükəsiz olub – AEBA ekspertlərinin dəyərləndirməsi
• Ermənistanda enerji kollapsı. Bir müddət bütün ölkə tam elektriksiz qalıb
Nə ediləcək?
Meriya və Avropa İttifaqının müştərək proqramı çərçivəsində aşağıdakılar nəzərdə tutulub:
• Yerevanda 90 çoxmərtəbəli yaşayış binasındagünəş panellərinin quraşdırılması,
• şəhərin bütün məhəllələrində fənərlərin enerjiyə qənaət edən işıqlandırma sistemləri ilə əvəz edilməsi,
• sosial təminatsız ailələrin enerjiyə qənaət edən aydınlatmalarla təmin olunması.
Yerevanın dayanacaqlarında Aİ-nin günəş panelləri
Daha əvvəl 2017-ci ildə Aİ ilə əməkdaşlıq sayəsində Yerevanda ictimai nəqliyyat dayanacaqlarının üzərində günəş panelləri quraşdırılıb.onların köməyilə mobil telefonları, planşşetləri və digər qurğuları enerji ilə təchiz etmək mümkündür. Günəş panelləri quraşdırılandan sonra Aİ-nin Ermənistandakı səfiri Pyotr Svitalski bu cür dayanacaqların birində olub. O, bu dayanacağı “Avropa İttifaqının dayanacağı adlandırıb”:
“Ermənistan günəşlə zəngindir və bu təbii sərvətdən yararlanmaq lazımdır. Ermənistanda energetika sahəsi prioritetdir, buna görə də Avropa İttifaqı yerli, icma və dövlət səviyyəsində enerji səmərəliliyinin inkişafına uzun müddətli yardım təqdim edir”.
Bu niyə vacibdir?
Hökumət hesab edir ki, Ermənistanın günəş və külək enerjisi sahəsində böyük potensialı var və hakimiyyət bərpa olunan energetikanın payını artırmq niyyətindədir.
Bu məqsədlə ölkədə 120 mVt gücündə beş sənaye günəş stansiyası inşa ediləcək.
Hazırda Ermənistanda müxtəlif gücə sahib on günəş stansiyası fəaliyyət göstərir.
Əlavə investisiyalar
Birləşmiş Ərəb Əmirliklərindən Ermənistanın bərpa olunan energetikası sahəsinə əhəmiyyətli həcmdə sərmayə yatırıla bilər. Ermənistanın “Dövlət Maraqları Fondu” və “Masdar” şirkəti investisiyalar haqda memorandum imzalayıb. İlkin məlumata görə, ilk mərhələdə sərmayə həcmi 500 milyon dollara çata bilər.
Ermənistanın baş nazirinin müavini Tiqran Avinyanınn sözlərinə görə, “Masdar” şirkəti Ermənistanda ümumi gücü 500 mVt-a çatan günəş və külək stansiyaları inşa etmək niyyətindədir. Hökumət bu investisiyaları Ermənistanın enerji təhlükəsizliyinə ciddi töhvə hesab edir.
Ermənistanın enerji sistemi və bərpa olunan energetika
İndi Ermənistanda bərpa olunan energetikanın payı ölkədə istehsal olunan enerjinin ümumi həcminin bir faizindən çox deyil.
Enerji sisteminin özü kifayət qədər diversifikasiya olunub, atom, istilik və su energetikasından ibarətdir.
Ölkədə Metsamor atom elektrik stansiyası fəaliyyət göstərir ki, o da elektrik enerjisinin 40 faizinə qədərini təşkil edir. daha 40 faizi iri istilik elektrik stansiyalarının payına düşür.
Su energetikası ölkənin elektrik enerjisinin 20 faizini təşkil edir. Əsasən bunlar 2018-ci il göstəricilərinə görə sayı 184 olan kiçik su elektrik stansiyalarıdır.
Ermənistan həmçinin İran tərəfi ilə regionun ən böyük Meğri SES-in inşası üzrə müştərək layihənin həyata keçirilməsində maraqlıdır, amma layihənin fəal fazasına keçmək hələ mümkün olmayıb.
Niyə enerji təhlükəsizliyi məsələsi yenidən aktualdır?
Ermənistanın enerji təhlükəsizliyi haqda ekspertlər bu ilin iyulunda baş verən nəhəng enerji qəzasından sonra yenidənn danışmağa başlayıblar. O vaxt bütün Ermənistanda elektrik təchizatı illə bağlı irimiqyaslı problemlər qeydə alınmışdı. Yerevanda metro sərnişinlərini evakuasiya etməli olmuşdular – elektrik kəsildiyi üçün vaqonlar tunellərdə qalmışdı. Enerji şəbəkəsindəki tərəddüdlər üzündən mobil və internet rabitəsi operatorlarının işində də problemlər yaranıb.
Bu vəziyyət Yerevan İES-dəki və Razdan İES-nınn beşinci enerji blokundakı problemlər üzündən yaranıb.